Geriyə
SNUP® (sprey)
Dərman vasitəsi

SNUP® (sprey)

Dərman vasitəsi
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Eyniləşdirmə və təsnifat

ATC kodu
R01АА07
Beynəlxalq patentləşdirilməmiş adı
Xylometazoline

Dərman forması

Dozalanmış nazal sprey

Buraxılış forması

45 mkq/doza və ya 90 mkq/doza dozalanmış nazal sprey.

150 doza (15 ml) dozalanmış nazal sprey püskürdücü sistemi olan polietilen flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Tərkibi

Təsiredici maddə: 1 dozada (90 mkl) 45 mkq və ya 90 mkq ksilometazolin hidroxlorid vardır.

Köməkçi maddələr: dəniz suyu, kalium dihidrofosfat, inyeksiya üçün su.

Təsviri

Rəngsiz, şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Antikongestiv vasitə-alfa-adrenomimetik.

Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası

Ksilometazolin alfa-adrenomimetik aktivliyə malik yerli damardaraldıcı vasitələr (dekongestantlar) qrupuna aiddir, burnun selikli qişasının qan damarlarının daralmasına səbəb olur, burnun selikli qişasının ödemini və hiperemiyasını aradan qaldırır, burun keçidlərinin keçiriciliyini bərpa edir, burun tənəffüsünü yüngülləşdirir.

Preparatın təsiri onun istifadəsindən 5-10 dəqiqə sonra başlayır və 12 saata qədər davam edir.

Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası

Yerli istifadəsi zamanı preparat praktik olaraq sorulmur, bu səbəbə görə onun qanın plazmasında konsentrasiyası çox kiçikdir (müasir analitik üsullarla müəyyən edilmir).

İstifadəsinə göstərişlər

Rinit əlamətləri (zökəm) ilə müşayiət edilən kəskin respirator xəstəliklər, kəskin allergik rinit, pollinoz, sinusit, yevstaxiit, orta otit (burun-udlağın selikli qişasının ödeminin azaldılması üçün kombinəolunmuş terapiyanın tərkibində). Pasiyentin burun keçidlərinin diaqnostik manipulyasiyasına hazırlığı.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; arterial hipertenziya, taxikardiya, ifadəolunmuş ateroskleroz; yüksəlmiş gözdaxili təzyiq, xüsusilə bağlıbucaqlı qlaukoma; atrofik rinit, hipertireoz, beyin qişasında cərrahi müdaxilə (anamnezdə), burun boşluğunun ön hissəsinin dərisinin və ya selikli qişasının iltihabi xəstəlikləri, transsfenoidal hipofizektomiyadan sonrakı vəziyyət, hamiləlik, 6 yaşa qədər uşaqlar (90 mkq/doza dozalanmış nazal sprey üçün), 2 yaşa qədər uşaqlar (45 mkq/doza dozalanmış nazal sprey üçün).

Monoaminoksidaza (MAO) inhibitorlar ilə (onların qəbulunun dayandırılmasından 14 gün sonrakı müddət daxil olmaqla), trisiklik və tetrasiklik antidepressantlarla, digər yerli damardaraldıcı vasitələrlə (dekongestantlar), eləcə də arterial təzyiqi yüksəldən digər preparatlarla terapiya zamanı istifadə etmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla

Şəkərli diabet, ağır ürək-damar xəstəlikləri (o cümlədən ürəyin işemik xəstəliyi, stenokardiya), prostat vəzisinin hiperplaziyası, feoxromositoma, porfiriya, laktasiya dövrü, yuxusuzluq, başgicəllənmə, aritmiya, tremor, arterial təzyiqin yüksəlməsilə müşayiət edilən adrenergik preparatlara qarşı yüksək həssaslıq; QT intervalının uzanması sindromu olan pasiyentlər.

Preparatın tərkibindəki dəniz suyu, səyriyən epitelinin funksiyasının yaxşılaşdırılması və selikli qişanın qədəhəbənzər hüceyrələrində selik ifrazının normallaşdırılması hesabına burun boşluğunun normal fizioloji vəziyyətinin qorunmasına səbəb olur.

Fasiləsiz 7 gündən artıq istifadə etmək məsləhət görülmür.

Məsləhət görülən dozanı aşmaq tövsiyə edilmir, xüsusilə uşaqlarda və yaşlı şəxslərdə.

