Geriyə
OMARON® (tabletlər)
Dərman vasitəsi

OMARON® (tabletlər)

Dərman vasitəsi
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Eyniləşdirmə və təsnifat

ATC kodu
N06BX

Dərman forması

Tabletlər

Buraxılış forması

400 mq+25 mq tabletlər.

10 tablet, polivinilxlorid və alüminium folqalı laklı çap edilmiş örtüklü konturlu-yuvalı qablaşdırmada. 3, 6 və ya 9 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 400 mq pirasetam, 25 mq sinnarizin vardır.

Köməkçi maddələr: laktoza monohidrat, ağır maqnezium karbonat, povidon K30, kolloidal silisium dioksid (aerosil А-380), kalsium stearat, krospovidon (kollidon CL-M).

Təsviri

Ağ rəngli, dairəvi, yastı silindrik formalı, bir tərəfində bölmə xətti olan və hər iki tərəfi iti kənarlı tabletlərdir. Səthinin mərmərəbənzər olması yolveriləndir.

Farmakoterapevtik qrupu

Nootrop vasitə

Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası

İfadəolunmuş antihipoksik, nootrop və damargenişləndirici effektə malik kombinəedilmiş dərman vasitəsidir.

Pirasetam enerji və zülal mübadiləsinin gücləndirilməsi, qlükozanın hüceyrələr tərəfindən utilizasiyasını sürətləndirməklə və onların hipoksiyaya dayanıqlılığını artırmaqla baş beyində metabolik prosesləri gücləndirir; mərkəzi sinir sistemində neyronlararası ötürməni yaxşılaşdırır, işemiyalaşmış zonada regionar qan axınını yaxşılaşdırır.

Sinnarizin “ləng” kalsium kanallarının selektiv blokatorudur, hüceyrələrə kalsium ionlarının daxil olmasını azaldır və onun plazmolemma deposundakı miqdarını azaldır, arteriolun saya əzələ sisteminin tonusunu azaldır, onların biogen damardaraldıcı maddələrə (adrenalin, noradrenalin, dofamin, angiotenzin II, vazopressin, serotonin) reaksiyasını azaldır. Arterial təzyiqə əhəmiyyətli təsir göstərmədən damargenişləndirici təsirə malikdir (xüsusilə, pirasetamın antihipoksik təsirini gücləndirməklə beyin damarlarına qarşı). Mülayim antihistamin aktivlik göstərir, vestibülyar aparatın oyanıqlığını azaldır, simpatik sinir sisteminin tonusunu azaldır. Eritrositlərin membranlarının elastikliyini, onların deformasiya qabiliyyətini artırır, qanın özlülüyünü azaldır.

Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası

Sorulması

Daxilə qəbul etdikdən sonra pirasetam və sinnarizin sürətlə və praktik olaraq tamamilə mədə-bağırsaq traktında sorulur. Pirasetamın biomənimsənilməsi təqribən 100% təşkil edir. Pirasetamın maksimal konsentrasiyası (Cmax) qəbul edildikdən 0,5-1 saat sonra əldə edilir. Sinnarizin plazmada maksimal konsentrasiyaya 1-3 saat sonra çatır. Sinnarizinin biomənimsəmə turş mühitdə artır.

Paylanması

Pirasetam qan plazmasının zülalları ilə birləşmir. Paylanma həcmi təxminən 0,6 l/kq təşkil edir. Hematoensefalik və plasentar baryerdən, eləcə də, hemodializ zamanı istifadə olunan filtrasiya membranları vasitəsilə bütün orqanlar və toxumalardan keçir. Heyvanlar üzərindəki tədqiqatlarda aşkar edilmişdir ki, pirasetam beyin qabığının toxumalarında seçmə qaydada toplanır, əsasən alın, təpə və ənsə paylarında, beyincikdə və bazal qanqliyalarda.

Sinnarizin

Plazma zülalları ilə birləşməsi 91% təşkil edir. Daxilə qəbul edildikdən 1-4 saat sonra qara-

ciyərdə, böyrəklərdə, ürəkdə, ağciyərlərdə, dalaqda və beyində aşkar edilir.

Metabolizmi

Pirasetam orqanizmdə praktik olaraq metabolizmə uğramır.

