Eyniləşdirmə və təsnifat
Dərman forması
Tabletlər
Buraxılış forması
Burub bağlanılan qapaqla bağlanmış, qapağın altında isə birinci açılmaya nəzarəti təmin edən qopaqmaq üçün həlqəsi olan altlıq keçirilmiş plastik flakonda 50 və ya 100 tablet. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.
Burub bağlanılan qapaqla bağlanmış, qapağın altında isə birinci açılmaya nəzarəti təmin edən qopaqmaq üçün həlqəsi olan altlıq keçirilmiş plastik flakonda 50 və ya 100 tablet. Etiketin bir hissəsi etiketi azacıq qaldırmağa imkan verən xüsusi yapışqanlı lent vasitəsilə yapışdırılmışdır. İçlik vərəqə bükülən vərəq şəklində düzəldilmiş və etiketin hərəkətli hissəsinin altına yerləşdirilmişdir, təlimatın kənarı flakona fiksə edilmişdir.
Tərkibi
Təsiredici komponent: 1 tabletin tərkibində 2,5 mq natrium varfarin vardır.
Köməkçi komponentlər: laktoza, qarğıdalı nişastası, maqnezium stearat, povidon 30, kalsium hidrofosfat dihidrat, indiqokarmin, povidon 30.
Təsviri
Açıq mavi rəngdə, xaçşəkilli bölgü xətti olan, iki tərəfdən qabarıq, girdə tabletlərdir.
Farmakoterapevtik qrupu
Dolayı təsirli laxtalanmaəleyhinə vasitə.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
Varfarin qaraciyərdə qanın K vitaminindən asılı laxtalanma faktorlarının (II, VII, IX, və X faktorlarının) sintezini tormozlayır. Həmin komponentlərin qanda konsentrasiyası azalır, laxtalanma prosesi ləngiyir. Antikoaqulyant təsir qəbuldan 36-72 saat sonra başlayır, maksimal effekt isə 5-7-ci gün əldə edilir. Preparatın qəbulunun dayandırılmasından sonra K vitaminindən asılı qanın laxtalanma faktorlarının aktivliyinin bərpası 4-5 gün müddətində baş verir.
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
Preparat tez bir zamanda mədə-bağırsaq traktından sorulur. Qan plazmasının zülalları ilə birləşməsi 97-99% təşkil edir. Qaraciyərdə metabolizmə uğrayır. Varfarin rasemik qarışıq olub, onun R- və S-izomerləri qaraciyərdə fərqli yollar vasitəsi ilə metabolizə olunur. Hər bir izomer 2 əsas metabolitə çevrilir. Varfarinin S-enantiomeri üçün əsas katalizator CYP2C9 fermentidir, R-enantiomeri üçün isə CYP1A2 və CYP3A4. Varfarinin sol izomerinin (S-varfarin) antikoaqulyant aktivliyi sağ izomeri (R-enantiomer) ilə müqayisədə 2-5 dəfə daha artıqdır, lakin sağ izomerin yarımxaricolma dövrü daha uzunmüddətlidir. CYP2C9 fermentinin (CYP2C92 və CYP2C93 allelləri daxil olmaqla) polimorfizmi ilə pasiyentlərdə varfarinə qarşı yüksək həssaslıq və qanaxma inkişafının yüksək riski qeyd oluna bilər.
Varfarin orqanizmdən öd ilə MBT-da reabsorbsiya olunan və sidik ilə xaric edilən qeyri-aktiv metabolitlər şəkilində ixrac edilir. Yarımxaricolma dövrü 20-60 saat təşkil edir. R-enantiomerin yarımxaricolma dövrü 37-89 saat, S-enantiomerin isə – 21-43 saat təşkil edir.
İstifadəsinə göstərişlər
Qan damarlarının trombozları və emboliyalarının (kəskin və residivləşən venoz trombozun, ağciyər arteriyasının emboliyasının) müalicə və profilaktikası; miokard infarktının ikincili profilaktikası və miokard infarktından sonrakı tromboembolik fəsadların profilaktikası; qulaqcıqların fibrilyasiyası, ürək qapaqlarının zədələnməsi və ya protezləşdirilmiş ürək qapaqları ilə pasiyentlərdə tromboembolik fəsadların profilaktikası; tranzitor işemik həmlələrin və insultların profilaktikası, əməliyyatdan sonrakı trombozların profilaktikası.
Əks göstərişlər
Preparatın tərkib hissələrinə qarşı təsdiq olunmuş və ya şübhə altında olan yüksək həssaslıq, kəskin qanaxma, hamiləlik (1-ci trimestr və hamiləliyin son 4 həftəsi), ağır qaraciyər və böyrək xəstəlikləri, kəskin DDL-sindrom, C və S zülalların çatışmazlığı, trombositopeniya, yüksək qanaxma riski, hemorragik pozulmalar, qida borusu venalarının varikoz genişlənməsi, arteriyaların anevrizması, lümbal punksiya, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, ağır yaralar (əməliyyat yaralı daxil olmaqla), bakterial endokardit, bədxassəli hipertenziya, hemorragik insult, kəllədaxili qansızma ilə pasiyentlər.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Varfarinlə müalicənin mütləq şərti pasiyentin preparatın təyin olunmuş dozasının qəbuluna riayət edilməsidir.
Alkoqolizmdən əziyyət çəkən pasiyentlər və, həmçinin demensiya ilə pasiyentlər, varfarinin təyin edilmiş qəbul rejiminə riayət etmək qabiliyyətinə malik olmaya bilər.
Yüksək hərarət, hipertireoz, dekompənsə olunmuş ürək çatışmazlığı, qaraciyərin zədələnməsi ilə müşayiət olunan alkoqolizm kimi vəziyyətlər varfarinin təsirini gücləndirə bilər. Hipotireoz zamanı varfarinin effekti zəifləyə bilər. Böyrək çatışmazlığı və ya nefrotik sindrom zamanı varfarinin sərbəst fraksiyasının qan plazmasında konsentrasiyası yüksəlir ki, bu da yanaşı xəstəliklərdən asılı olaraq varfarinin effektinin güclənməsinə və ya zəifləməsinə səbəb ola bilər. Orta dərəcəli qaraciyər çatışmazlığı zamanı varfarinin effekti güclənir.
Yuxarıda göstərilən bütün vəziyyətlər zamanı BNN göstəricisinin səviyyəsinin ciddi monitorinqi aparılmalıdır.
Varfarin qəbul edən pasiyentlərə ağrıkəsici preparat olaraq parasetamolun, tramadolun və ya opiatların təyini tövsiyə olunur.
