D-PANTENOL-NİJFARM-PLYUS (krem)
Eyniləşdirmə və təsnifat
Dərman forması
Xaricə istifadə üçün krem
Buraxılış forması
Xaricə istifadə üçün krem 5,25% + 0,802%.
25, 30 və ya 50 q krem alüminium və ya polietilenlə laminatlaşdırılmış tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Tərkibi
Təsiredici maddə: 1 q kremin tərkibində 52,5 mq dekspantenol, 42,7 mq xlorheksidin biqlükonatın 20 %-li məhlulu (8,02 mq xlorheksidin biqlükonat hesabı ilə vardır.
Köməkçi maddələr: propilenqlikol, makroqol setostearat, setostearil spirti (60%-dən çox olmayaraq setil spirti, 40%-dən çox olmayaraq stearil spirti), duru parafin, vazelin, natrium hidrofosfat dodekahidrat, kalium dihidrofosfat, təmizlənmiş su.
Təsviri
Ağ və ya demək olar ki, ağ rəngli kremdir.
Farmakoterapevtik qrupu
Toxuma reparasiyasının stimulyatoru.
Farmakoloji xüsusiyyətlər
Kombinəolunmuş preparatdır. Dekspantenol dəri hüceyrələrində tez zamanda pantoten turşusuna çevrilir ki, bu da A kofermentinin tərkib hissəsidir və formalaşmada oynadığı kimi zədələnmiş dəri səthinin sağalmasında da vacib rol onayır; dərinin regenerasiyasını stimullaşdırır, hüceyrə metabolizmini normallaşdırır. Xlorheksidin mikrob əleyhinə preparatdır, antiseptik vasitədir. Qrammüsbət və qrammənfi bakteriyalara, o cümlədən, Staphylococcus spp., Enterococcus spp., Pseudomonas aeruginosa, Escherichia coli, Streptococcus spp., eləcə də maya göbələklərinə bənzər göbələklərə və dermatofitlərə qarşı effektivdir. Qan, irin, müxtəlif ifrazat və üzvi maddələr olduqda, aktivliyini qoruyur.
D-pantenol-Nijfarm-Plyus kremi yara səthini infeksiyadan qoruyur, infeksiyalaşmış prosesin gedişini zəiflədir və sağalmanı sürətləndirir.
İstifadəsinə göstərişlər
Sıyrıntı, cırmaq, kiçik kəsik və cızıq, çat, yüngül yanıq kimi infeksiyalaşma təhlükəsi ilə kiçik yaraların; dərinin infekiyalaşmış zədələnmiş səthinin; ana südü ilə qidalandırma dövründə döş giləsinin çatının işlənməsi və müalicəsi. Xroniki yaralar zamanı, məsələn, baldırın trofik xorası, yataq yarası, eləcə də əməliyyatdan sonrakı yaralar istifadə edilir.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; zədələnmiş qulaq pərdəsinə çəkmək olmaz; ağır, çox çikrlənmiş yaralar (belə zədələnmələr həkim müdaxiləsi tələb edir) olduqda.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın gözlərə, qulaqlara və selikli qişalara düşməsinə yol vermək olmaz. D-pantenol-Nijfarm-PLYUS preparatını infeksiyalaşmaya (məsələn, günəş yanığı) meylli olmayan dəri qıcıqlanmasının müalicəsi üçün istifadə etmək olmaz. Dərinin eyni nahiyəsində tez-tez istifadə istifadəsi qıcıqlanmanın yaranmasına səbəb ola bilər. Preparat kiçik yaraların işlənməsi və müalicəsi üçün nəzərdə tutulmuşdur, çox miqdarda istifadəsindən çəkinmək lazımdır. Böyük sahəsi, güclü çirklənmiş və dərin yaralar, eləcə də dişlənmiş və çapılmış yaralar həkim müdaxiləsi tələb edir (tetanus təhlükəsi). Yaranın ölçüsü müəyyən müddət ərzində dəyişilməmiş qaldıqda və ya yara 10-14 gün müddətində sağalmadıqda, bu halda həkimə müraciət etmək lazımdır. Bu eyni zamanda yaranın ətrafı güclü hiperemiyaya məruz qaldıqda, yara ödemləşdikdə, güclü ağrı yarandıqda və ya zədələnmə qızdırma ilə müşayiət edildikdə vacibdir (sepsis təhlükəsi).
Hamiləlik və laktasiya dövründə istifadəsi
D-pantenol-nijfarm-PLYUS hamiləlik və laktasiya dövründə istifadə edilir. Lakin kremi dərinin geniş sahəsində istifadə etməkdən çəkinmək lazımdır. Preparat laktasiya dövründə döş giləsinin çatının işlənməsi üçün istifadə edildikdə, ana südü ilə qidalanmadan əvvəl krem yuyulmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın istifadəsi nəqliyyat vasitələrini idarə etmək və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən mexanizmlərlə işləmək və digər potensial təhlükəli fəaliyyət növü ilə məşğul olmaq qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Xaricə istifadə edilir. Krem nazik təbəqə ilə dərinin zədələnmiş nahiyəsinə göstəriş üzrə sutkada 1 və ya bir neçə dəfə çəkilir. Süd verən analar kremi döş giləsinin infeksiyalaşmış səthinə ana südü ilə qidalandırmadan sonra çəkməlidirlər. Südəmər körpələrə bez dəyişdikdən və ya su prosedurundan sonra infeksiyalaşmış nahiyəyə çəkilir.
Müalicədən sonra yaxşılaşma baş vermədikdə və ya simptomlar kəskinləşdikdə və ya yeni simptomlar yarandıqda, həkimlə məsləhətləşmək vacibdir. Preparatı, yalnız istifadə təlimatında qeyd edilən göstəriş, istifadə qaydası və doza üzrə istifadə etmək lazımdır.
Doza həddinin aşılması
Preparatın doza həddinin aşılması halları barədə məlumat verilməmişdir.
Əlavə təsirləri
Kontakt dermatit, allergik dermatit, qaşınma, eritema, səpgi, övrə, dərinin qıcıqlanması, anafilaktik reaksiya və anafilaktik şok kimi allergik reaksiyalar mümkündür.
İçlik vərəqədə qeyd edilən istənilən əlavə təsirlər dərinləşdikdə və ya pasiyentdə təlimatda qeyd edilməyən istənilən digər əlavə effekt aşkar edildikdə, bu barədə həkimə məlumat vermək lazımdır.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Xlorheksidin sabunla və digər anion maddələrlə uyuşmur. Ehtiyat tədbiri qismində mümkün qarşılıqlı təsir (antaqonizm və ya inaktivasiya) baxımından digər antiseptiklərlə eyni vaxtda istifadə etmək olmaz.
Saxlanma şəraiti
25°С temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru
Посмотрите наличие товара в аптеках Вашего города
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.