MİSSİYA VƏ DƏYƏRLƏRİ
Etibarlı tərəfdaş kimi insanların sağlamlığına qayğı göstərmək
STADA – 125 ildən çoxdur ki “İnsanların sağlamlığına qayğı göstərmək” missiyasına riayət edən beynəlxalq əczaçılıq şirkətidir. STADA şirkəti istehsal etdiyi preparatların olduğu bütün ölkələrdə peşəkarlar və istehlakçılar üçün inamlı bir seçim olmasını təmin etməyə çalışır.
Stada şirkətinin əsas biznes istiqamətləri — Consumer Healthcare seqmenti (reseptsiz olaraq satılan preparatlar, qida əlavələri, kosmetika, tibbi məhsullar) və, xüsusi dərmanlar da daxil olmaqla, ceneriklərdir. Şirkət məhsullarının keyfiyyətinə üstünlük verir: şirkətin bütün dünyada öz və müqavilə əsasında istehsal meydançaları vahid beynəlxalq keyfiyyət standartlarına (GMP) uyğun olaraq fəaliyyət göstərir.
Dəyərlərimiz
Ümumi dəyərlərimiz bizə STADA şirkətinin uzunmüddətli yüksəlişini və uğurunu təmin edən iddialı hədəflərə çatmağımıza imkan yaradır.

Hər birimiz korporativ və ümumi qəbul edilmiş etik standartlara uyğun fəaliyyət göstəririk. Fəaliyyətimizin əsasını ifadə azadlığı və bir-birimizə hörmət təşkil edir.

Hər birimiz yeni ideya və həllər gətirir, şirkətin yüksəlişinə və inkişafına töhfə veririk.

Hər birimiz — dəyişikliklər lideriyik. Çeviklik və qətiyyət — inkişafımızın və uğura aparan yolumuzun əsasıdır.

Biz ümumilikdə şirkətin maraqlarına uyğun hərəkət edirik, STADA şirkətinin uğuru ayrıca funksiyaların və bölmələrin maraqlarından daha vacibdir.