СYP2C9 fermentini kodlaşdıran genin mutasiyası olan pasiyentlərdə varfarinin yarımxaricolma dövrü daha uzunmüddətlidir. Həmin pasiyentlərə preparatın daha aşağı dozaları tələb olunur, çünki adi terapevtik dozaların qəbulu zamanı qanaxmaların inkişafı riski yüksəlir. Preparatın tərkibində laktoza (köməkçi maddə qismində) olduğu üçün, qalaktozanın nadir anadangəlmə dözümsüzlüyü, laktaza çatışmazlığı, qlükozo-qalaktoz malabsobsiyası olan pasiyentlərə varfarinin qəbulu tövsiyə edilmir.
Antitrombotik effektin tez bir zamanda əldə edilməsi tələb olunduğu halda müalicənin heparinin yeridilməsi ilə başlanması tövsiyə olunur; sonra isə 5-7 gün müddətində (BNN göstəricisinin məqsədli səviyyəsi 2 gün müddətində saxlananadək) heparin və varfarinlə kombinə olunmuş müalicə aparılmalıdır (“İstifadə qaydası və dozalama” bölməsinə bax).
C proteinin çatışmazlığı olan pasiyentlərdə varfarinlə müalicənin əvvəlində dəri nekrozunun inkişafı riski mövcuddur. Qeyd olunan müalicə varfarinin zərbə dozası olmadan (hətta heparin istifadə olunduğu halda) başlanmalıdır. VKORC1 kodlayan bəzi gen mutasiyalarına malik xəstələr varfarinə qarşı yüksək həssaslığa malikdirlər və aşağı dəstəkləyici doza almalıdırlar ("Əlavə təsirləri" bölməsinə bax). S proteinin çatışmazlığı olan pasiyentlər həmçinin qeyd olunan riskə məruz qala bilər, həmin halda varfarinlə müalicənin daha ləng başlanması tövsiyə edilir.
Varfarinə qarşı fərdi rezistentlik olduğu halda (çox nadir hallarda rast gəlinir) terapevtik effektin əldə edilməsi üçün varfarinin 5-dən 20 qədər zərbə dozası tələb olunur. Həmin pasiyentlərdə varfarinin qəbulu qeyri-effektiv olduğu halda digər mümkün olan səbəblər müəyyən edilməlidir, məsələn: varfarinin digər dərman vasitələri ilə yanaşı qəbulu (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax), qeyri-adekvat qida rasionu, laborator səhvlər.
Ahıl yaşlı pasiyentlərin müalicəsi zamanı xüsusi ehtiyat tədbirlərinə riayət edilməsi tələb olunur, çünki həmin pasiyentlərdə laxtalanma faktorların sintezi və qaraciyər metabolizmi zəifləyir ki, bu da varfarinin təsirinin həddindən artıq güclü effektinə səbəb ola bilər.
Böyrək funksiyasının pozulması ilə pasiyentlərdə varfarinin ehtiyat ilə təyin edilməsi tövsiyə olunur, bu səbəbdən, hiperkoaqulyasiya riski olan pasiyentlərdə, məsələn, ağır arterial hipertenziya və ya böyrək xəstəlikləri zamanı, BNN göstəricisinin daha ciddi monitorinqi aparılmalıdır (“İstifadə qaydası və dozalama” bölməsinə bax).
Varfarinlə müalicə alan pasiyentlərdə dəri nekrozu ilə müşayiət olunan və ölüm hallarının yüksək tezliyi ilə xarakterizə olan nadir damarların kalsifikasiyası sindromunun inkişafı halları qeydə alınmışdır. Qeyd olunan xəstəlik daha çox dializdə olan böyrək çatışmazlığının terminal mərhələsi ilə pasiyentlərdə və ya C və ya S proteini çatışmazlığı, hiperfosfatemiya, hiperkalsemiya və ya hipoalbuminemiya kimi risk faktorları olan pasiyentlərdə inkişaf edir. Varfarin qəbul edən pasiyentlərdə, həmçinin böyrək xəstəlikləri olmayan pasiyentlərdə, kalsifilaksiya inkişafının nadir halları haqqında məlumat verilmişdir. Kalsifilaksiya simptomatik müalicənin aparılmasını tələb edir, və təsdiq edilmiş kalsifilaksiya zamanı, alternativ antikoaqulyantlar mövcud olduğu halda, varfarinlə müalicənin dayandırılmasına dair qərarın verilməsi fərdi olaraq qiymətləndirilir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Varfarin tez bir zamanda ciftdən keçərək dölə teratogen təsir göstərir ki, bu da hamiləliyin 6-12-ci həftəsində döldə varfarin sindromunun inkişafına səbəb olur. Həmin sindromun təzahürləri: nazal hipoplaziya (burunun yəhərvari deformasiyası və digər qığırdaq dəyişiklikləri) və rentgenoloji müayinə zamanı nöqtəvari xondrodisplaziya (xüsusilə də onurğa sütununda və uzun borulu sümüklərdə), qısa əllər və əl barmaqları, tam və ya hissəvi körluğun inkişafı ilə nəticələnən görmə sinirinin atrofiyası, katarakta, əqli və fiziki inkişafın ləngiməsi və mikrosefaliya. Preparat hamiləliyin sonunda və doğuş zamanı qanaxmanın inkişafına səbəb ola bilər. Preparatın hamiləlik zamanı istifadəsi anadangəlmə inkişaf qüsurlarına və dölün ölümünə səbəb ola bilər. Hamiləliyin 1-ci trimestrində və son 4 həftəsi müddətində preparatın təyini yolverilməzdir. Hamiləliyin digər həftələrində varfarinin istifadəsi tövsiyə edilmir, təcili hallar istisna olmaqla. Reproduktiv yaş dövründə olan qadınlar varfarinin qəbulu dövründə effektiv kontrasepsiya üsullarından istifadə etməlidir. Varfarin ana südü ilə xaric edilir, lakin varfarinin terapevtik dozalarının qəbulu uşağın ana südü ilə qidalandırılmasına təsir etmədiyi ehtimal edilir. Varfarin ana südü ilə qidalandırma zamanı istifadə oluna bilər. Varfarinin fertilliyə olan təsiri haqqında məlumat mövcud deyil.
İstifadə qaydası və dozası
Varfarin gündə 1 dəfə eyni vaxtda təyin edilir. Müalicənin müddəti istifadəsinə göstərişlərə əsasən həkim tərəfindən müəyyən edilir.
Müalicə zamanı nəzarət
Müalicəyə başlamazdan əvvəl Beynəlxalq normallaşdırılmış nisbət (BNN) təyin edilir. Sonradan laborator nəzarət hər 4-8 həftədən bir aparılır. Müalicənin müddəti pasiyentin klinik vəziyyətindən asılıdır. Müalicə dərhal dayandırıla bilər.
