ŞİRKƏT HAQQINDA
STADA – 125 ildən çoxdur ki “Tərəfdaşlar və istehlakçılarla etibarlı münasibətlər qurmaqla insanların sağlamlığına qayğı göstərmək” missiyasına riayət edən beynəlxalq əczaçılıq şirkətidir. STADA şirkətinin əsas istiqamətləri – Consumer Healthcare (CHC) seqmentinin məhsulları, ceneriklər və xüsusi preparatlardır (biosimilyarlar da daxil olmaqla). STADA şirkətinin məhsulları dünyanın 120 ölkəsində təqdim olunur.
2022-ci ildə MDB ölkələri regionu müstəqil işgüzar bölməsinə çevrilərək adı Stada Avrasiya olaraq dəyişdirilmiş və birbaşa olaraq Almaniyadakı qərargaha tabe olmuşdur. Bu region 11 ölkə ilə təmsil olunur: Qazaxıstan, Özbəkistan, Belarus, Azərbaycan, Gürcüstan, Moldova, Qırğızıstan, Ermənistan, Monqolustan, Tacikistan, Türkmənistan.
Stada Avrasiyanın baş ofisi Qazaxıstanın Almatı şəhərində yerləşir. Şirkət həmçinin regionun əksər ölkələrində STADA Arzneimittel AG hüquqi şəxslərini qeydiyyatdan keçirmişdir. 01 aprel 2023-cü ildən etibarən STADA şirkəti regionda Sanofi şirkətinin reseptsiz satılan preparatlarının portfelini təqdim edir.
FARMAKONƏZARƏT
İnsanların sağlamlığına və rifahına qayğı Şirkətimizin əsas prioritetidir. Sizin pasiyent, qulluq edən şəxs və ya səhiyyə işçisi olmağınızdan asılı olmayaraq, Stada şirkətinin məhsulları ilə əlaqəli mənfi hadisələri bildirməyiniz vacibdir. Təqdim etdiyiniz məlumatlar məhsullarımızın və pasiyentlərimizin təhlükəsizliyini təmin etməyə kömək edir. Stada şirkətinin dərman preparatları ilə bağlı bütün arzuolunmaz hadisələr barədə məlumatları aşağıdakı əlaqə vasitələri ilə bildirməyinizi xahiş edirik: