Eyniləşdirmə və təsnifat
Dərman forması
Rektal suppozitoriyalar
Buraxılış forması
10 mq-lıq rektal suppozitoriyalar.
5 suppozitoriya, polietilenlə laminəedilmiş polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Tərkibi
Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 10 mq suda həll olan peptidlər hesabı ilə 50 mq prostat ekstraktı vardır.
Köməkçi maddələr:bərk yağ (H 15, W 35 markalı vitepsol, NA 15, NAS 50 markalı supposir).
Təsviri
Torpedoyabənzər formalı, ağ rəngdən sarımtıl ağ və ya bozumtul qonur çalarlı rəngə qədər sup-pozitoriyalardır. Suppozitoriyanın səthində ağ ərpin yaranması və kəsiyində hava boşluğunun və qıfşəkilli dərinləşmənin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Xroniki prostatitin müalicəsi üçün vasitə
Farmakoloji xüsusiyyətlər
Vitaprost® prostat vəziyə orqanotrop təsir göstərir. Prostat vəzinin ödeminin səviyyəsini, leykositar infiltrasiyasını azaldır, epitelial hüceyrələrin sekretor funksiyasını normallaşdırır, asinusların ifrazatında lesitin toxumların sayını artırır, sidik kisəsinin əzələ tonusunu stimullaşdırır. Trombəmələgəlmənin, antiaqreqant aktivliyin azalması hesabına prostat vəzidə mikrosirkulyasiyanı azaldır, prostat vəzidə venulaların trombozunun inkişafının qarşısını alır.
Vitaprost® prostat vəzinin və eyakulyatın parametrlərini normallaşdırır. Ağrı və diskomfortu azaldır, dizurik təzahürü aradan qaldırır, kopulyativ funksiyanı yaxşılaşdırır.
İstifadəsinə göstərişlər
Xroniki prostatit.
Prostat vəzidə cərrahi müdaxilələrdən əvvəlki və sonrakı vəziyyət.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yalnız böyük kişilərdə müalicə üçün istifadə edilir; qadınlarda və uşaqlarda istifadə edilmir.
Xroniki prostatitin müalicəsi kompleks olmalıdır, Vitaprost® preparatının təyin edilməsilə yanaşı digər qrup dərman vasitələrindən və qeyri-dərman müalicə üsullarından istifadə edilməlidir.
Xroniki prostatitin müalicəsinə başlamazdan əvvəl ehtiyac olduqda, müalicə prosesində prostat vəzinin ifrazatının analizinin aparılması məsləhət görülür.
Xoşxassəli hiperplaziyanın müalicəsi üçün preparatdan istifadə dövründə hazırki xəstəliyin standart nəzarətini aparmaq üçün müntəzəm olaraq həkim qəbulunda olmaq lazımdır. Müalicə kursuna başlamazdan əvvəl patologiyanın xoşxassəli xarakter daşıdığına əmin olmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın istifadəsi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olma qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Bağırsağın iradi boşalmasından və ya imalədən sonra gündə 1 dəfə 1 suppozitoriya rektal istifadə edilir. Suppozitoriyanın yeridilməsindən sonra pasiyentin 30-40 dəqiqə ərzində yataqda olması məqsədəuyğundur. Vitaprost® preparatı ilə müalicə kursunun müddəti 10 gündən az olmamalı-dır.
Ehtiyac olduqda, təkrar kursların aparılması mümkündür.
Müalicədən sonra yaxşılaşma baş vermədikdə və ya simptomlar ağırlaşdıqda və ya yeni simptomlar təzahür etdikdə, həkimlə məsləhətləşmək vacibdir.
Doza həddinin aşılması
Vitaprost® preparatının doza həddinin aşılması halları qeyd edilməyib.
Əlavə təsirləri
Allergik reaksiyalar.
İçlik vərəqədə göstərilməyən istənilən digər əlavə təsir baş verdikdə, həkimə məlumat vermək lazımdır.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Preparat kompleks terapiyada istifadə edilə bilər.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri və ya uyuşmazlığı qeyd edilməyib.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru
Посмотрите наличие товара в аптеках Вашего города
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.