Əvvəl Varfarin qəbul etməyən pasiyentlər
Başlanğıc doza ilk 4 gün müddətində 5 mq/gün (gündə 2 tablet) təşkil edir. Müalicənin 5-ci günü BNN göstəricisi təyin edilir və həmin göstəriciyə müvafiq olaraq preparatın saxlayıcı dozası təyin edilir. Adətən saxlayıcı doza 2,5-7,5 mq/gün (gündə 1-3 tablet) təşkil edir.
Əvvəl Varfarin qəbul edən pasiyentlər
Tövsiyə edilən başlanğıc doza məlum olan saxlayıcı dozanın ikiqat dozasını təşkil edir və ilk 2 gün müddətində təyin edilir. Sonra isə müalicə məlum olan saxlayıcı doza ilə davam etdirilir. Müalicənin 5-ci günü BNN göstəricisinin nəzarəti və həmin göstəriciyə müvafiq olaraq dozanın tənzimlənməsi aparılır. Venoz trombozun, ağciyər arteriyasının emboliyasının, qulaqcıqların fibrillyasiyasının, dilatasion kardiomiopatiyanın, fəsadlaşmış ürək qapaqları xəstəliklərinin profilaktika və müalicəsi zamanı, ürək qapaqlarının bioprotezlərlə protezləşdirilməsi zamanı BNN göstəricisinin 2-dən 3 qədər çərçivəsində saxlanılması tövsiyə edilir. Ürək qapaqlarının mexaniki qapaqlar ilə protezləşdirilməsi və fəsadlaşmış kəskin miokard infarktı zamanı BNN göstəricisinin daha yüksək səviyyələrinin (2,5-dən 3,5 qədər) saxlanılması tövsiyə edilir.
Uşaqlar
Varfarinin uşaqlarda istifadəsinə dair məlumat məhduddur. Başlanğıc doza, adətən, 0,2 mq/kq/gün (qaraciyərin normal funksiyası zamanı) və 0,1 mq/kq/gün (qaraciyər funksiyasının pozulması zamanı) təşkil edir. Saxlayıcı doza BNN göstəricilərinə əsasən müəyyən edilir. BNN göstəricisinin tövsiyə edilən səviyyələri böyüklərdə olduğu kimidir. Uşaqlarda varfarinin təyininə dair qərar təcrübəli mütəxəssis tərəfindən verilməlidir. Müalicə təcrübəli mütəxəssis-pediatr nəzarəti altında aparılmalıdır. Dozaların seçimi aşağıdakı cədvəldə təsvir edilmişdir.
I. 1-ci gün | BNN göstəricisinin başlanğıc səviyyəsi 1,0-1,3 çərçivəsində olduğu halda, zərbə dozası 0,2 mq/kq bədən çəkisinə təşkil edir. |
II. 2-4-cü günlər, BNN göstəricisinin səviyyəsi: 1-1,3 1,4-1,9 2,0-3,0 3,1-3,5 > 3,5 olduğu halda |
Dozalama: Zərbə dozasını təkrarlamaq; Zərbə dozasının 50 %-i; Zərbə dozasının 50 %-i; Zərbə dozasının 25 %-i; BNN göstəricisinin səviyyəsi < 3,5 olduğu halda, preparatın qəbulunu dayandırmaq, sonra isə müalicəni əvvəlki dozanın 50%-ni təşkil edən doza ilə davam etmək. |
III. Saxlanma, BNN göstəricisnin səviyyəsi: 1-1,3 1,4-1,9 2,0-3,0 3,1-3,5 > 3,5 |
Dozalama (həftəlik doza): Dozanı 20% artırmaq; Dozanı 10% artırmaq; Dəyişikliksiz; Dozanı 10% azaltmaq; BNN göstəricisinin səviyyəsi < 3,5 olduğu halda, preparatın qəbulunu dayandırmaq, sonra isə müalicəni əvvəlki dozadan 20% daha aşağı olan doza ilə davam etmək. |
Ahıl yaşlı pasiyentlər
Varfarinin ahıl yaşlı pasiyentlərdə qəbuluna dair xüsusi tövsiyələr mövcud deyil.
Lakin, ahıl yaşlı pasiyentlər ciddi nəzarət altında saxlanılmalıdır, çünki onlarda əlavə təsirlərin inkişafının daha yüksək riski qeyd olunur.
Qaraciyər çatışmazlığı ilə pasiyentlər
Qaraciyər funksiyasının pozulması varfarinə qarşı həssaslığın yüksəlməsinə səbəb olur, çünki qaraciyər qanın laxtalanma faktorlarını hasil edir və, həmçinin, varvarini metabolizə edir. Həmin qrup pasiyentlərdə BNN göstəricilərinin ciddi nəzarətinin aparılması mütləqdir.
Planlaşdırılan əməliyyatdan 1 həftə əvvəl BNN göstəricisini təyin etmək. |
Əməliyyatdan 1-5 gün əvvəl varfarinin qəbulunu dayandırmaq. Yüksək tromboz riski olduğu halda profilaktika məqsədi ilə pasiyentə dərialtı aşağı molekulyar hepari yeridilir.
Varfarinin qəbulunda fasilənin verilməsi BNN göstəricinin səviyyəsindən asılıdır. Varfarinin qəbulu aşağıda qeyd olunan hallarda dayandırılır: - əməliyyatdan 5 gün əvvəl, BNN göstəricisinin səviyyəsi > 4,0 olduğu halda - əməliyyatdan 3 gün əvvəl, BNN göstəricisinin səviyyəsi 3,0-4,0 olduğu halda - əməliyyatdan 2 gün əvvəl, BNN göstəricisinin səviyyəsi 2,0-3,0 olduğu halda |
BNN göstəricisinin səviyyəsi > 1,8 olduğu halda, axşam əməliyyatdan qabaq BNN göstərisinin səviyyəsini təyin etmək və peroral və ya venadaxili 0,5-1,0 mq K vitamini yeritmək. |
Əməliyyat günü fraksiya olunmamış heparinin infuziyasının və ya aşağı molekulyar heparinin profilaktik yeridilməsinin zəruriliyini nəzərə almaq. |
Əməliyyatdan sonra 5-7 gün müddətində varfarin qəbulunun bərpası fonunda aşağı molekulyar heparinin dərialtı yeridilməsini davam etmək. |
Varfarinin qəbulunu əvvəlki saxlayıcı dozanın qəbulu ilə kiçik əməliyyatlardan sonra həmin gün axşam, böyük əməliyyatlardan sonra isə pasiyent enteral qidalanmanı almağa başladığı gün davam etmək. |
Böyrək çatışmazlığı ilə pasiyentlər
Böyrək funksiyasının pozulması ilə pasiyentlərdə varfarinin dozasının azaldılması və ciddi monitorinqin aparılması tələb olunur (“Xüsusi göstərişlər” bölməsinə bax).
