STADA Azerbaijan
STADA haqqında
STADA – 125 ildən çoxdur ki “Tərəfdaşlar və istehlakçılarla etibarlı münasibətlər qurmaqla insanların sağlamlığına qayğı göstərmək” missiyasına riayət edən beynəlxalq əczaçılıq şirkətidir. STADA şirkətinin əsas istiqamətləri – Consumer Healthcare (CHC) seqmentinin məhsulları, ceneriklər və xüsusi preparatlardır (biosimilyarlar da daxil olmaqla). STADA şirkətinin məhsulları dünyanın 120 ölkəsində təqdim olunur.
2022-ci ildə MDB ölkələri regionu müstəqil işgüzar bölməsinə çevrilərək adı Stada Avrasiya olaraq dəyişdirilmiş və birbaşa olaraq Almaniyadakı qərargaha tabe olmuşdur. Bu region 11 ölkə ilə təmsil olunur: Qazaxıstan, Özbəkistan, Belarus, Azərbaycan, Gürcüstan, Moldova, Qırğızıstan, Ermənistan, Monqolustan, Tacikistan, Türkmənistan.
Regiondakı fəaliyyət
STADA Avrasiya
Stada Avrasiyanın baş ofisi Qazaxıstanın Almatı şəhərində yerləşir. Şirkət həmçinin regionun əksər ölkələrində STADA Arzneimittel AG hüquqi şəxslərini qeydiyyatdan keçirmişdir. 01 aprel 2023-cü ildən etibarən STADA şirkəti regionda Sanofi şirkətinin reseptsiz satılan preparatlarının portfelini təqdim edir.
MƏHSULLARIMIZ
Daha yaxşı həyat üçün keyfiyyətli dərmanlar
Müxtəlif terapevtik sahələrdə yüksək keyfiyyətli generiklər və istehlakçı sağlamlığı məhsulları təqdim edirik.
Dəyərlərimiz
Dəyərlərimiz
Xəbərlər
Xəbərlər və media
STADA xəbərləri, media materialları və məhsul yenilikləri bir bölmədə.
STADA şirkəti Qazaxıstanda “İlin sıçrayışı” və “İlin lideri” mükafatlarına layiq görülüb.
Əczaçılıq bazarının aparıcı ekspert analitikasını aparan Vi-ORTIS konsaltinq agentliyi Stada şirkətinin Qazaxıstan bazarındakı xidmətlərini qeyd edib. Şirkət pərakəndə bazarda “2023-cü ilin lideri” inamlı mövqeyini tutub. Bundan əlavə Stada şirkəti “Enterojermina” brendi ilə birgə OTC seqmentində və “Ksefokam” markası ilə birgə RX seqmentində “İlin sıçrayışı” adını qazanaraq liderlik mövqeyini gücləndirib. Ümumilikdə isə STADA şirkəti beş kateqoriya üzrə qeyd edilib: Pərakəndə bazarda СНС seqmentində “İlin Sıçrayışı” Pərakəndə bazarda ОТС seqmentində “İlin Sıçrayışı” Pərakəndə bazarda “İlin Lideri” Tibbi Təyinatlı Məmulatların pərakəndə bazarında 3-cü yer Pərakəndə bazarda СНС seqmentində 3-cü yer
STADA Avrasiya şirkəti Eurasian Pharma Awards-da mükafat layiq görülüb
Mükafat Sanofi portfelinin uğurla birləşdirilməsinə görə “İlin tərəfdaşlığı” nominasiyasında qazanılıb. Avrasiya əczaçılıq sammiti çərçivəsində Avrasiya regionunun əczaçılıq sahəsi oyunçuları üçün əlamətdar olan mükafatlandırma mərasimi keçirilib. Eurasian Pharma Awards — Orta Asiya, Qafqaz və Şərqi Avropa ölkələrinin əczaçılıq sahəsinin qabaqcıl şirkətlərini və peşəkarlarını birləşdirən parlaq hadisədir. Müsabiqə hər il bu sahənin müxtəlifliyini və yeniliyini əks etdirən 16 unikal nominasiyada keçirilir. STADA Avrasiya şirkətinin vitse-prezidenti Arminas Matseviçus mükafatı müsabiqə təşkilatçılarından qəbul edib. “Sanofi məhsullarının Avrasiyada STADA şirkətinin portfelinə birləşdirilməsindən sonra şirkət СНС (Consumer Healthcare) seqmentində onsuz da güclü olan mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirməyi bacardı və planımızda bu istiqamətlərin həm investisiyalar, həm də Sanofi kimi tərəfdaşların cəlb edilməsi yolu ilə daha da inkişaf etdirilməsi var” - deyə spiker qeyd edib. 2022-ci ildə STADA və Sanofi şirkətləri bir sıra Avrasiya ölkələrində CHC məhsul portfelinin distribyusiyasına dair razılaşma bağladılar. STADA şirkəti bu razılaşma çərçivəsində 01 aprel 2023-cü il tarixindən etibarən Avrasiya regionunun 10 ölkəsində istehlakçı sağlamlığı sahəsində tanınmış brendlərdən ibarət olan Sanofi şirkətinin preparat portfelinin distribyusiyasını və marketinq dəstəyini həyata keçirir. Bu razılaşmaya Avrasiya ölkələri bazarlarında özünü yaxşı şəkildə sübut etmiş, istehlakçıların etibar etdiyi, brendin tanınmasının yüksək göstəricilərinə sahib olan və bir çox hallarda bazarda lider mövqe tutan 19 məhsul daxil edilmişdir.
