Geriyə
QLİSERİN (suppozitorilər)
Dərman vasitəsi

QLİSERİN (suppozitorilər)

Dərman vasitəsi
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Eyniləşdirmə və təsnifat

ATC kodu
A06AG04

Dərman forması

Rektal suppozitoriyalar

Buraxılış forması

1,24 q və ya 2,11 q-lıq rektal suppozitoriyalar. 5 suppozitoriya, konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Tərkibi

Təsiredici maddə: 1 şamın tərkibində 1,24 q və ya 2,11 q qliserol (qliserin) vardır.

Köməkçi maddələr: makroqol 400, stearin turşusu 95, natrium karbonat dekahidrat.

Təsviri

Şəffaf və ya yarımşəffaf, demək olar ki, rəngsiz və ya sarımtıl -qəhvəyi çalarlı, səthinin rəngi çıxan, hiqroskopik, torpedaşəkilli suppozitoriyadır. Əhəmiyyətsiz miqdarda hava qabar-cıqları ilə qıfabənzər dərinləşmənin olması yolveriləndir.

Farmakoterapevtik qrupu

İşlədici vasitə

Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası

İşlədici vasitədir, bərkimiş nəcis kütlələrini yumşaldır və sürüşkən edir, onların yoğun bağırsaq-dan keçməsini asanlaşdırır, bağırsağın selikli qişasına qıcıqlandırıcı təsir göstərməklə, bağırsa-ğın hərəki fəaliyyətini reflektor olaraq stimullaşdırır.

Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası

Rektal istifadə zamanı praktiki olaraq sorulmur.

İstifadəsinə göstərişlər

Müxtəlif etiologiyalı qəbizliyin simptomatik müalicəsi (o cümlədən, hamiləlik və laktasiya dövründə).

Defekasiya zamanı güc verə bilməyən pasiyentlərdə qəbizliyin profilaktikası.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, bağırsaq keçməzliyi, kəskinləşmə mərhələsində babasil, düz bağırsağın iltihabi xəstəlikləri və şişi, qarın nahiyəsində müəyyən edilməmiş ağrı.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Böyrək çatışmazlığı.

Sistematik qəbul məsləhət görülmür. Bağırsağın normal peristaltikası bərpa olunduqdan sonra müalicə dayandırılır. Şamlara mineral maye və ya bərk yağlar sürtmək olmaz. Suppozitoriyanın qalığı bağırsaqdan nəcislə xaric olur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın istifadəsi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir.

İstifadə qaydası və dozası

Yeməkdən 15-20 dəqiqə sonra rektal yolla istifadə edilir.

2,11 q-lıq suppozitoriyalar: böyüklər və 7 yaşdan yuxarı uşaqlara sutkada 1 dəfə 1 şam təyin edilir.

1,24 q-lıq suppozitoriyalar: istifadəsinə həyatın ilk günlərindən icazə verilir. 3 yaşa qədər uşaqlara 1/2 şam, 3-7 yaşlı uşaqlara sutkada 1 dəfə 1 şam təyin edilir.

Ehtiyac olduqda, dozanı sutkada 2 suppozitoriyaya qədər artırmaq olar.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları məlum deyil. Preparatı təlimata uyğun şəkildə istifadə etdikdə, doza həddinin aşılması halı az ehtimal ediləndir.

Əlavə təsirləri

Allergik reaksiyalar, yerli reaksiyalar (dəri qaşınması və yanması). Uzunmüddətli istifadə zamanı fizioloji defekasiya prosesinin zəifləməsi.

Digər dərman vasitələrilə qarşılıqlı təsiri

Qliserinli suppozitoriyalar rektal istifadə edilən dərman vasitələrinin təsirini zəiflədə bilər. Digər rektal preparatların istifadəsinə ehtiyac olduqda, onların istifadəsi arasında 1 saat interval saxlamaq lazımdır.

Saxlanma şəraiti

25°С-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

Посмотрите наличие товара в аптеках Вашего города

Карта Список
Далее

Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Задать вопрос по продукту
QLİSERİN (suppozitorilər)

Все поля обязательны для заполнения

Ваше сообщение отправлено!
Спасибо!

Сообщить о наличии

Введите адрес электронной почты, чтобы узнать, когда препарат снова появится в наличии

Ваше сообщение отправлено!
Спасибо!

eo