Ksilometazolinin uzun müddət (7 gündən artıq) istifadəsi və ya doza həddinin aşılması preparatın terapevtik effektinin zəifləməsinə səbəb ola bilər, eləcə də burunun selikli qişasının reaktiv hiperemiyası və atrofiyası riskinin yaranmasını artırır.

Ksilometazolin alan QT intervalının uzanması sindromu olan pasiyentlər ciddi mədəcik aritmiyasının inkişafı riskinə məruz qala bilərlər.

Dərman vasitəsinin yararlılıq müddəti bitdikdə, onu axar suya və ya küçəyə atmaq olmaz. Dərman vasitəsini tullantı konteynerinə atmaq lazımdır. Bu tədbirlər ətraf mühiti qorumağa kömək edə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir.

Laktasiya dövründə preparat, yalnız ana və körpə üçün risk nisbəti ciddi qiymətləndirildikdən sonra istifadə edilə bilər, məsləhət görülən dozanı aşmaq olmaz. Laktasiya dövründə Snup® preparatının istifadəsindən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Dozalama rejiminə əməl edildikdə, ksilometazolin diqqətin toplanmasına və psixomotor reaksiyaların sürətinə təsir etmir.

İstifadə qaydası və dozası

*İntranazal istifadə edilir.

Snup® dozalanmış nazal sprey 45 mkq/doza

2-6 yaşadək uşaqlara* sutkada 1-3 dəfə hər burun dəliyinə 1 püskürtmə təyin edilir.

Böyüklərə və 6 yaşdan yuxara uşaqlara sutkada 2-3 dəfəyədək hər burun dəliyinə 1-2 püskürtmə təyin edilir.

Sutkada 3 dəfədən artıq istifadə etmək olmaz.

Snup® dozalanmış nazal sprey 90 mkq/doza

Böyüklərə və 6 yaşdan yuxarı uşaqlara sutkada 2-3 dəfə hər burun dəliyinə 1 püskürtmə təyin edilir.

Sutkada 3 dəfədən artıq istifadə etmək olmaz.

Uşaqlarda preparat böyüklərin nəzarəti altında istifadə edilməlidir.

Son püskürtməni bilavasitə yatmazdan əvvəl aparmaq məsləhət görülür.

İstifadədən əvvəl burun yollarını təmizləmək lazımdır.

Hər bir flakon fərdi istifadə edilməlidir.

Terapiya bitdikdən sonra preparatı, yalnız bir neçə gündən sonra təkrar təyin etmək olar. Dərman vasitəsini 5-7 gündən artıq istifadə etmək məsləhət görülmür. Uşaqlarda istifadə müddətilə bağlı həkimlə məsləhətləşmək lazımdır. Müalicədən sonra sağalma baş vermədikdə və ya simptomlar ağırlaşdıqda və ya yeni simptomlar yarandıqda, həkimlə məsləhətləşmək vacibdir. Preparat, yalnız içlik vərəqədə qeyd edilən göstəriş, ona uyğun istifadə qaydası və eyni doza üzrə istifadə etmək lazımdır.

Doza həddinin aşılması

Simptomları

Preparatın doza həddinin aşılması zamanı klinik təsvir özündə mərkəzi sinir sisteminin oyanması (narahatlıq, oyanıqlıq, halüsinasiya, qıcolma) fazasının mərkəzi sinir sisteminin zəifləməsi (bədən temperaturunun enməsi, süstlük, yuxululuq, koma) fazası ilə növbələşməsini birləşdirir. Eləcə də aşağıdakı simptomlar yarana bilər: mioz, midriaz, yüksək tərləmə, bədən temperaturunun artması, avazıma, sianoz, ürəkbulanma və qusma, taxikardiya, bradikardiya, ürək aritmiyaları, ürəyin dayanması, ürəkdöyünmə, arterial təzyiqin yüksəlməsi, arterial təzyiqin şoka qədər enməsi, ağciyərlərin ödemi, tənəffüsün zəifləməsi və apnoe, psixogen pozulmalar.

Uşaqlarda doza həddinin aşılması zamanı qıcolma, koma və bradikardiya, apnoe ilə üstünlük təşkil edən mərkəzi effektlər müşahidə edilir, eləcə də arterial təzyiqin yüksəlməsi, bunun da ardından hipotoniya baş verir.

Müalicəsi

Simptomatikdir, həkim nəzarəti altında.

Preparatın təsadüfən daxilə qəbulu zamanı aktivləşdirilmiş kömür qəbul etmək və mədəni yumaq lazımdır.