Dövlət başçısı STADA Group şirkətinin vitse-prezidenti Kristos Qallislə görüşüb.
Görüşdə səhiyyə və əczaçılıq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. Kasım-Jomart Tokayev qeyd edib ki, STADA şirkəti Qazaxıstan bazarının sağlamlıq üçün istehlak malları seqmentinin ilk üçlüyünə daxildir. Onun sözlərinə görə, uğurlu və dinamik inkişaf edən əməkdaşlığın bariz nümunəsi kimi şirkətin Almatıdakı ofisinin açılışını qeyd etmək olar. Prezident qeyd edib ki, Qazaxıstanda biotexnoloji klasterin yaradılması üzrə fəal işlər aparılır. Dövlət başçısının fikrincə STADA şirkətinin qarşısında QazBioPharm milli holdinqi ilə tədqiqat və istehsal sahəsində səylərin birləşdirilməsi üçün geniş imkanlar yaranmışdır. Kasım-Jomart Tokayev birgə tədqiqatların və işlərin aparılması, istehsalın təşkili, təcrübə mübadiləsi və mütəxəssislərin ixtisasının artırılması məqsədilə alman şirkətini dəvət edib. Öz növbəsində Kristos Qallis əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirərək şirkətin Qazaxıstanda tibbi layihələrə və proqramlara investisiya qoymaq imkanlarını araşdırmağa hazır olduğunu vurğulayıb. STADA şirkəti yüksək keyfiyyətli dərman vasitələrinin aparıcı istehsalçılarından biridir. Şirkət dünyanın 120 ölkəsində öz məhsullarının satışını həyata keçirir.
Kristos Qallis: biotexnoloji klasterin yaradılması – olduqca iddialı tapşırıqdır.
STADA Group şirkətinin vitse-prezidenti bazar tendensiyaları və Qazaxıstan Respublikasının hansı ölkələrin təcrübəsini mənimsəyə biləcəyi barədə danışdı IQVIA Institute for Human Data Science-in proqnozlarına görə dünya dərman vasitələri bazarı üç il ərzində orta hesabla 3-6% artacaqdır. Analitiklər bunun 2027-ci ilədək təxminən 1,9 trilyon dollara çatacağını təxmin edirlər. STADA Group şirkətinin vitse-prezidenti Kristos Qallis hesab edir ki, Qazaxıstanda əczaçılıq sənayesinin inkişafı üçün dərman vəsaitlərinin qeydiyyatı prosedurunu sürətləndirmək lazımdır. “Əczaçılıq bazarında çalışan və dövlət seqmentində böyük portfelə sahib olan həmkarlarımızın hesablamalarına görə, dosyenin hazırlanmasına başladıqdan innovativ preparatın bazara çıxdığı anadək 3,5 ildən 5 ilədək vaxt tələb olunur. Belə uzun qeydiyyat müddətləri əczaçılıq şirkətlərinin öz dərmanlarını Qazaxıstan bazarına çıxarmamaq qərarına gəlməsinin əsas səbəblərindən biridir”, - deyə ekspert hesab edir. Kapital.kz işgüzar informasiya mərkəzinin müxbiri ilə söhbətdə o, həmçinin Health Report 2023 tədqiqatının nəticələrindən, niyə bir çox əczaçılıq şirkətlərinin preparatların qiymətlərini qaldırmaq məcburiyyətində qaldığından və ölkəmizin biotexnoloji klaster yaratmaq üçün hansı bazaya ehtiyac duyduğundan danışıb. Daha ətrafıl: Kristos Qallis: biotexnoloji klasterin yaradılması – olduqca iddialı tapşırıqdır – Kapital (kapital.kz)
