05.03.2024

Azərbaycanda STADA hüquqi şəxsinin təsis edilməsi

2023-cü ildə Azərbaycan Respublikası bazarında ilk beynəlxalq əczaçılıq şirkətlərindən olan STADA şirkəti birbaşa olaraq STADA AG adlı hüquqi şəxsini təsis etmişdir. Bu, STADA şirkətinin Azərbaycana sadiqliyini və STADA şirkətinin regiondakı biznesinin genişlənməsində ölkənin oynadığı rolun əhəmiyyətini göstərir. Şirkət dövlətin insan sağlamlığının yaxşılaşdırılmasına, o cümlədən əhali üçün keyfiyyətli və effektiv tibbi xidmətin əlçatanlığının artırılmasına yönəlmiş səylərini yüksək qiymətləndirir.


STADA şirkəti hesab edir ki, ölkənin səhiyyə infrastrukturu yaxşılaşdıqca və tibbi sığorta tətbiq olunduqca bazar aktiv şəkildə böyüyəcəkdir.


“Proqnozlarımıza görə qablaşmada olan dərman vasitələri 2023-cü illə müqayisədə bazarı 2024-cü ildə 7% artacaqdır. Artımı reseptsiz preparatlar, vitaminlər və BAM-lar üzrə gözləyirik. Xəstəxana sektorunda da artım gözlənilir, çünki hökumət səhiyyə sistemini bütün lazımi dərmanlarla təmin etməyə diqqət yetirir. Hər şeydən öncə bunlar onkoloji xəstəliklərin, şəkərli diabetin və nadir xəstəliklərin müalicəsi üçün dərmanlardır. Ölkədə qeydiyyatına etibar etdiyimiz inkişaf etmiş ölkələrdən gətirilmiş preparatların sürətləndirilmiş qeydiyyatı prosedurunun həyata keçirilməsi olduqca əhəmiyyətlidir” – deyə STADA şirkətinin Azərbaycandakı direktoru Fərəh Sadıxova bildirib.