Planlı (elektiv) cərrahi müdaxilələr
Cərrahi müdaxilədən əvvəl və sonra və müdaxilə zamanı antikoaqulyant müalicə aşağıda göstərilən qaydada aparılır (peroral antikoaqulyant effektin təcili dayandırılması tələb olunduğu halda – “Doza həddinin aşılması” bölməsinə bax).
Doza həddinin aşılması
Müalicənin effektivliyinin göstəricisi qanaxmaların inkişafı sərhədində yerləşdiyi üçün, pasiyentlərdə mikrohematuriya, damaqlardan qanaxma və s. kimi cüzi qanaxmalar qeyd oluna bilər. Yüngül hallarda preparatın dozasının azaldılması və ya qısa müddətdə müalicənin dayandırılması kifayətdir. Cüzi qanaxmalar zamanı preparatın qəbulu BNN göstəricisinin məqsədli səviyyəsi əldə edilənədək dayandırılmalıdır. Ağır qanaxma inkişaf etdiyi halda K vitamini (venadaxili) və aktivləşdirilmiş kömür, laxtalanma faktorların konsentratı və ya təzə dondurulmuş plazma yeridilməlidir.
Gələcəkdə peroral antikoaqulyantların təyini nəzərdə tutulduğu halda K vitamininin yüksək dozalarından qaçınmaq lazımdır, çünki varfarinə qarşı rezistentlik 2 həftə müddətində inkişaf edir.
Doza həddinin aşılması zamanı müalicə sxemi
Yüngül qanaxma zamanı | |
BNN | Tövsiyələr |
< 5,0 | Varfarinin növbəti dozasını ötürmək və BNN göstəricisinin terapevtik səviyyəsi əldə edildikdən sonra daha aşağı dozaların qəbulunu davam etdirmək. |
5,0 - 9,0 | Varfarinin 1-2 dozasını ötürmək və BNN göstəricisinin terapevtik səviyyəsi əldə edildikdən sonra daha aşağı dozaların qəbulunu davam etdirmək. VƏ YA: Varfarinin 1 dozasını ötürmək və K vitaminini 1-2,5 mq dozada peroral təyin etmək. |
> 9,0 | Varfarinin qəbulunu dayandırmaq və K vitaminini 3,0-5,0 mq dozada peroral təyin etmək. |
Preparatın qəbulunun dayandırılması göstərilmişdir | |
BNN | Tövsiyələr |
5,0 - 9,0 — əməliyyat planlaşdırılır | Varfarinin qəbulunu dayandırmaq və K vitaminini 2-4 mq dozada peroral təyin etmək (planlaşdırılan əməliyyatdan 24 saat əvvəl) |
> 20,0 və ya güclü qanaxma | K vitamininin 10 mq dozada ləng venadaxili infuziya yolu ilə yeridilməsini təyin etmək. Protrombin kompleksi faktorlarının konsentratının və ya təzə dondurulmuş plazmanın, və ya tam qanın köçürülməsi. Ehtiyac olduğu halda hər 12 saatdan bir K vitamininin təkrar yeridilməsi. |
Müalicənin aparılmasından sonra, varfarinin yarımxaricolma dövrü 20-60 saat təşkil etdiyini nəzərə alaraq, pasiyent uzun müddət nəzarət altında saxlanılmalıdır.
Əlavə təsirləri
Arzuolunmaz reaksiyalar sistem və orqanlar üzrə və normativ-hüquqi fəaliyyət üçün nəzərdə tutulmuş Tibbi lüğətə (Med-DRA) müvafiq olaraq və həmçinin, rastgəlmə tezliyinə əsasən (çox tez-tez (≥1/10), tez-tez (≥1/100-<1/10), bəzən (≥1/1000-<1/100), nadir (≥10 000-<1/1000), çox nadir (<1/10 000), tezliyi məlum olmayan (əldə olan məlumatlara əsasən qiymətləndirilməsi mümkün deyil).
Rastgəlmə tezliyi | Əlavə təsirlər |
---|---|
Qan və limfa sistemində baş verən pozğunluqlar | |
Tez-tez rast gəlinən: | Uzunmüddətli istifadədən sonra varfarinə qarşı yüksək həssaslıq |
Mədə-bağırsaq traktında baş verən pozğunluqlar | |
Bəzən: | Qusma, ürəkbulanma, ishal |
Çox nadir | Melena |
Tezliyi məlum olmayan: | Qarın ağrısı (ikincili qanaxma ilə əlaqədar) və hematemezis |
Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar | |
Nadir: | Vaskulit, dəri nekrozu, alopesiya, səpgi, övrə, qaşınma |
Tezliyi məlum olmayan: | Kalsifilaksiya, ekximoza səbəb olan eritematoz lövhələr |
Damarlarda baş verən pozğunluqlar | |
Çox tez-tez: | Qanaxmalar (müxtəlif orqanlarda) |
Nadir: | “Göyərmiş barmaq” sindromu |
Çox nadir hallarda rast gəlinən: | Xolesterin emboliyası |
İmmun sistemdə baş verən pozğunluqlar | |
Tez-tez : | Hiperhəssaslıq |
Qaraciyərdə baş verən pozğunluqlar | |
Nadir: | “Qaraciyər” fermentlərinin aktivliyinin yüksəlməsi, sarılıq |
Ümumi pozğunluqlar və yeridilmə nahiyəsində pozğunluqlar | |
Tezliyi məlum olmayan: | Hərarət |
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Müalicə həkiminin məsləhəti olmadan digər dərman vasitələrinin qəbulunun başlanması və ya dayandırılması və, həmçinin, qəbul edilən preparatların dozalarının dəyişilməsi tövsiyə olunmur.
Yanaşı təyini zamanı, həmçinin, varfarinin təsirinin digər dərman vasitələri tərəfindən gücləndirilməsi və/və ya zəiflətməsini də nəzərə almaq lazımdır.
Varfarinin trombositlərin konsentrasiyasına və birincili hemostaza təsir göstərən dərman vasitələri (asetilsalisil turşusu, klopidoqrel, tiklopidin, dipiridamol, əksər qeyri-steroid iltihab əleyhinə vasitələr (siklooksigenaza-2 inhibitorları istisna olmaqla), yüksək dozada penisillin qrupu antibiotikləri) ilə yanaşı istifadəsi zamanı ağır qanaxmaların inkişafı riski yüksəlir.
