Eyniləşdirmə və təsnifat
Dərman forması
200 mq tabletlər
Buraxılış forması
200 mq tabletlər. 2, 3 və ya 6 tablet polimer flakonda. 2 və ya 3 tablet, konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma və ya 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq mifepriston vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, natrium karboksimetilnişasta, talk, kalsium stearat.
Təsviri
Açıq-sarı və ya yaşımtıl çalarlı açıq-sarı rəngli, yastı silindr formalı, üzərində xətti olan, iti kənarlı tabletlərdir.
Farmakoterapevtik qrupu
Antigestagen.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
Mifepriston – sintetik steroid antigestagen vasitədir (reseptorlar səviyyəsində progesteronun təsirini blokadaya alır), gestagen aktivliyə malik deyil. Qlükokortikosteroidlərlə antaqonizmi qeydə alınıb (reseptorlarla əlaqə səviyyəsində rəqabət hesabına). Miometriumun yığılma qabiliyyətini artıraraq, xoriodesidual hüceyrələrdə interleykin-8-in azad olmasını stimullaşdırır və miometriumun prostaqlandinlərə qarşı həssaslığını artırır. Preparatın təsiri nəticəsində desidual qişanın qabığının soyulması və döl yumurtasının çıxması baş verir.
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
Daxilə 600 mq dozada birdəfəlik qəbul edildikdən sonra 1,3 saat sonra 1,98 mq/l maksimal konsentrasiyaya çatır. Mütləq biomənimsənilməsi 69% təşkil edir.
Mifepriston plazmada 98% zülallarla birləşir: albumin və turşu alfa 1-qlikoproteinlə. Paylanma fazasından sonra xaric olması əvvəlcə yavaş gedir, 12-72 saat arasında konsentrasiya 2 dəfə azalır, daha sonra xaricolma sürətlənir. Yarımxaricolma dövrü 18 saat təşkil edir.
İstifadəsinə göstərişlər
- Mizoprostolla eyni vaxtda uşaqlıq hamiləliyinin erkən dövrlərində (amenoreyanın 42-ci gününədək) hamiləliyin pozulması;
- doğuşa hazırlıq və onun induksiyası.
Əks göstərişlər
Bütün göstərişlər üçün:
- anamnezdə mifepristona və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq;
- böyrəküstü vəzi çatışmazlığı;
- qlükokortikosteroidlərlə uzun müddətli terapiya;
- kəskin və ya xronik böyrək və /və ya qaraciyər çatışmazlığı;
- irsi porfiriya;
- uşaqlığın böyük həcmli mioması (bu dərman forması üçün);
- anemiya (hemoqlobinin səviyyəsinin 100 q/l-dən az olması);
- hemostazın pozulması (o cümlədən, öncədən antikoaqulyantlarla müalicə);
- qadın cinsiyyət orqanlarının kəskin iltihabi xəstəlikləri;
- ağır ekstragenital patologiyanın olması;
- əvvəlcədən terapevtlə məsləhətləşmədən 35 yaşından yuxarı siqaret çəkən qadınlar;
- bronxial astmanın ağır forması;
- kaxeksiya.
Hamiləliyin medikamentoz pozulması:
- uşaqlıqdankənar hamiləliyə şübhə olduqda;
- klinik-laborator təsdiq edilməyən hamiləlik;
- 42 gündən artıq müddətli amenoreyalı hamiləlik;
- uşaqlıqdaxili kontraseptivlərin istifadəsi fonunda və ya hormonal kontraseptiv vasitələrin istifadəsinin dayandırılmasından sonra yaranan hamiləlik;
- mizoprostolun istifadəsinə əks göstəriş.
Doğuşa hazırlıq və onun induksiyası:
- ağır formalı hestoz, preeklampsiya, eklampsiya, yarımçıq və ya vaxtı keçmiş hamiləlik, ananın çanağının və dölün başının ölçüsünün uyğun gəlməməsi, dölün anomal vəziyyəti, hamiləlik zamanı cinsiyyət orqanlardan naməlum etiologiyalı qanlı ifrazat, plasentanın uşaqlaığın aşağı şöbəsində yerləşməsi və ya laylanması.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ağ ciyərlərin xronik obstruktiv xəstəlikləri, bronxial astma, arterial hipertenziya, ürək ritminin pozğunluqları, ürək çatışmazlığı zamanı ehtiyatla istifadə etmək lazımdır.
