Geriyə
DEPANTOL® (suppozitoriyalar)
Dərman vasitəsi

DEPANTOL® (suppozitoriyalar)

Dərman vasitəsi
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Eyniləşdirmə və təsnifat

ATC kodu
G01АХ
Beynəlxalq patentləşdirilməmiş adı
Dexpanthenol + Chlorhexidine

Dərman forması

Vaginal suppozitoriyalar

Buraxılış forması

100 mq + 16 mq vaginal suppozitoriyalar.

5 suppozitoriya polietilenlə laminatlaşdırılmış polivinilxlorid örtüklü konturlu -yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Tərkibi

Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 100 mq dekspantenol, 85,2 mq 20%-li xlorheksidin biqlükonat (16 mq xlorheksidin biqlükonat hesabı ilə) vardır.

Köməkçi maddələr:makroqolların qarışığı (makroqol 400-2%, makroqol 1500-98%).

Təsviri

Ağ və ya ağımtıl boz və ya sarımtıl çalarlı, torpedoyabənzər formalı suppozitoriyalardır. Mərmərə oxşarlıq və ya kəsikdə hava boşluğunun olması və qıfabənzər dərinliyin olması yolveriləndir.

Farmakoterapevtik qrupu

Toxuma reparasiyasının stimulyatoru

Farmakoloji xüsusiyyətlər

Depantol® yerli istifadə üçün kombinəolunmuş preparatdır, regenerasiyaedici, antiseptik, metabolik təsir göstərir. Preparatın tərkibinə daxil olan xlorheksidin qrammüsbət və qrammənfi bakteriyalara qarşı aktivdir: Treponema pallidum, Chlamidia spp., Ureaplasma spp., Neisseria gonorrhoeae, Gardnerella vaginalis, Bacteroides fragilis, Escherichia coli, Staphylococcus spp., Streptococcus spp.; maya göbələkləri, dermatofitlər, ibtidailər (Trichomonas vaginalis). Preparata qarşı Pseudomonas spp., Proteus spp., bəzi ştamları, eləcə də turşuyadavamlı bakteriya formaları, bakteriya sporları zəif həssasdır. Preparatın tərkibinə daxil olan dekspantenol selikli qişaların regenerasiyasını stimulə edir, hüceyrə metabolizmini normallaşdırır, mitozu sürətləndirir və kollagen liflərinin möhkəmliyini artırır.

Depantol® laktobasillərin funksional aktivliyini pozmur. Qan, irin olduqda da aktivliyini qoruyur (bir qədər azalmış).

İstifadəsinə göstərişlər

Kəskin və xroniki vaginitlərin; bakterial vaginozun; endo-/ekzoservisitlərin müalicəsi.

Uşaqlıq boynunun spesifik etiologiyalı həqiqi eroziyasıyasının müalicəsi (kompleks terapiyanın tərkibində).

Mamalıq və ginekologiyada infeksion-iltihabi ağırlaşmaların profilaktikası: ginekoloji xəstəliklərin cərrahi müalicəsindən, doğuşdan, hamiləliyin tibbi dayandırılmasından, uşaqlıqdaxili müayinədən (o cümlədən, histeroskopiyadan, histerosalpinqoqrafiyadan), uşaqlıqdaxili kontraseptivin qoyulmasından əvvəl.

Preparat destruktiv müalicə üsullarından (diatermokoaqulyasiya, kriodestruksiya, lazer destruksiyası) sonra uşaqlıq yolunun və uşaqlıq boynunun selikli qişasının regenerasiyasını yaxşılaşdırmaq üçün, əməliyyatdan sonrakı, doğuşdan sonrakı dövrdə istifadə edilir.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əlavə təsirlər yarandıqda, preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Müalicə dövründə cinsi əlaqədən çəkinmək məsləhət görülür.

Preparatı istifadə etməzdən əvvəl və sonra əlləri yumaq lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın istifadəsi nəqliyyat vasitələrini idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

İntravaginal istifadə edilir. İstifadə etməzdən əvvəl suppozitoriya konturlu qablaşdırmadan azad edilir.

7-10 gün ərzində 1 suppozitoriya sutkada 2 dəfə yeridilir. Ehtiyac olduqda, müalicə kursunun 20 günədək uzadılması mümkündür.

Müalicədən sonra yaxşılaşma baş vermədikdə və ya simptomlar ağırlaşdıqda və ya yeni simptomlar təzahür etdikdə, həkimlə məsləhətləşmək vacibdir. Preparatı, yalnız içlik vərəqədə qeyd edilən göstərişlər, istifadə qaydası və dozaya müvafiq istifadə etmək lazımdır.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları məlum deyil.

Preparatın təlimata müvafiq istifadəsi zamanı doza həddinin aşılması az ehtimal edilir.

Əlavə təsirləri

Allergik reaksiyalar (səpgi, qaşınma) mümkündür. Xlorheksidin çox nadir hallarda (< 0,0001%) ağır allergik reaksiyalar və anafilaksiya daxil olmaqla, yüksək hiperhəssaslıq reaksiyalarına səbəb ola bilər.

Təlimatda qeyd edilən istənilən əlavə təsir dərinləşdikdə və ya içlik vərəqədə qeyd edilməyən istənilən digər əlavə effekt təzahür etdikdə, dərhal bu barədə həkimə məlumat vermək lazımdır.

Digər dərman vasitələrilə qarşılıqlı təsiri

Mümkün qarşılıqlı təsirlə əlaqadar ehtiyat tədbiri məqsədilə (antaqonizm və ya inaktivasiya), intravaginal yeridilən digər antiseptiklərlə eyni vaxtda istifadə etmək olmaz.

Depantol® tərkibində anion qrupu (saponinlər, natrium laurilsulfat, natrium karboksimetilsellüloza) olan detergentlərlə və sabunla uyuşmur (onlar intravaginal yeridildiyi halda).

İntravaginal istifadə edilən yod tərkibli preparatlarla eyni vaxtda istifadə etmək məsləhət görülmür.

Pasiyent yuxarıda qeyd edilən və ya digər dərman vasitələrindən (o cümlədən, reseptsiz buraxılan) istifadə etdikdə, Depantol® preparatını istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

Qeydiyyat vəsiqəsinin sahibi

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

İstehsalçı

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

Посмотрите наличие товара в аптеках Вашего города

Карта Список
Далее

Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Задать вопрос по продукту
DEPANTOL® (suppozitoriyalar)

Все поля обязательны для заполнения

Ваше сообщение отправлено!
Спасибо!

Сообщить о наличии

Введите адрес электронной почты, чтобы узнать, когда препарат снова появится в наличии

Ваше сообщение отправлено!
Спасибо!

eo