Varfarinin, həmçinin sitoxrom P450 sisteminə güclü inhibisiya edici təsir göstərən preparatlar (məsələn, simetidin və xloramfenikol) ilə yanaşı istifadəsi tövsiyə edilmir, çünki qeyd olunan preparatların qəbulu zamanı bir neçə gün müddətində qanaxma təhlükəsi artır. Qeyd olunan hallarda simetidin, məsələn, ranitidin və ya famotidin ilə əvəz oluna bilər.
Varfarinin effektini azaldan dərman vasitələri
Adı | Mümkün olan mexanizm |
Ürək-damar sisteminə təsir göstərən dərman vasitələri | |
Xolestiramin | Varfarinin sorulmasının azalması və enterohepatik resirkulyasiyaya təsiri. |
Bozentan | Qaraciyərdə varfarinin CYP2C9/CYP3A4-nə çevirilməsinin induksiyası. |
Mədə-bağırsaq traktına təsir göstərən dərman vasitələri | |
Aprepitant | Varfarinin CYP2C9 fermentinə çevirilməsinin induksiyası. |
Mesalazin | Varfarinin antikoaqulyant effektinin zəifləməsinin mümkünlüyü. |
Sukralfat | Varfarinin absorbsiyasının zəifləməsi ehtimalı. |
Dermatoloji dərman vasitələri | |
Qrizeofulvin | Kumarinlərin antikoaqulyant effektinin zəifləməsi. |
Retinoidlər | Varfarinin aktivliyinin zəifləməsinin mümkünlüyü. |
İnfeksiyaəleyhinə dərman vasitələri | |
Dikloksasillin | Varfarinin metabolizminin güclənməsi. |
Rifampisin | Varfarinin metabolizminin güclənməsi. Həmin preparatların yanaşı istifadəsindən qaçınmaq lazımdır. |
Virusəleyhinə vasitələr (nevirapin, ritonavir) | Varfarinin CYP2C9-asılı metabolizminin güclənməsi. |
Nafsillin | Varfarinin antikoaqulyant effektinin zəifləməsi. |
Əzələ, oynaq və sümük ağrıları zamanı istifadə edilən dərman vasitələri | |
Fenazon | “Qaraciyər” fermentlərinin metabolizminin güclənməsi, plazmada varfarinin konsentrasiyasının azalması. Varfarinin dozasının artırılması tələb oluna bilər. |
Rofekoksib | Qarşılıqlı təsirin mexanizmi məlum deyil. |
Mərkəzi sinir sisteminə təsir göstərən dərman vasitələri | |
Barbituratlar (məsələn, fenobarbital) | Varfarinin metabolizminin güclənməsi. |
Epilepsiyaəleyhinə vasitələr (karbamazepin, valproy turşusu, primidon, fenitoin) | Varfarinin metabolizminin güclənməsi. |
Antidepressantlar (trazodon, mianserin) | 4 klinik istifadə zamanı müəyyən edilmişdir ki, trazodon və varfarinin qarşılıqlı təsiri protrombin vaxtının və BNN göstəricisinin azalmasına səbəb olmuşdur, lakin həmin qarşılıqlı təsirin mexanizmi məlum deyil. Həmçinin Varfarin və mianserinin qarşılıqlı təsirinin mexanizmi məlum deyil. |
Qlutetimid | Varfarinin metabolizminin güclənməsi nəticəsində onun antikoaqulyant effektinin zəifləməsi. |
Xlordiazepoksid | Varfarinin antikoaqulyant effektinin zəifləməsi. |
Sitostatiklər | |
Aminoqlütetimid | Varfarinin metabolizminin güclənməsi. |
Azatioprin | Varfarinin sorulmasının zəifləməsi və metabolizminin güclənməsi. |
Merkaptopurin | Varfarinin antikoaqulyant effektinin zəifləməsi. |
Mitotan | Varfarinin antikoaqulyant effektinin zəifləməsi mümkündür. |
İmmunodepressantlar | |
Siklosporin | Varfarin siklosporinin metabolizminə təsir göstərərək onun konsentrasiyasını yüksəldir və ya onun effektini gücləndirir. |
Diuretiklər | |
Spironolakton, xlortalidon | Diuretiklərin hipovolemik təsiri nəticəsində laxtalanma faktorlarının konsentrasiyasının yüksəlməsi baş verir ki, bu da antikoaqulyantların təsirinin zəifləməsinə səbəb olur. |
Xalq təbabəti vasitələri | |
Adi dazıotu (Hypericum perforatum) | Varfarinin CYP P450-3A4 və -1A2 vasitəsi ilə (R-varfarinin metabolizmi) və, həmçinin, CYP P450-2C9 vasitəsi ilə (S-varfarinin metabolizmini) həyata keçirilən metabolizmini gücləndirir. Fermentlərin induksiyasına olan təsir adi dazıotunun qəbulunun dayandırılmasından sonra 2 həftə müddətində saxlanıla bilər. Pasiyent adi dazı otu preparatlarını qəbul etdiyi halda BNN göstəricisinin səviyyəsi yoxlanılmalı və preparatın qəbulu dayandırılmalıdır. Adi dazıotu preparatının qəbulunun dayandırılmasından sonra BNN göstəricisinin səviyyəsi yüksələ bildiyi üçün, həmin göstəricinin ciddi monitorinqi aparılmalıdır. Sonra isə varfarin təyin oluna bilər. |
Jenşen (Panax ginseng) | Varfarinin qaraciyərdə metabolizminin güclənməsi mümkündür. Qeyd olunan preparatların yanaşı istifadəsi tövsiyə olunmur. |
Qida məhsulları | |
Tərkibində K vitamini olan qida məhsulları. K vitamini ən çox yaşıl tərəvəzlərin (məsələn, qızıl pencər, kələm, avokado, brokkoli, brüssel kələmi, kanola yağı, şayo yarpağı, soğan, keşniş, xiyar qabığı, kasnı, kivi, salat-latuk, nanə, yaşıl xardal, zeytun yağı, cəfəri, paxla, püstə, qırmızı dəniz yosunu, bahar soğanı, soya paxlası, çay yarpaqları (lakin içki çay yox), şalğam, kress-salat, ispanaq) tərkibində vardır, bu səbəbdən varfarinlə müalicə zamanı qeyd olunan qida məhsulları ehtiyat ilə qəbul olunmalıdır. | Varfarinin təsirinin zəifləməsinə səbəb olur. |
Vitaminlər | |
С vitamini | Varfarinin antikoaqulyant effektinin zəifləməsi. |
К vitamini | Varfarin K vitaminindən asılı laxtalanma faktorlarının sintezini tormozlayır. |
Varfarinin effektini gücləndirən vasitələr
