Eyniləşdirmə və təsnifat
Dərman forması
Rektal və xaricə istifadə üçün məlhəm
Buraxılış forması
Rektal və xaricə istifadə üçün məlhəm (65 BV + 30 mq + 2,233 mq)/q.
20 q məlhəm, fırlanan plastmas qapaqlı alüminium tubda. Tubun ağzı alüminium membran ilə örtülmüşdür. Qapaq, membranı deşmə bilən qurğusu olan monolit konstruksiyaya malikdir. 1 tub, rektal yeridilmə üçün ucluq və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 65 BV heparin natrium (180 BV/mq heparin natrium aktivliyi üzrə 0,361 mq), 2,233 mq prednizolon asetat, 30 mq lauromakroqol 400 vardır.
Köməkçi maddələr: bərk parafin, duru parafin, lanolin, kolloidal silisium dioksid.
Təsviri
Sarımtıl ağ rəngli yarım-şəffaf, geləbənzər, xarakterik qoxulu məlhəmdir.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün birbaşa təsir göstərən antikoaqulyant vasitə+digər preparatlar.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
Proktologiyada yerli istifadə üçün trombəleyhinə, iltihabəleyhinə və venasklerozlaşdırıcı təsirə malik kombinəolunmuş preparatdır.
Heparin, birbaşa təsirli antikoaqulyantdır. Dəri səthinə istifadə olunduqda trombəleyhinə, ekssudasiyaəleyhinə və orta dərəcədə iltihabəleyhinə təsir göstərir; birləşdirici toxumanın regenerasiyasına səbəb olur; hemorroidal düyünlərində qanın koaqulyasiyasının qarşısını alır.
Prednizolon, qlükokortikosteroid olub, iltihabəleyhinə, ekssudasiyaəleyhinə və allergiyaəleyhinə təsir göstərir, anorektal nahiyədə qaşınmanı, yanğı hissini, ağrını azaldır.
Lauromakroqol 400, yerli anesteziyaedici təsir göstərir və hemorroidal düyünlərini sklerozlaşmasını təmin edir.
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
Heparin
Adsorbsiyadan sonra plazma zülalları ilə birləşməsi 95% təşkil edir. Təxminən 1 saat yarımxaricolma dövrünə malik olmaqla, toxumalardan yavaş-yavaş xaric olunur. İstifadədən sonra 50% aktiv maddə dəridə qalır. Xaricolma sürəti dozadan asılıdır. Absorbsiyadan sonra qaraciyərdə (qismən qaraciyər heparinaza fermenti ilə) və retikuloendotelial sistemdə metabolizmə uğrayır. 20-50%-i dəyişilməmiş şəkildə sidiklə və qismən zəif antikoaqulyant təsirə malik uroheparin kimi xaric olunur. Xaricolma dərəcəsi dozadan asılıdır (daha kiçik dozalar plazmada daha qısa yarımxaricolma dövrünə malikdir).
Prednizolon
Prednizolon absorbsiyadan sonra qaraciyərdə metabolizmə uğrayır. Təqribən 1%-i sidiklə dəyişilməmiş şəkildə xaric olunur. Bioloji T1/2 18-36 saat, plazmadan T1/2 isə 115-212 dəqiqə təşkil edir.
İstifadəsinə göstərişlər
Perianal nahiyədə babasilin qısamüddətli simptomatik müalicəsi (qaşınmanı aradan qaldırır, şişkinliyi, iltihabı, ağrıları azaldır).
Əks göstərişlər
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- dərinin bakterial, virus, göbələk zədələnmələri;
- vərəm;
- sifilis;
- dəri şişləri (anorektal zonada);
- qanaxmalara meyllilik;
- vaksinasiyaya qarşı reaksiyalar;
- hamiləliyin I trimestri.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Digər kortikosteroidlərlə müalicə zamanı olduğu kimi ehtiyatlı olmaq lazımdır, preparatı artıq miqdarda və ya uzun müddət istifadə etmək məsləhət görülmür.
Preparatın tərkibində lanolin vardır, yerli dəri reaksiyalarına (məsələn, kontakt dermatit) səbəb ola bilər.
Ehtiyatla
Uşaqlar, hamiləliyin ikinci və üçüncü trimestrləri, laktasiya dövrü.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin I trimestrində istifadəsi əks göstərişdir. Hamiləliyin ikinci və üçüncü trimestrlərində və laktasiya dövründə ana üçün gözlənilən faydanın döl və südəmər körpə üçün mümkün riski üstələdiyi halda ehtiyatla istifadə etmək olar.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Xaricə istifadə edilir. Məlhəm sutkada 2 dəfə nazik təbəqə qatla zədələnmiş nahiyəyə çəkilir. Müalicənin ilk günü simptomları tez bir zamanda azaltmaq üçün məlhəm 4 dəfəyə qədər istifadə edilə bilər.
Məlhəmin yeridilməsi üçün qutuda olan fırlanan ucluqdan istifadə edilir, bu da, düz bağırsaq boşluğuna yeridilir və tubu yüngül basmaqla bir qədər məlhəm çıxarılır.
Doza həddinin aşılması
Aşkar edilməyib.
Əlavə təsirləri
Sistem reaksiyalar: allergik reaksiyalar, dərinin hiperemiyası, qıcıqlanması.
Uzun müddət istifadə olunduqda və/və ya böyük səthlərə çəkildikdə sistem əlavə təsirlər: çatların regenerasiya proseslərinin yubanması, şişkinliklər, prednizolonun sistem təsiri mümkündür.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri aşkar edilməyib. Rektal istifadə olunan digər preparatlarla birgə istifadəsi məsləhət görülmür.
Saxlanma şəraiti
15-25°С temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
Hemofarm A.D., Vrşas, Serbiya.
26300 Vrşas ş., Beoqrad yolu bb.
İstehsalçı
Hemofarm A.D. Vrşas, Şabas istehsalat sahəsi bölməsi, Serbiya.
15000, Şabas ş., Hayduk Velkov k., bb.
Əlavə məlumat
İradları qəbul edən təşkilat
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru
Посмотрите наличие товара в аптеках Вашего города
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.