Doza həddinin ağır aşılması zamanı stasionarda intensiv terapiyanın aparılması göstərişdir. Ciddi hallarda arterial təzyiqi endirmək üçün qeyri-selektiv alfa-adrenoblokatorlar, qızdırmasalıcı vasitələr, intubasiya və ağciyərlərin süni ventilyasiyası istifadə edilə bilər.

Əlavə təsirləri

Əlavə təsirlərin yaranma tezliyinin təsnifatı: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 - < 1/10); bəzən (≥ 1/1000 - < 1/100); nadir hallarda (≥ 1/10000 - < 1/1000); çox nadir hallarda (<1/10000).

İmmun sistemdə baş verən pozğunluqlar: çox nadir hallarda-hiperhəssaslıq reaksiyaları (angionevrotik ödem, səpgi, qaşınma).

Sinir sistemində baş verən pozğunluqlar: tez-tez-başağrı; nadir hallarda-yuxusuzluq, depressiya (uzun müddət yüksək dozaların istifadəsi zamanı); çox nadir hallarda-narahatlıq, yorğunluq, paresteziya, halüsinasiya və qıcolma (əsasən uşaqlarda).

Duyğu orqanlarında baş verən pozğunluqlar: çox nadir hallarda-aydın görmə qabiliyyətinin pozulması.

Ürək-damar sistemində baş verən pozğunluqlar: nadir hallarda-ürəkdöyünmə hissi, arterial təzyiqin yüksəlməsi; çox nadir hallarda – taxikardiya, aritmiya.

Tənəffüs sistemində baş verən pozğunluqlar: tez-tez-burunun selikli qişasının qıcıqlanması və/ya quruluğu, yanması, sancması, asqırma, burun-udlağın selikli qişasının hipersekresiyası.; nadir hallarda-preparatın istifadəsindən sonra burunun selikli qişasının ödeminin güclənməsi (reaktiv hiperemiya), burundan qanaxma müşahidə edilə bilər.

Həzm sistemində baş verən pozğunluqlar: tez-tez-ürəkbulanma; nadir hallarda-qusma.

Yerli reaksiyalar: tez-tez-istifadə nahiyəsində yanma.

İçlik vərəqədə qeyd edilən əlavə təsirlər müşahidə edildikdə və ya ağırlaşdıqda və ya təlimatda göstərilməyən istənilən digər əlavə təsir təzahür etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.

Digər dərman vasitələrilə qarşılıqlı təsiri

Ksilometazolinin monoaminoksidaza (MAO) inhibitorları ilə, trisiklik və tetrasiklik antidepressantlarla, digər yerli damardaraldıcı (dekongestantlar), eləcə də arterial təzyiqi yüksəldən digər preparatlarla eyni vaxtda istifadəsi arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər, bu səbəbə görə qeyd edilən dərman vasitələrinin eyni vaxtda istifadəsi əks göstərişdir. Pasiyent yuxarıda qeyd edilən və ya digər dərman vasitələri qəbul etdikdə (o cümlədən reseptsiz buraxılan), Snup® preparatının istifadəsindən əvvəl həkimlə məsləhətləşməlidir.

Saxlanma şəraiti

25°С-dan yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Flakonu açdıqdan sonra preparat 12 ay ərzində istifadə edilməlidir.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

Qeydiyyat vəsiqəsinin sahibi

"ŞTADA Arsnaymittel AG", Almaniya.
Ştadaştrasse 2-18, 61118, Bad Filbel.
Tel.: +49-6101-603-0.
Faks: +49-6101-603-259.

İstehsalçı

Ursafarm Arsnaymittel GmbH, Almaniya.
İndustrieştrasse, 35 66129 Saarbryukken

və ya

Famar Helf Keyr Servisez Madrid S.A.U., İspaniya.
Leqanes pr., 62, Alkorkon ş., 28923 (Madrid əyaləti)

və ya

Hemomont d.o.o., Çernoqoriya.
81000, Podqorisa ş., İliye Plamensa k. bb.

Əlavə məlumat

İstehlakçılardan iradları qəbul edən təşkilat

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

Посмотрите наличие товара в аптеках Вашего города

Карта Список
Далее

Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Задать вопрос по продукту
SNUP® (sprey)

Все поля обязательны для заполнения

Ваше сообщение отправлено!
Спасибо!

Сообщить о наличии

Введите адрес электронной почты, чтобы узнать, когда препарат снова появится в наличии

Ваше сообщение отправлено!
Спасибо!

eo