Adı | Mümkün olan mexanizm |
Qan və hematopoetik orqanlara təsir göstərən dərman vasitələri | |
Absiksimab Tirofiban Eptifibatid Klopidoqrel Heparin | Qanın laxtalanma sisteminə əlavə təsir. |
Mədə-bağırsaq traktına və maddələr mübadiləsinə təsir göstərən dərman vasitələri | |
Simetidin | Sitoxrom P450 sisteminə nəzərə çarpan inhibisiya edici təsir göstərir ki, nəticədə varfarinin metabolizminin zəifləməsinə səbəb olur (simetidini ranitidin və ya famotidin ilə əvəz etmək olar). |
Qlibenklamid | Varfarinin antikoaqulyant effektinin güclənməsi. |
Omeprazol | Varfarinin antikoaqulyant effektinin güclənməsi. |
Ürək-damar sisteminə təsir göstərən dərman vasitələri | |
Amiodaron | Bir həftə yanaşı qəbuldan sonra varfarinin metabolizminin zəifləməsi. Qeyd olunan effekt amiodaronun qəbulunun dayandırılmasından sonra 1-3 ay müddətində saxlanıla bilər. |
Etakrin turşusu | Varfarinin zülal birləşmələrində yerini tutaraq onun effektini gücləndirə bilər. |
Hipolipidemik vasitələr (fluvastatin, simvastatin, rozuvastatin, hemfibrozil, bezafibrat, klofibrat, lovastatin, fenofibrat) | P450 2C9 və 3A4 sitoxromları vasitəsilə aparılan metabolizmə təsir göstərir |
Propafenon | Varfarinin metabolizminin zəifləməsi. |
Xinidin | Qanın laxtalanma faktorlarının sintezinin zəifləməsi. |
Diazoksid | Zülal ilə birləşmələrdə varfarini, bilirubini və ya digər substansiyanı əvəz edə bilər. |
Diqoksin | Antikoaqulyant effektin güclənməsi. |
Propranolol | Antikoaqulyant effektin güclənməsi. |
Tiklopidin | Qanaxma riskinin yüksəlməsi. BNN göstəricisinin monitorinqinin aparılması tələb olunur. |
Dipiridamol | Effektlərin gücləndirilməsi nəticəsində varfarinin və ya dipiridamolun səviyyəsinin yüksəlməsi. Qanaxmaların (hemorragiyaların) riskinin yüksəlməsi. |
Dermatoloji dərman vasitələri | |
Mikonazol (həmçinin, ağız boşluğu üçün gel formasında) | Varfarinin klirensinin azalması və plazmada varfarinin sərbəst fraksiyasının yüksəlməsi; varfarinin sitoxrom P450 vasitəsi aparılan metabolizminin zəifləməsi. |
Sidik-cinsiyyət sistemi və cinsiyyət hormonları | |
Steroid hormonlar – anabolik vasitələr və/və ya androgenlər (danazol, testosteron) | Varfarinin metabolizminin zəifləməsi və/və ya koaqulyasiya və fibrinoliz sistemlərinə birbaşa təsiri |
Sistem istifadə üçün hormonlar | |
Qalxanabənzər vəzinin funksiyasına təsir göstərən vasitələr | K vitaminindən asılı laxtalanma faktorlarının metabolizminin güclənməsi. |
Qlükaqon | Varfarinin antikoaqulyant effektinin güclənməsi |
Podaqraəleyhinə dərman vasitələri | |
Allopurinol | Varfarinin antikoaqulyant effektinin güclənməsi |
Sulfinpirazon | Metabolizmin zəifləməsi və zülallar ilə birləşmənin zəifləməsi nəticəsində antikoaqulyant effektinin güclənməsi. |
İnfeksiyaəleyhinə dərman vasitələri | |
Yüksək dozalarda penisillinlər (kloksasillin, amoksisillin) | Qanaxma ehtimalının (damaq, burun qanaxması, qeyri-adi qançırların yaranması və ya nəcisin tündləşməsi) yüksəlməsinin mümkünlüyü. |
Tetrasiklinlər | Varfarinin antikoaqulyant effektinin yüksəlməsinin mümkünlüyü. |
Sulfanilamidlər (sulfametizol, sulfafurazol, sulfafenazol) | Varfarinin antikoaqulyant effektinin yüksəlməsinin mümkünlüyü. |
Xinolonlar (siprofloksasin, norfloksasin, ofloksasin, qrepafloksasin, nalidiks turşusu) | Varfarinin metabolizminin zəifləməsi. |
Makrolidlər (azitromisin, klaritromisin, eritromisin, roksitromisin) | Varfarinin metabolizminin zəifləməsi. |
Göbələkəleyhinə vasitələr (flukonazol, itrakonazol, ketokonazol, metronidazol,vorikonazol) | Varfarinin metabolizminin zəifləməsi. |
Xloramfenikol | Varfarinin metabolizminin zəifləməsi, sitoxrom P450 sisteminə nəzərə çarpan inhibisiya edici təsiri. |
Sefalosporinlər (sefamandol, sefaleksin, sefmenoksim, sefmetazol, sefoperazon, sefuroksim) | K vitaminindən asılı qanın laxtalanma faktorlarının sintezinin tormozlanması və digər mexanizmlər nəticəsində varfarinin effektinin güclənməsi. |
Sulfametoksazol+trimetoprim | Varfarinin metabolizminin zəifləməsi və varfarinin zülallarla birləşmələrdən xaric edilməsi. |
Antihelmint dərman vasitələri | |
Levamizol | Varfarinin antikoaqulyant effektinin güclənməsi. |
Mərkəzi təsirli öskürəkəleyhinə dərman vasitələri | |
Kodein | Kodein və parasetamol kombinasiyası varfarinin aktivliyini gücləndirir. |
Əzələ, oynaq və sümük ağrıları zamanı istifadə edilən dərman vasitələri | |
Asetilsalisil turşusu | Varfarinin plazma albumini ilə birləşmədən xaric edilməsi, varfarinin metabolizminin zəifləməsi. |
QSİƏP – azapropazon, indometasin, oksifenbutazon, piroksikam, sulindak, tolmetin, feprazon, selekoksib və s. (siklooksigenaza-2 inhibitorları istisna olmaqla) | Sitoxrom P450 2C9 fermentləri ilə həyata keçirilən metabolizmə təsir göstərir. |
Leflunomid | Varfarinin CYP2C9 vasitəsi ilə həyata keçirilən metabolizmin zəifləməsi. |
