Geriyə
VİTAPROST® (tabletlər)
Dərman vasitəsi

VİTAPROST® (tabletlər)

Dərman vasitəsi
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Eyniləşdirmə və təsnifat

ATC kodu
G04BX
Beynəlxalq patentləşdirilməmiş adı
Prostate extract

Dərman forması

Bağırsaqda həll olan örtüklü tabletlər

Buraxılış forması

Bağırsaqda həll olan tabletlər 20 mq.

10 tablet polivinilxlorid örtüklü və ya polivinilxlorid/polivinilidenxlorid və çap olunmuş laklı alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 1, 2 və ya 3 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Tərkibi

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq prostat ekstraktı (suda həll olan peptidlər hesabı ilə 20 mq) vardır.

Köməkçi maddələr:saxaroza, laktoza monohidrat, kalsium stearat, krospovidon, mikrokristallik sellüloza.

Örtük: metakril turşusu və etilakrilat sopolimeri (1:1), titan dioksid, talk, trietilsitrat, kolloidal silisium dioksid, natrium hidrokarbonat, natrium laurilsulfat, indiqokarmin.

Təsviri

Mavi rəngdən açıq göy rəngə qədər, dairəvi formalı, hər iki tərəfi qabarıq tabletlərdir, çillərin olması yolveriləndir.

Farmakoterapevtik qrupu

Xroniki prostatın müalicəsi üçün vasitə

Farmakoloji xüsusiyyətlər

Vitaprost® prostat vəziyə orqanotrop təsir göstərir. Ödemin səviyyəsini, prostat vəzin leykositar infiltrasiyasını azaldır, epitelial hüceyrələrin sekretor funksiyasını normallaşdırır, asinusların ifrazatında lesitin toxumlarının sayını artırır, sidik kisəsinin əzələ tonusunu stimullaşdırır. Trombyaranmanın, antiaqreqant aktivliyin hesabına prostat vəzidə mikrosirkulyasiyanı yaxşılaşdırır, prostat vəzidə venulaların trombozunun inkişafının qarşısını alır.

Klinik tədqiqatların məlumatları əsasında sübut edilmişdir ki, Vitaprost® prostat vəzin həcmini mülayim şəkildə azaldır. Preparat prostat vəzin xoşxassəli hiperplaziyası zamanı obstruktiv və irritativ simptomatikanın təzahürünü azaldır ki, bu da özünü sidik axınının maksimal və orta həcm sürətinin artması və qalıq sidiyin həcminin azalması ilə biruzə verir.

Klinik tədqiqatların məlumatları sübut etmişdir ki, Vitaprost® preparatının istifadəsi xкoniki abakterial prostatitin kəskinləşməsinin inkişafı ehtimalını azaldır, qan analizinin, sidiyin ümumi analizinin klinik və biokimyəvi göstəricilərinin dəyişməsinə səbəb olmur. Xroniki abakterial prostatitin kəskinləşməsinin profilaktikası üçün Vitaprost® preparatının istifadəsinin effektivliyi həkim-tədqiqatçıların qiymətləndirməsi üzrə 97,5% təşkil edir.

Vitaprost prostat vəzin ifrazat parametrlərini və eyakulyasiyanı normallaşdırır. Prostatitlə törənən ağrını və diskomfortu azaldır, dizurik təzahürü aradan qaldırır, kopulyativ funksiyanı yaxşılaşdırır.

İstifadəsinə göstərişlər

Xroniki abakterial prostatit.

Xroniki abakterial prostatitin kəskinləşməsinin profilaktikası.

Prostat vəzin xoşxassəli hiperplaziyası.

Prostat vəzidə cərrahi müdaxilədən əvvəlki və sonrakı vəziyyət.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq. Laktaza defisiti, saxaroza/izomaltaza defisiti, laktozaya qarşı dözümsüzlük, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası (preparatın tərkibində laktoza və saxaroza vardır). 18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə istifadəsi.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Xroniki prostatitin müalicəsi və prostat vəzidə cərrahi müdaxilədən əvvəl və sonrakı vəziyyət kompleks şəkildə olmalıdır, Vitaprost® tabletlərilə yanaşı digər qrup dərman vasitələri və və qeyri-medikamentoz müalicə üsulları təyin edilməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Qadınlarda istifadə üçün nəzərdə tutulmamışdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Avtomobil və digər mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

1 tablet gündə 2 dəfə daxilə qəbul edilir.

Prostat vəzin xoşxassəli hiperplaziyası zamanı Vitaprost® preparatı ilə müalicə kursunun müddəti 30 gündən, xroniki prostatit zamanı 10 gündən az olmamalıdır. Xroniki prostatitin kəskinləşməsinin profilaktikası üçün ildə 1-2 dəfə 30 gündən az olmamaqla, 1 tablet gündə 2 dəfə qəbul edilir.

Bu dərman vasitəsi reseptsiz buraxılır. Optimal nəticə almaq üçün onu təlimatda qeyd edilən bütün tövsiyələrə ciddi əməl etmək lazımdır.

İçlik vərəqəni saxlamaq lazımdır, onu oxumaq bir daha tələb oluna bilər.

Hər hansı sual yarandıqda, həkimə müraciət etmək lazımdır.

Pasiyentin vəziyyəti pisləşdikdə və ya yaxşılaşma baş vermədikdə, həkimə müraciət etmək lazımdır.

Doza həddinin aşılması

Preparatın doza həddinin aşılması halları barədə məlumat verilməmişdir.

Əlavə təsirləri

Çox nadir hallarda: allergik reaksiyalar.

Qeyd edilən əlavə təsirlər ağırlaşdıqda və ya pasiyentdə təlimatda qeyd edilməyən istənilən digər əlavə effekt təzahür etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.

Digər dərman vasitələrilə qarşılıqlı təsiri

Pasiyent istənilən digər preparat istifadə etdikdə, müalicədən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Digər dərman vasitələrilə qarşılıqlı təsiri və ya uyuşmazlığı halları qeyd edilməmişdir.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

Qeydiyyat vəsiqəsinin sahibi

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

İstehsalçı

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

Посмотрите наличие товара в аптеках Вашего города

Карта Список
Далее

Другие продукты

VİTAPROST® (suppozitoriyalar)
VİTAPROST® (suppozitoriyalar) Daha çox öyrən
VİTAPROST® FORTE (suppozitoriyalar)
VİTAPROST® FORTE (suppozitoriyalar) Daha çox öyrən

Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Задать вопрос по продукту
VİTAPROST® (tabletlər)

Все поля обязательны для заполнения

Ваше сообщение отправлено!
Спасибо!

Сообщить о наличии

Введите адрес электронной почты, чтобы узнать, когда препарат снова появится в наличии

Ваше сообщение отправлено!
Спасибо!

eo