Sinnarizin dealkilləşmə yolu ilə aktiv şəkildə və tam metabolizmə uğrayır; metabolizm prosesi daxilə qəbul edildikdən 30 dəqiqə sonra başlayır.

Xaric olması

Pirasetam

Daxilə qəbul edilmiş dozanın 95%-dən çoxu 30 saat ərzində böyrək filtrasiyası yolu ilə dəyişməmiş şəkildə xaric olunur. Sağlam könüllülərdə pirasetamın böyrək klirensi 86 ml/dəqiqə təşkil edir. Yarım- xaricolma müddəti (Т1/2) qan plazmasından 4-5 saat və onurğa beyninin mayesindən 8,5 saatdır. Böyrək çatışmazlığı olan pasiyentlərdə Т1/2 uzanır. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə pirasetamın farmakokinetikası dəyişmir.

Sinnarizin orqanizmdən metabolitlər şəklində xaric olur (1/3 böyrəklər, 2/3 bağırsaq vasitəsilə), Т1/2 təqribən 4 saatdır.

İstifadəsinə göstərişlər

Mərkəzi sinir sisteminin intellekt-mnestik funksiyaların azalması ilə müşayiət olunan xəstəlikləri. Kompleks müalicənin tərkibində: beyin qan dövranının çatışmazlığı (baş beyin damarlarının aterosklerozu, işemik və hemorragik insultdan sonrakı bərpa dövrü); postintoksikasion və posttravmatik ensefalopatiya; depressiya; asteniya və adinamiya əlamətlərinin üstünlük təşkil etdiyi psixoorqanik sindrom; vestibülyar pozulmalar; Menyer sindromu; uşaqlarda intellektual inkişafın geriliyi; miqrenin profilaktikası; böyüklərdə və uşaqlarda kinetozların profilaktikası.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; ağır qaraciyər çatışmazlığı; ağır böyrək çatışmazlığı (kreatininin klirensi 20 ml/dəqiqədən az); hemorragik insult; parkinsonizm (o cümlədən, Parkinson xəstəliyi); psixomotor oyanıqlıq; Hentinqton xəstəliyi; hamiləlik; laktasiya dövrü; 5 yaşa qədər uşaqlar; laktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiyası sindromu (preparatın tərkibində laktoza vardır).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Uzun müddət istifadəsi zamanı qaraciyər və böyrək funksiyasına nəzarət etmək məsləhət görülür (xüsusilə xroniki böyrək çatışmazlığı olan pasiyentlərdə).

Müalicə dövründə arterial hipotenziyası olan pasiyentlərdə arterial təzyiqin əhəmiyyətli dərəcədə enməsi mümkündür.

Müalicə dövründə alkoqoldan istifadə etmək məsləhət görülmür.

Dopinq sınağının və allergik dəri sınaqlarının nəticələrinin təhrif olunması mümkündür; tədqiqata 4 gün qalmış preparatdan istifadəni dayandırmaq lazımdır.

Ehtiyatla

Qaraciyər və/ və ya böyrək xəstəlikləri; xroniki böyrək çatışmazlığı (kreatinin klirensi 20-80 ml/dəqiqə); yüksək gözdaxili təzyiq; porfiriya; hemostazın pozulması; geniş cərrahi müdaxilələr; ağır qanaxma; hipertireoz; epilepsiya; baş beynin damarlarının təzahürlü aterosklerozu; nevrotik reaksiyalara meylilik.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə dövründə avtonəqliyyat idarə edərkən və yüksək diqqət və cəld psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növü ilə məşğul olarkən, ehtiyatlı olmaq vacibdir.

İstifadə qaydası və dozası

Daxilə, yemək zamanı və ya yeməkdən sonra qəbul edilir.

Böyüklər

Xəstəliyin ağırlığından asılı olaraq 1-3 ay ərzində gündə 3 dəfə 1-2 tablet təyin edilir. İldə 2-3 dəfə təkrar müalicə kurslarının keçirilməsi mümkündür.

5 yaşdan yuxarı uşaqlar

Gündə 1-2 dəfə 1-2 tablet istifadə edilir. 3 aydan artıq istifadə etmək olmaz.

Kinetozların profilaktikası üçün

Böyüklərə 1 tablet, 5 yaşdan böyük uşaqlara səyahətdən 30 dəqiqə əvvəl ½ tablet, hər 6-8 saatdan bir təkrar qəbul edilir (ehtiyac olduqda).

