Geriyə
PSİLO-BALZAM® (gel)
Dərman vasitəsi

PSİLO-BALZAM® (gel)

Dərman vasitəsi
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Eyniləşdirmə və təsnifat

ATC kodu
D04АА32

Dərman forması

1% xaricə istifadə üçün gel

Buraxılış forması

Xarici istifadə üçün gel 1%.

20 q və ya 50 q gel, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 10 mq difenhidramin hidroxlorid vardır.

Köməkçi maddələr: setilpiridin xlorid, makroqol qliserilkaprilokaprat, karbomer, trometamol, təmizlənmiş su.

Təsviri

Rəngsiz, şəffaf bircinsli geldir.

Farmakoterapevtik qrupu

Allergiyaəleyhinə vasitə - H1-histamin reseptorlarının blokatoru.

Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası

Psilo-Balzam® preparatının allergiyaəleyhinə təsiri onun tərkibində H1-histamin reseptorlarının blokatoru olan difenhidramin hidroxloridin olması ilə bağlıdır və bunun nəticəsində qaşınmanı tezliklə azaldır, ağrını, hiperemiyanı azaldır, kapilyarların yüksəlmiş keçiriciliyini, toxumaların ödemini azaldır; yerli anesteziyaya səbəb olur ki, bunun sayəsində Psilo-Balzam® xoş sərinləşdirici təsirə malikdir. Xüsusi gel əsası dərini qoruyur və gözə görünən iz saxlamır.

Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası

Yerli istifadə zamanı absorbsiyası əhəmiyyətsizdir, dəri örtüklərinin tamlığının pozulması preparatın sorulmasını artırır.

İstifadəsinə göstərişlər

Günəş yanıqları və I dərəcəli yanıqlar; həşərat sancmaları; övrə; müxtəlif mənşəli dəri qaşınmaları (xolestaz zamanı olan qaşınma istisna olmaqla): qaşınan dermatozlar, ekzema, suçiçəyi, dərinin allergik qıcıqlanmaları, bitkilərlə təmas səbəbindən yaranan kontakt dermatitlər.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq; tərkibində difenhidramin olan istənilən preparatlarla eyni zamanda istifadə; dərinin geniş səthlərində istifadə; 2 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Psilo-Balzamı® yaxdıqdan dərhal sonra (1-2 saat ərzində) fotodermatozların inkişafı riskinə yol verməmək üçün günəşdə uzun müddət qalmaqdan çəkinmək lazımdır. Psilo-Balzam® preparatı ilə müalicə zamanı alkoqol qəbulundan çəkinmək lazımdır.

Ehtiyatla

İstifadə nahiyəsində dəri örtüklərinin zədələnməsi, selikli qişalarda istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi, ana üçün gözlənilən potensial faydanın dölə və ya körpəyə olan riski qiymətləndirildikdən sonra mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri məlum deyil.

İstifadə qaydası və dozası

Xaricə istifadə edilir. Böyüklər və 2 yaşdan böyük uşaqlara Psilo-Balzam® dərinin zədələnmiş nahiyəsinə (ovuc boyda zədələnmiş sahəyə gelin 3-5 sm uzunluğunda zolağı) gündə 3-4 dəfə yaxılır və yüngül masaj hərəkətləri ilə yayılır.

Doza həddinin aşılması

Simptomları

Qızartı, preparatın yaxıldığı dəri sahəsinin orta dərəcəli ödemi.

Müalicəsi

Preparatın yaxıldığı dəri sahəsi su ilə yuyulmalıdır.

Əlavə təsirləri

Nadir hallarda-dərinin hiperhəssaslıq reaksiyaları (ekzema, kontakt dermatit).

Preparatın xaricə istifadəsi zamanı sistem xarakterli əlavə təsirlər qeyd edilməyib.

Digər dərman vasitələrilə qarşılıqlı təsiri

Difenhidraminin xaricə istifadə olunan dərman formalarının istifadəsi zamanı digər dərman vasitələrilə qarşılıqlı təsir və ya uyuşmazlığı təsvir edilməyib.

Saxlanma şəraiti

25°С-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

Qeydiyyat vəsiqəsinin sahibi

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

İstehsalçı

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

Əlavə məlumat

İradları qəbul edən təşkilat

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

Посмотрите наличие товара в аптеках Вашего города

Карта Список
Далее

Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Задать вопрос по продукту
PSİLO-BALZAM® (gel)

Все поля обязательны для заполнения

Ваше сообщение отправлено!
Спасибо!

Сообщить о наличии

Введите адрес электронной почты, чтобы узнать, когда препарат снова появится в наличии

Ваше сообщение отправлено!
Спасибо!

eo