Parasetamol (asetaminofen) (xüsusilə də 1-2 həftəlik daimi qəbulundan sonra) | Varfarinin metabolizminin zəifləməsi və ya laxtalanma faktorlarına təsiri (parasetamolun gündə 2 q-dan az dozada qəbulu zamanı həmin effekt qeyd olunmur). |
Fenilbutazon | Varfarinin metabolizminin zəifləməsi, varfarinin zülallar ilə birləşmələrdən xaric edilməsi. Qeyd olunan kombinasiyanın istifadəsi tövsiyə olunmur. |
Narkotik analgetiklər (dekstropropoksifen) | Varfarinin antikoaqulyant effektinin güclənməsi. |
Mərkəzi sinir sisteminə təsir göstərən dərman vasitələri | |
Epilepsiyaəleyhinə vasitələr (fosfofenitoin, fenitoin) | Varfarinin zülallarla birləşməsindən xaric edilməsi, varfarinin metabolizminin güclənməsi. |
Tramadol | P450 3A4 sitoxrom vasitəsi ilə həyata keçirilən metabolizmə təsiri. |
Antidepressantlar: serotoninin geriyə udulmasının selektiv inhibitorları (SGUSİ) (fluoksetin, fluvoksamin, paroksetin, sertralin) | Varfarinin metabolizminin zəifləməsi. Ehtimal edilir ki, SGUSİ P450 2C9 sitoxromun izofermentinin (CYP2C9) aktivliyini zəiflədir. Həmin ferment vasitəsi ilə daha güclü təsirə malik olan izomer S-varfarinin metabolizmi həyata keçirilir. Bundan başqa, həm SGUSİ, həm varfarin albumin ilə sıx əlaqə yaradır. Həmin preparatların yanaşı istifadəsi zamanı birinin albumin ilə birləşmədən kənarlaşmasının mümkünlüyü çoxalır. |
Xloralhidrat | Təsir mexanizmi məlum deyil. |
Sitostatiklər | |
Ftorurasil | Varfarinin metabolizmində iştirak edən sitoxrom P450 2C9 fermentlərinin sintezinin zəifləməsi |
Kapesitabin | CYP2C9 izofermentlərinin aktivliyinin zəifləməsi. |
Imatinib | CYP3A4 izofermentinin aktivliyinin zəifləməsi və varfarinin CYP2C9 və CYP2D6 vasitəsi ilə həyata keçirilən metabolizminin zəifləməsi. |
İfosfamid | CYP3A4 aktivliyinin zəifləməsi. |
Tamoksifen | Tamoksifen, CYP2C9 inhibitoru, varfarinin metabolizmini zəiflədərək onun zərdabda konsentrasiyasını yüksəldə bilər. |
Metotreksat | Qaraciyərdə prokoaqulyant faktorların sintezinin azalması nəticəsində varfarinin effektinin güclənməsi. |
Teqafur | Varfarinin antikoaqulyant effektinin güclənməsi. |
Trastuzumab | Varfarinin antikoaqulyant effektinin güclənməsi. |
Flutamid | Varfarinin antikoaqulyant effektinin güclənməsi. |
Siklofosfamid | Siklofosfamid şişəleyhinə vasitə olduğu üçün varfarinin antikoaqulyant effektinin dəyişilməsi ehtimalı mövcuddur. |
Sitotoksik dərman vasitələri | |
Etopozid | Kumarinlərin antikoaqulyant effektinin güclənməsi mümkündür. |
İmmunomodulyatorlar | |
Alfa- və beta-interferon | Varfarinin antikoaqulyant effektinin güclənməsi və zərdabda varfarinin konsentrasiyasının yüksəlməsi varfarinin dozasının azaldılmasını tələb edir. |
Asılılığın müalicəsi üçün dərman vasitələri | |
Disulfiram | Varfarinin metabolizminin zəifləməsi. |
Diuretiklər | |
Metolazon | Varfarinin antikoaqulyant effektinin güclənməsi. |
Tienil turşusu | Varfarinin antikoaqulyant effektinin güclənməsi. |
Bronxial astmanın müalicəsi üçün dərman vasitələri | |
Zafirlukast | Varfarinin qəbulu fonunda zafirlukastın metabolizminin dəyişilməsi nəticəsində zafirlukastın konsentrasiyasının yüksəlməsi və ya effektinin güclənməsi. |
Hipoqlikemik dərman vasitələri | |
Troqlitazon | Varfarinin metabolizminin dəyişilməsi fonunda onun konsentrasiyasının azalması və ya effektinin zəifləməsi. |
Vaksinlər | |
Qripəleyhinə vaksin | Varfarinin antikoaqulyant effektinin güclənməsinin mümkünlüyü. |
Malyariyaəleyhinə dərman vasitələri | |
Proquanil | Varfarinin antikoaqulyant effektinin güclənməsinin mümkünlüyü haqqında tək-tək məlumatlar mövcuddur. |
Qida məhsulları | |
Mərcanı | Mərcanı varfarinin CYP2C9 vasitəsi ilə həyata keçirilən metabolizmini zəiflədir. |
Xinin tərkibli canlandırıcı içkilər | Xinin qaraciyərdə prokoaqulyant faktorların sintezini azaldır. Bu səbəbdən tərkibində xinin olan canlandırıcı içkilərin böyük miqdarda qəbulu varfarinin dozasının azaldılmasını tələb edə bilər. |
Gingko (Ginkgo biloba), sarımsaq (Allium sativum), mələkotu (Angelica sinensis), papaya (Carica papaya), adaçayı (Salvia miltiorrhiza) | Antikoaqulyant/antitrombositar effektin gücləndirilməsi qanaxmaların riskini yüksəldə bilər. |
Varfarinin effektini zəiflədən və ya gücləndirən vasitələr
Adı | Mexanizmi |
---|---|
Ürək-damar sisteminə təsir göstərən dərman vasitələri | |
Dizopiramid | Varfarinin antikoaqulyant effektini zəiflədə və ya gücləndirə bilər. |
Bioloji aktiv əlavələr | |
Koenzim-Q10 | Koenzim-Q10 K vitamini ilə oxşar kimyəvi struktura malik olduğu üçün varfarinin effektini gücləndirə və ya tormozlaya bilər. |
Digər vasitələr | |
Alkoqol (etanol) | Varfarinin metabolizminin inhibisiyası və ya induksiyası. |
Qlükozamin (toxumaların reparasiyasının stimulyatoru) | Yanaşı qlükozamin və peroral K vitamini antaqonistlərini qəbul edən pasiyentlərdə BNN göstəricisinin səviyyəsini yüksəldə bilər. Qlükozamin ilə müalicənin əvvəlində və sonunda pasiyent nəzarət altında saxlanılmalıdır. |
Varfarin peroral hipoqlikemik vasitələrin – sulfonil sidik cövhərinin törəmələrinin – təsirini gücləndirə bilər.