Miropristondan erkən dövr hamiləliyin kəsilməsi üçün istifadə edən pasiyentlər məlumatlandırılmalıdır ki, 10-14 gündən sonra preparatın qəbulu effekt vermədikdə (natamam abort və ya davam edən hamiləlik) hamiləlik mütləq digər üsulla pozulmalıdır, çünki döldə anadangəlmə inkişaf qüsurlarının formalaşması mümkündür.
Preparatın istifadəsi rezus-alloimmunizasiyanın qarşısının alınması və abortla yanaşı gedən digər ümumi tədbirlərin görülməsini tələb edir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Laktasiya
Medikamentoz abort zamanı ana südü ilə qidalandırmanı Mifepristonun qəbulundan sonra 3 gün müddətində dayandırmaq lazımdır.
Miropristonun uşaqlıq boynunun doğuşa hazırlanması üçün istifadəsi sonrakı laktasiyaya təsir etmir.
İstifadə qaydası və dozası
Preparat, yalnız müvafiq şəkildə hazırlanmış həkim kadrları və zəruri avadanlığı olan müalicə müəssisələrində istifadə edilməlidir.
Erkən dövr hamiləliyin medikamentoz pozulması üçün
600 mq Miropriston (200 mq-lıq 3 tablet) daxilə 1 dəfə, qida qəbulundan (yüngül səhər yeməyi) 1-1,5 saat sonra həkimin iştirakı ilə, 100 ml qaynanmış su ilə qəbul edilir. Miropristonun qəbulundan 36-48 saat sonra xəstə 400 mkq mizoprostol qəbul etmək üçün müalicə müəssisəsinə gəlməlidir. Mizorpostol qəbul edildikdən sonra 2 saat ərzində həkimin dinamik nəzarəti tələb olunur. 10-14 gündən sonra təkrar olaraq klinik müayinə və USM-yoxlama həyata keçirilir, ehtiyac olduqda uşaqsalmanın baş verməsinin təsdiqi üçün xorionik qonadotropinin səviyyəsi müəyyən edilir.
14-cü gün preparatın istifadəsi effekt vermədikdə (natamam abort və ya davam edən hamiləlik) aspiratın sonrakı histoloji müayinəsi ilə vakuumaspirasiyası aparılır.
Doğuşa hazırlıq və onun induksiyası
Həkimin iştirakı ilə daxilə birdəfəlik 200 mq Miropriston 91 tablet) təyin edilir. 24 saatdan sonra təkrar 200 mq qəbul edilir. 48-72 saatdan sonra doğuş yollarının vəziyyətinin qiymətləndirilməsi aparılır və ehtiyac olduqda prostaqlandinlər və ya oksitosin təyin edilir.
Doza həddinin aşılması
Miropristonun 2 q-dək dozalarda istifadəsi arzuolunmaz reaksiyalara səbəb olmur. Preparatın dozasının aşıldığı hallarda böyrəküstü vəzilərin çatışmazlığı müşahidə oluna bilər.
Əlavə təsirləri
Miropristonun qəbulu ilə əlaqədar
Qarın nahiyəsinin aşağı şöbəsində diskomfort hissi, ümumi zəiflik, başağrısı, ürəkbulanma və qusma, başgicəllənmə, hipertermiya, övrə.
Medikamentoz abort proseduru ilə əlaqədar
Cinsiyyət yollarından qanlı ifrazatlar. Qarın nahiyəsinin aşağı şöbəsində ağrılar. Uşaqlığın və uşaqlıq artımlarının iltihabi proseslərinin kəskinləşməsi.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Eyni zamanda qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) istifadəsindən çəkinmək lazımdır. Miropriston və qlükokortikosteroid preparatların eyni zamanda qəbulu zamanı sonuncuların dozasını artırmaq lazımdır.
Saxlanma şəraiti
30°С-dən yuxarı olmayan temperaturda, quru, işıqdan qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Preparat, yalnız dövlət səhiyyə sisteminə aid tibbi mama-ginekoloji müəssisələr, eləcə də bu növ fəaliyyət üçün lisenziyası olan bələdiyyə və xüsusi mülkiyyət müəssisələrinə tədarük oluna bilər.
Qeydiyyat vəsiqəsinin sahibi
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru
İstehsalçı
“Obninsk kimya-əczaçılıq şirkəti” QSC.
Rusiya 249030, Kaluqa vilayəti, Obninsk ş.,
Korolyov k., 4.
Tel.:/Faks: (48439) 6-47-41.
Посмотрите наличие товара в аптеках Вашего города
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.