Böyrək funksiyası pozulmuş pasiyentlər

Xroniki böyrək çatışmazlığı zamanı (kreatinin klirensi 20-80 ml/dəqiqə) gündə 2 dəfə 1 tablet istifadə edilir.

Doza həddinin aşılması

Doza həddinin aşılmasının başlıca olaraq sinnarizinin m-xolinblokadaedici fəalliyyəti ilə yaranan simptomlarına şüurun pozulması, qusma, ekstrapiramidal simptomları, arterial təzyiqin enməsi daxildir. Pirasetamın 75 q dozada peroral qəbulundan sonra qanlı ishal və qarın nahiyəsində

ağrılar müşahidə edilib.

Müalicəsi

Spesifik antidotu yoxdur. Doza həddinin aşılması zamanı mədənin yuyulması və aktivləşdirilmiş kömürün qəbulu, simptomatik və dəstəkləyici terapiyanın keçirilməsi vacibdir. Pirasetam üçün hemodializin effektivliyi 50-60 % təşkil edir.

Əlavə təsirləri

Mərkəzi və periferik sinir sistemində baş verən pozğunluqlar: hərəki tormozlanma, qıcıqlanma, yuxululuq, depressiya, asteniya, başağrı. Tək-tək hallarda başgicəllənmə, ataksiya, epilepsiyanın kəskinləşməsi, ekstrapiramidal pozulmalar, tremor, xasiyyətin müvazinətsizliyi, diqqəti cəmləmək qabiliyyətinin azalması, yuxusuzluq, oyanıqlıq, həyəcan, halüsinasiya, seksuallığın artması qeyd olunur.

Ürək-damar sistemində baş verən pozğunluqlar: arterial təzyiqin enməsi və ya yüksəlməsi.

Həzm sistemi tərəfindən baş verən pozğunluqlar: dispeptik əlamətlər, ağızda quruluq hissi, tək-tək hallarda-ürəkbulanma, qusma, diareya, qarın nahiyəsində ağrı, xolestatik sarılıq.

Dəri örtüyündə baş verən pozğunluqlar: tək-tək hallarda dermatit, qaşınma, dəri səpgisi.

Maddələr mübadiləsində baş verən pozğunluqlar: bədən şəkisinin artması.

Allergik reaksiyalar: angionevrotik ödem.

Digər: yüksək tərləmə; tək-tək hallarda-qurdeşənəyinə bənzər sindrom, qırmızı yastı dəmrov.

Digər dərman vasitələrilə qarşılıqlı təsiri

Mərkəzi sinir sisteminin fəaliyyətini zəiflədən vasitələrlə, eləcə də, etanolla, nootrop və antihipertenziv vasitələrlə eyni vaxtda istifadə edildikdə, sedativ təsirin güclənməsi mümkündür.

Vazodilatasiyaedici vasitələri preparatın təsirini gücləndirir.

Antipsixotik dərman vasitələrinə və trisiklik antidepressantlara qarşı dözümlülüyü yaxşılaşdırır. Eyni vaxtda istifadəsi zamanı pirasetam qalxanvari vəzinin hormonlarının mərkəzi effektlərini gücləndirir (tremor, narahatlıq, qıcıqlanma, yuxunun pozulması mümkündür); peroral antikoaqulyantların təsirini gücləndirə bilər.

Saxlanma şəraiti

25°С-dan yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

Qeydiyyat vəsiqəsinin sahibi

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

İstehsalçı

“Hemofarm” MMC, Rusiya.
249032, Kalujskaya vilayəti, Obninsk ş., Kiyev şosesi, ev 62.
Tel.: (484) 399-05-00.
Faks: (484) 399-05-25.

Əlavə məlumat

İradları qəbul edən təşkilat

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

Посмотрите наличие товара в аптеках Вашего города

Карта Список
Далее

Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Задать вопрос по продукту
OMARON® (tabletlər)

Все поля обязательны для заполнения

Ваше сообщение отправлено!
Спасибо!

Сообщить о наличии

Введите адрес электронной почты, чтобы узнать, когда препарат снова появится в наличии

Ваше сообщение отправлено!
Спасибо!

eo