VİTAPROST® FORTE (suppozitoriyalar)
Eyniləşdirmə və təsnifat
Dərman forması
Rektal suppozitoriyalar
Buraxılış forması
20 mq-lıq rektal suppozitoriyalar.
5 suppozitoriya, polietilenlə laminəedilmiş polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Tərkibi
Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 20 mq suda həll olan peptidlər hesabı ilə 100 mq prostat ekstraktı vardır.
Köməkçi maddələr:bərk yağ (H 15, W 35 markalı vitepsol; NA 15, NAS 50 markalı supposir).
Təsviri
Torpedoyabənzər formalı, sarımtıl ağ rəngli, krem və ya bozumtul çalarlı suppozitoriyalardır. Suppozitoriyanın səthində ağ ərpin yaranması və kəsiyində hava boşluğunun və qıfşəkilli dərinləşmənin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Xroniki prostatitin müalicəsi üçün vasitə.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
Vitaprost® Forte prostat vəziyə orqanotrop təsir göstərir. Prostat vəzinin ödeminin səviyyəsini, leykositar infiltrasiyasını azaldır, epitelial hüceyrələrin sekretor funksiyasını normallaşdırır, asinusların ifrazatında lesitin toxumların sayını artırır, sidik kisəsinin əzələ tonusunu stimullaşdırır. Trombəmələgəlməni, antiaqreqant aktivliyi azaltması hesabına prostat vəzidə mikrosirkulyasiyanı azaldır, prostat vəzidə venulaların trombozunun inkişafının qarşısını alır.
Vitaprost® Forte prostat vəzinin və eyakulyatın parametrlərini normallaşdırır. Ağrı və diskomfortu azaldır, dizurik təzahürü aradan qaldırır, kopulyativ funksiyanı yaxşılaşdırır.
Preparat iltihabəleyhinə və antiaqreqasion təsirə malikdir, sidik kisəsinin əzələsini stimulə edir.
Prostat ekstraktının təsiredici maddəsi peptid biorequlyatorlar qrupuna aiddir-sitomedinlərə.
Bu dərman maddələri özlərində molekul kütləsi 1-10 kDa olan peptidləri birləşdirir. Para- və ya autokrin təbiətli kiçikmolekullu peptidlər, transspesifik daxili- və hüceyrələrarası messencer funksiyasını yerinə yetirir.
Prostat vəzinin peptidləri qanın laxtalanması vaxtını azaldır və damar divarının antiaqreqant aktivliyini artırır, qanın mikrosirkulyasiyasını yaxşılaşdırır, qanın fibrinolitik aktivliyini gücləndirir, in vivo, in vitro şəraitdə detruzorun miositlərinin yığılma aktivliyini yüksəldir. İmmunomoduləedici və immunostimuləedici təsirə malikdir, antihistaminlərin və antiserotonin anticisimlərinin sintezini gücləndirir.
Xroniki prostatitin müalicəsi zamanı peptid biorequlyatorların istifadəsinin əsasında bu preparatların mikrosirkulyasını bərpa etmək, antihistamin və antiserotonin antitellərinin hesabına dolayı iltihabəleyhinə təsir göstərmək, eləcə də, onların immunomoduləedici və immunostimuləedici təsiri durur.
Prostat vəzinin xoşxassəli hiperplaziyasının müalicəsi sitomedinlərin mühüm bioloji effektinə əsaslanır: orqanotropluğa-differensasiya proseslərini və onların ifraz edildiyi həmin orqanda hüceyrələrin funksiyasını tənzimləməyə imkan verir.
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
Peptid preparat kimi hüceyrə proteazaları ilə aminturşulara qədər parçalanır. Kumulyativ təsirə malik deyil.
İstifadəsinə göstərişlər
Xroniki prostatit (kompleks müalicənin tərkibində).
Prostat vəzinin xoşxassəli hiperplaziyası.
Sidiyin urgent (imperativ) saxlamamazlığının, urgent sidiyəgetmə istəmənin və qadınlarda klimakterik və postklimakterik dövrdə sidik kisəsinin hiperaktivliyinin ağırlaşmamış formaları zamanı sidiyəgetmənin artmasının müalicəsi.
Prostat vəzidə cərrahi müdaxilələrdən əvvəlki və sonrakı vəziyyət.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın istifadəsi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olma qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Rektal istifadə edilir. Bağırsağın iradi boşalmasından və ya imalədən sonra gündə 1 dəfə 1 suppozitoriya rektal istifadə edilir. Suppozitoriyanın yeridilməsindən sonra pasiyentin 30-40 dəqiqə ərzində yataqda olması arzu ediləndir.
Müalicə kursunun müddətini həkim təyin edir. Prostat vəzinin xoşxassəli hiperplaziyası zamanı Vitaprost® Forte preparatı ilə müalicə kursunun minimal davamlılığı 15 gün, xroniki prostatit zamanı 10 gün, hiperaktiv sidik kisəsi zamanı 20 gündür.
Ehtiyac olduqda, təkrar kursların aparılması mümkündür.
Müalicədən sonra yaxşılaşma baş vermədikdə və ya simptomlar ağırlaşdıqda və ya yeni simptomlar yarandıqda, həkimlə məsləhətləşmək vacibdir.
Doza həddinin aşılması
Vitaprost® Forte preparatının doza həddinin aşılması halları barədə məlumat verilməyib.
Əlavə təsirləri
Çox nadir hallarda ( 0,01%-dən az) - allergik reaksiyalar.
İçlik vərəqədə göstərilməyən istənilən digər əlavə təsir baş verdikdə, həkimə məlumat vermək lazımdır.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Preparat kompleks terapiyada istifadə edilə bilər.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri və ya uyuşmazlığı qeydə alınmayıb.
Xüsusi qeydlər
Xroniki prostatitin müalicəsi kompleks olmalıdır, Vitaprost® Forte preparatının təyin edilməsilə yanaşı digər qrup dərman vasitələrindən və qeyri-dərman müalicə üsullarından istifadə edilməlidir.
Xroniki prostatitin müalicəsinə başlamazdan əvvəl ehtiyac olduqda, müalicə prosesində prostat vəzinin ifrazatının analizinin aparılması məsləhət görülür.
Xoşxassəli hiperplaziyanın müalicəsi üçün preparatdan istifadə dövründə hazırki xəstəliyin standart nəzarətini aparmaq üçün müntəzəm olaraq həkim qəbulunda olmaq lazımdır. Müalicə kursuna başlamazdan əvvəl patologiyanın xoşxassəli xarakter daşıdığına əmin olmaq lazımdır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru
Посмотрите наличие товара в аптеках Вашего города
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.