STADA Azerbaijan
STADA və Church & Dwight şirkətləri Avrasiyanın Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Moldova
STADA şirkəti Avrasiya regionunun doqquz ölkəsində Church & Dwight şirkətinin “CHC” və “FMCG” brendlərini təmsil edir. “HERO” və “TROJAN” məhsullarını 1 aprel 2026-cı il tarixindən etibarən satışa təqdim edən regionun ilk ölkəsi Gürcüstan olmuşdur.
Etibarlı tərəfdaş olmaq missiyasına sadiq qalan STADA şirkəti “Hero”, “Trojan” və “Batiste” kimi özünü doğrultmuş brendlərlə Avrasiya regionundakı öz istehlakçı sağlamlığı portfelini əhəmiyyətli dərəcədə gücləndirir.
STADA şirkətinin Avrasiya regionu üzrə vitse-prezidenti Kuanış Ospanov çıxışında: “Church & Dwight şirkəti ilə bağladığımız razılaşma “STADA Eurasia”nın üstünlük verilən tərəfdaş olduğunun növbəti sübutudur. Biz Avrasiya bazarlarına inanırıq və CHC istiqamətinin gələcək inkişafı üçün böyük potensial görürük”.
Almatı, 20 aprel 2026-cı il – STADA şirkəti dünyaca məşhur brendlər portfelinin sahibi olan Church & Dwight (C&D) şirkəti ilə strateji razılaşma imzalayaraq Avrasiyadakı mövqeyini möhkəmləndirir. Razılaşma çərçivəsində STADA şirkəti Avrasiya regionunun doqquz ölkəsində C&D şirkətinin bir sıra populyar istehlakçı brendlərinin bazara çıxarılması, dəstəklənməsi və distribyusiyası öhdəliyini öz üzərinə götürür. Gürcüstan STADA şirkətinin C&D-nin məhsullarını təqdim etdiyi ilk ölkə oldu. Razılaşmanın əhatə etdiyi digər ölkələrdə C&D-nin məhsulları 2026-cı il ərzində satışa çıxarılacaqdır.
Razılaşmaya özünü doğrultmuş altı brend daxildir. Bunlardan əsasları: Batiste (quru şampun), Hero (akne əleyhinə patçlar) və Trojan (qoruyucular) markalarıdır. Bu məşhur brendlər STADA şirkətinin yerli CHC portfelini mükəmməl şəkildə tamamlayacaq və istehlakçı sağlamlığı seqmentindəki təkliflərini gücləndirəcəkdir.
STADA şirkətinin məsuliyyət sahəsinə məhsulların yerli marketinqi, habelə onların ənənəvi apteklər, pərakəndə satış şəbəkələri və onlayn satış kanalları vasitəsilə təşviqi daxildir.
“Church & Dwight şirkəti ilə bağladığımız razılaşma “STADA Eurasia”nın üstünlük verilən tərəfdaş olduğunun növbəti sübutudur. Fəxr edirəm ki, STADA şirkətinin bütün bazarları arasında C&D brendlərini təqdim edən ilk bölmə məhz bizim Avrasiya bölməmizdir. Biz Avrasiya bazarlarının potensialına inanırıq və CHC seqmentinin gələcək inkişafı üçün böyük imkanlar görürük”, – deyə STADA şirkətinin Avrasiya regionu üzrə vitse-prezidenti Kuanış Ospanov qeyd edib.
Church & Dwight şirkətinin regional direktoru Kristos Gyuras çıxışında:
“STADA şirkəti ilə tərəfdaşlığımız sayəsində möhtəşəm brendlərimizi Avrasiya ölkələrindəki yeni istehlakçılara təqdim etməkdən məmnunuq. Əminik ki, STADA şirkəti aparıcı brendlərimizin bu perspektivli və dinamik bazara çıxarılmasının öhdəsindən uğurla gələcəkdir”.
Həmçinin gələcəkdə razılaşmaya C&D şirkətinin digər mövcud və yeni brendlərinin əlavə edilməsi planlaşdırılır.
STADA şirkəti haqqında
Mərkəzi ofisi Almaniyanın Bad Vilbel şəhərində yerləşən STADA Arzneimittel AG şirkəti üç əsas istiqamətə əsaslanan strategiyanı reallaşdırmaqdadır: istehlakçı sağlamlığı (consumer healthcare), ceneriklər və xüsusi əczaçılıq preparatları. Şirkətin məhsulları dünyanın 100-dən çox ölkəsində təqdim olunur. 2025-ci maliyyə ilində STADA şirkətinin Qrup üzrə düzəliş edilmiş mənfəəti 4,3 milyard avro, sabit valyutada faizlər, vergilər, köhnəlmə və amortizasiya çıxılmadan əvvəlki düzəliş edilmiş mənfəəti (adj. cc EBITDA) isə 961 milyon avro təşkil etmişdir. 31 dekabr 2025-ci il tarixinə şirkətdə bütün dünya üzrə 11749 əməkdaş çalışmaqdadır.
Church & Dwight şirkəti haqqında
Church & Dwight Co., Inc. (NYSE: CHD) şirkəti 1846-cı ildə təsis edilmişdir, mərkəzi ofisi Nyu-Cersi ştatının Yuinq şəhərində yerləşir, 6,1 milyard ABŞ dolları satış həcminə malikdir və S&P 500 indeksinə daxildir. Şirkət ARM & HAMMER®, TROJAN®, OXICLEAN®, FIRST RESPONSE®, NAIR®, ORAJEL®, BATISTE®, WATERPIK®, ZICAM®, THERABREATH/THE BREATH CO® və HERO® kimi tanınmış brendlər altında geniş çeşiddə fərdi qulluq, məişət kimyası və xüsusi məhsulların istehsalı və satışı ilə məşğuldur.
