Eyniləşdirmə və təsnifat
Dərman forması
Xarici istifadə üçün məlhəm
Buraxılış forması
Xarici istifadə üçün məlhəm 40 mq/q+7,5 mq/q.
30 q, 40 q və ya 50 q məlhəm, alüminium və ya polietilen laminat tublarda.
Hər tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Tərkibi
Təsiredici maddələr: 1 q məlhəmin tərkibində 40 mq dioksometiltetrahidropirimidin (metilurasil), 7,5 mq xloramfenikol vardır.
Köməkçi maddələr: makroqol-1500, makroqol-400.
Təsviri
Ağ və ya sarımtıl çalarlı ağ rəngdə məlhəm.
Farmakoterapevtik qrupu
Mikrobəleyhinə kombinəolunmuş vasitə
İstifadəsinə göstərişlər
Yara prosesinin birinci fazasında olan irinli yaralar (eləcə də qarışıq mikrofloraya yoluxmuş yaralar).
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; 1 yaşadək uşaqlar (yenidoğulmuşlarda xloramfenikolun biotransformasiyası böyüklərlə müqayisədə daha ləng baş verir).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı istifadə yalnız ana üçün faydanın döl üçün riskdən daha yüksək olduğu hallarda mümkündür.
Laktasiya dövründə ya preparatdan istifadəni, ya da əmizdirməni dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir etmir.
İstifadə qaydası və dozası
Yerli. Preparatı steril tənzif salfetlərə yaxıb yaranı onlarla boş şəkildə doldururlar. Şprisin köməyi ilə kateter (drenaj borusu) vasitəsilə irinli boşluqlara daxil edilməsi mümkündür. Bu halda məlhəmi qabaqcadan 35-36°С-dək qızdırırlar. Sarımalar yaranın irinli-nekrotik kütlələrdən tam təmizlənməsinədək hər gün, gündə bir dəfə həyata keçirilir. Yara səthi böyük olduqda məlhəmin gündəlik dozası xloramfenikola çevirdikdə 3 q-dan çox olmamalıdır.
Müalicə müddəti xəstəliyin ağırlığından və gedişindən asılıdır.
Doza həddinin aşılması
Levomekol® məlhəmi preparatının dozasının aşılması halları haqqında məlumat verilməmişdir.
Əlavə təsirləri
Allergik reaksiyalar (dəri səpgiləri).
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı əlaqə və ya uyuşmazlıq halları təsvir edilməmişdir
Saxlanma şəraiti
20°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il 6 ay.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru
Əlavə məlumat
İradları qəbul edən təşkilat
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru
Посмотрите наличие товара в аптеках Вашего города
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.