Varfarinin yuxarıda göstərilən preparatlar ilə yanaşı istifadəsi zamanı müalicənin əvvəlində və sonunda və, imkan daxilində, müalicənin başlanğıcından 2-3 həftə sonra BNN göstəricisinin səviyyəsinin nəzarəti aparılmalıdır.
Qanaxmalar
İl ərzində varfarin qəbul edən pasiyentlərdə təxminən 8% halda qanaxmalar qeyd olunur. Onlardan 1%-i hospitalizasiyanı və ya qan köçürməni tələb edən ağır (kəllədaxili, retroperitoneal) və 0,25%-i fatal kimi qiymətləndirilir. Kəllədaxili qanaxmanın yaranması üçün daha çox rast gəlinən risk faktoru - müalicə olunmamış və ya nəzarət olunmayan arterial hipertenziyadır. BNN göstəricisinin səviyyəsi məqsədli göstəricinin səviyyəsi ilə müqayisədə nəzərə çarpan dərəcədə yüksək olduğu halda qanaxma ehtimalı yüksəlir. Məqsədli göstəricinin səviyyəsi çərçivəsində olan BNN zamanı qanaxmanın baş verməsi, digər yanaşı şərtlərin mövcud olmasının əlaməti olub, həmin şərtlər tədqiq olunmalıdır.
Qeyd olunan fəsadlar burun qanaxmaları, qanhayxırma, hematuriya, damaq qanaxması, dəridə qançırlar, vaginal qanaxma, subkonyunktival qanaxma, düz bağırsaqdan və MBT-nın digər şöbələrindən qanaxma, beyin qanaxması, travmalardan və əməliyyatlardan sonra uzunmüddətli və ya güclü qanaxma ola bilər. Qanaxma (o cümlədən güclü) hər bir orqanda baş verə bilər. Antikoaqulyantlar ilə uzunmüddətli müalicə alan pasiyentlərdə ölüm ilə nəticələnən və ya hospitalizasiyanı və ya qan köçürməni tələb edən qanaxmaların inkişafı haqqında məlumat verilmişdir. Varafrinin qəbulu zamanı güclü qanaxma inkişafının müstəqil risk faktorlarına aiddir: ahıl yaş dövrü, antikoaqulyasiyanın yüksək səviyyəsi, anamnezdə insult, anamnezdə mədə-bağırsaq qanaxması, yanaşı xəstəliklər və qulaqcıqların fibrillyasiyası. CYP2C9 polimorfizmi (“Farmakokinetika” bölməsinə bax) ilə pasiyentlərdə həddindən artıq güclü antikoaqulyant təsirinin və qanaxma hallarının yüksək riski qeyd oluna bilər. Həmin pasiyentlərdə hemoqlobin və BNN göstəricisinin səviyyəsi ciddi nəzarət altında saxlanılmalıdır.
Mədə-bağırsaq traktı baş verən: qusma, ürək bulanma, ishal.
Nekrozlar
Kumarin nekrozu – varfarinlə müalicə zamanı nadir hallarda rast gəlinən fəsaddır. Nekroz, adətən, aşağı ətraf və sağrı nahiyyəsinin dərisinin şişkinliyi və qaralması ilə başlayır. Sonradan isə zədələnmiş nahiyyələrdə nekroz inkişaf edir. 90% hallarda nekroz qadınlarda inkişaf edir. Zədələnmə preparatın qəbulundan sonra 3-10 gün müddətində qeyd olunur və onun antitrombotik protein C və ya S çatışmazlığı ilə bağlı olduğu ehtimal edilir. Həmin proteinlərin anadangəlmə çatışmazlığı fəsadların inkişafı ilə nəticələnə bilər, bu səbəbdən varfarinin qəbulu heparinin yeridilməsi ilə yanaşı və kiçik başlanğıc dozalar ilə başlanmalıdır. Fəsad inkişaf etdiyi halda varfarinin qəbulu dayandırılır və dəri zədələnmələrinin sağalmasına və ya çapıqlanmasına qədər heparinin yeridilməsi davam etdirilir.
Ovuc-pəncə sindromu
Varfarinlə müalicə zamanı çox nadir hallarda rast gəlinən fəsaddır. Həmin sindromun inkişafı daha çox aterosklerotik xəstəlikləri olan kişilərə xasdır. Ehtimal edilir ki, varfarin ateromatoz piləklərin hemorragiyasına səbəb olur ki, bu da mikroemboliyaların inkişafı ilə nəticələnir. Barmaqların və ayaqların altının dərisinin şiddətli ağrılar ilə müşayiət olunan simmetrik purpur zədələnməsi qeyd olunur. Varfarinin qəbulunun dayandırılmasından sonra qeyd olunan simptomlar tədricən aradan qaldırılır.
Digər
Dəri səpgisi ilə özünü büruzə verən və “qaraciyər” fermentlərinin aktivliyinin tranzitor yüksəlməsi, xolestatik hepatit, vaskulit, priapizm, dönən alopesiya və nəfəs borusu kalsifikasiyası ilə xarakterizə olunan hiperhəssaslıq reaksiyaları.
Varfarinlə müalicə zamanı ciddi qanaxmaların inkişafının müstəqil risk faktorları aşağıdakılardır: ahıl yaş dövrü, yanaşı antikoaqulyant və antiaqreqant müalicənin yüksək intensivliyi, anamnezdə insultların və mədə-bağırsaq qanaxmaların mövcudluğu.
СYP2C9 və VKORC1 polimorfizmi ilə pasiyentlərdə qanaxmaların inkişafı riski daha yüksəkdir.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
"ŞTADA Arsnaymittel AG", Almaniya
Ştadaştrasse 2-18, D-61118, Bad Filbel, Almaniya.
Tel.: +49-6101-603-0;
Faks: +49-6101-603-259.
İstehsalçı
Takeda Pharma Sp. z.o.o., Polşa.
12 Ksiestva Lovickiego St., 99-420 Lyszkoviçe, Polşa.
Takeda Pharma Sp. z.o.o., Poland.
12 Ksiestwa Lowickiego St., 99-420 Lyszkowice, Poland.
Əlavə məlumat
İstehlakçıların etirazları bu ünvana yönəldilməlidir
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru
Посмотрите наличие товара в аптеках Вашего города
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.