HƏLL OLAN STREPTOSİD (liniment)
Eyniləşdirmə və təsnifat
Dərman forması
Xaricə istifadə üçün liniment
Buraxılış forması
5%-li liniment.
30 q liniment polimer materialdan hazırlanmış vintli buşonu olan alüminium və ya polimer materiallarından hazırlanmış vintli buşonu olan polietilen laminat tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Tərkibi
Təsiredici maddə: 1 q linimentin tərkibində 50 mq mesulfamid natrium (həll olan streptosid) vardır.
Köməkçi maddələr: qliserol, emulqator № 1, təmizlənmiş su.
Təsviri
Ağ rəngli və ya ağ krem çalarlı, xarakterik qoxulu linimentdir.
Farmakoterapevtik qrupu
Mikrobəleyhinə vasitə-sulfanilamid.
Farmakoloji xüsusiyyətlər
Mikrobəleyhinə, bakteriostatik vasitə, sulfanilamiddir. Preparatın təsir mexanizmi purinlər və pirimidinlərin sintezi üçün vacib olan paraaminbenzoy turşusu (PABT) ilə rəqib antaqonizmi, dihidropteroatsintazanın zəifləməsi, tetrahidrofol turşusunun sintezinin pozulması ilə əlaqədardır.
Aşağıdakı mikroorqanizmlərə qarşı aktivdir: Staphylococcus spp., Streptococcus spp., o cümlədən, S.pyogenes, S.pneumoniae, Legionella spp., Brucella spp., Escherichia coli, Shigella spp., Klebsiella spp., Proteus spp., Salmonella spp., Serratia spp., Calymmatobacterium granulomatis, Vibrio cholerae, Clostridium perfringens, Bacillus anthracis, Nocardia asteroids, Corynebacterium diphtheriae, Yersinia pestis, Chlamydia spp., Actinomyces israelii, Toxoplasma gondii.
Dəriyə çəkildikdə yaranın tez sağalmasına və eroziyanın epitelizasiyasına səbəb olur.
İstifadəsinə göstərişlər
Müxtəlif etiologiyalı infeksiyalaşmış yaralar, yanıqlar (I-II dərəcəli), follikulitlər, furunkullar, karbunkullar, civzə, impetiqo, qızılyel və dərinin digər irinli-iltihabi prosesləri.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, anemiya, böyrək/qaraciyər çatışmazlığı, irsi qlükoza-6-fosfatdehidrogenaza defisiti, azotemiya, porfiriya, hamiləlik, laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dərinin geniş miqyaslı zədələnməsi zamanı müntəzəm olaraq qələvili içki qəbul etmək məsləhət görülür.
3 aylığa qədər uşaqlarda ehtiyatlı olmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərini idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Xaricə istifadə edilir. Liniment zədələnmiş nahiyəyə qoyulacaq tənzif sarğıya çəkilir; sarğı 1-2 gündən bir dəyişdirilir.
Geniş miqyaslı zədələnmə zamanı böyüklərdə linimentin sutkalıq dozası mesulfamid hesabı ilə 6 q-ı (120 q linimentə uyğundur), 1 yaşa qədər uşaqlarda 0,6 q-ı (12 q linimentə uyğundur), 1-5 yaşlı uşaqlarda 1,8 q-ı (36 q linimentə uyğundur), 5-12 yaşlı uşaqlarda 3 q-ı (60 q linimentə uyğundur) aşmamalıdır.
Doza həddinin aşılması
Preparatın doza həddinin aşılması halları barədə məlumat verilməyib.
Əlavə təsirləri
Allergik reaksiyalar mümkündür. Yüksək dozaların uzun müddət istifadəsi zamanı sistem təsirlər baş verir: başağrısı, ürəkbulanma, qusma, dispepsiya, leykopeniya, aqranulositoz, kristalluriya.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Mieolotoksik dərman vasitələri preparatın hematotoksik təsirini gücləndirir.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru
Посмотрите наличие товара в аптеках Вашего города
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.