STADA şirkəti Avrasiyanın hospital seqmentində mövqeyini gücləndirmək niyyətindədir
Sentyabrın 26-dan 28-dək Səmərqənddə IV Avrasiya əczaçılıq sammiti keçiriləcək. “Kursiv Özbəkistan” biznes nəşri tədbirin baş informasiya tərəfdaşı kimi çıxış edəcək. Qarşıdan gələn sammit çərçivəsində “Kursiv” əczaçılıq bazarının qlobal və regional oyunçularının fikirlərini dərc etməyə başlayır. Stada şirkətinin Avrasiya regionundakı vitse-prezidenti Arminas Matseviçus. Şirkət regionun tənzimləyici orqanları ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək. – Arminas, Avrasiya regionunda şirkətinizin qarşısında hansı prioritetlər dayanır? Hansı ölkələrdə və seqmentlərdə STADA şirkəti üçün daha böyük perspektivlər görürsünüz? – Sanofi məhsullarının Avrasiyada STADA şirkətinin portfelinə birləşdirilməsindən sonra biz СНС (Consumer Healthcare) seqmentində onsuz da güclü olan mövqelərimizi əhəmiyyətli dərəcədə möhkəmləndirməyi bacardıq. Şübhəsiz ki, biz bu istiqaməti həm investisiyalar vasitəsilə, həm də Sanofi kimi tərəfdaşları cəlb etməklə inkişaf etdirəcəyik. Eyni zamanda yaxın bir neçə il ərzində şirkət hospital seqmentində və resept biznesində mövqeyini gücləndirmək niyyətindədir. Tanınma və/və ya sadələşdirilmiş qeydiyyat prosedurunun olduğu Avrasiya ölkələrində (məsələn, Moldova, Özbəkistan, Gürcüstanda) biz artıq bir sıra yeni Avropa resept dərmanlarını qeydiyyatdan keçirtmişik. Bu işi davam etdirəcəyik, eləcə də bazara giriş prosedurunu daha da asanlaşdırmaq üçün bütün ölkələrimizin tənzimləyici orqanları ilə qarşılıqlı əlaqələr yaradacağıq. Orta və uzun müddətdə ceneriklər ilə yanaşı STADA şirkəti üçün əsas bizneslərdən biri olan biosimilyar seqmentinin inkişafını düşünürük. Hesab edirəm ki, artıq bir və ya il yarım ərzində biz Avrasiyanın sürətləndirilmiş qeydiyyatının mövcud olduğu bazarlarına bu cür dərmanları təklif edə biləcəyik. Daha ətraflı: STADA şirkəti hansı regionda mövqelərini gücləndirmək niyyətindədir (kursiv.media)
Enterogermina mikrofloranın sağlamlığını dəstəkləyir
Probiotik istiqaməti STADA-nın gündəlik sağlamlıq üçün həllərinin vacib hissəsi olaraq qalır.
Coldrex soyuqdəymə mövsümündə tanınan brend olaraq qalır
Soyuqdəymə simptomlarını yüngülləşdirməyə kömək edən vasitələr pasiyentlərin gündəlik ritmini qorumağa dəstək olur.
Vitrum Immunaktiv gündəlik dəstək fokusundadır
Vitamin-mineral kompleksləri rifahın qayğısına qalmaq üçün məhsul portfelini tamamlayır.
Karyera
STADA-da karyera
STADA-da işləmək unikal bir inkişaf yoludur. Məzunlar üçün başlanğıc rollardan ekspert vəzifələrinə qədər müxtəlif və maraqlı imkanlar təklif edirik. Vakansiyalarımız geniş bacarıq spektrini əhatə edir və yalnız əczaçılıq sahəsi ilə məhdudlaşmır: təchizat zənciri, marketinq, maliyyə, layihə idarəçiliyi və digər istiqamətlərdə də imkanlar tapa bilərsiniz.