Geriyə
Akvalor® protekt (sprey)
Tibbi vasitələr

Akvalor® protekt (sprey)

Tibbi vasitələr
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Dərman forması

sprey

Buraxılış forması

Flakon 30 ml

Flakon, korroziyaya məruz qalmayan polietilendən ibarətdir. Bu səbəbdən bu cür flakon məhlulun çox yaşı saxlayır və hər cür kontaminasiya riskinin qarşısı alır.

Müştük flakona qoruyucu xamıtla birləşdirilib. Flakon üçün yaxşı sabitlik səciyyəvidir.

Təchizatçı tərəfindən istifadə olunan mürəkkəb və boyalar Avropa qanunvericiliyinə uyğundur. Flakonun maksimal həcmi 35 ml ± 10%

Flakonun məhlulla çəkisi 43 q ± 10%

Təsviri

Rəngi: ağ müştük və yasəmən rəngli qapaq

Xarici görünüşü: parlaq, qeyri-şəffaf

Preparatın xüsusiyyətləri

Burun boşluğunun yuyulması üçün "Akvalor protekt" vasitəsi - tibbi məmulatın kontaminasiyadan qorunmasını təmin edən qurğu ilə təchiz edilmir, konservantların əlavə edilməsini tələb etməyən plastik flakonda buraxılan məhluldur.

Burun boşluğunun yuyulması üçün "Akvalor protekt" vasitəsinin komponentləri:

Dəniz suyu 45%
Təmizlənmiş su 100%-dək
Qəhvəyi yosun ekstraktı  (Ascophillum nodosum) 0,1%

Dəniz suyunun tərkibində natrium, manqan, xlorid, brom, maqnezium, kalsium, kalium, yod, kükürd var. Tərkibində konservant yoxdur.

"Akvalor protekt" in tərkibində burun boşluğunun selikli qişasının hüceyrələri və hüceyrələrarası boşluğu ilə müqayisədə daha yüksək mineral duz konsentrasiyasına (15 q/l) malik hipertonik dəniz suyu məhlulu var.

Dəniz suyu Bretani sahillərində, dəniz suyunun qabarma və çəkilmə amanı güclü axın səbəbindən daima yeniləndiyi təbii zonadan götürülür.

Orijinal nasos sistemi sayəsinə "Akvalor protekt" üçün dəniz suyunun götürülməsi qum filtrindən keçərək həyatak keçirilir, bu isə:

  • dəniz suyunun təbii ilkin filtrasiyasını;
  • xarici amillərdən asılı olmayaraq dəniz suyunun keyfiyyətinin dəyişməməsini;
  • mikroelementlər və minerallarla təbii zənginliyini təmin edir.
Xarici görünüşü/Qoxusu Qoxusuz və ya yüngül qoxulu şəffaf, rəngsiz və ya bir qədər sarımtıl məhlul
pH 7,25 ± 1,25
Sıxlığı 1,008 – 1,016 q/sm3
Osmolyarlıq 476 ± 40 mosmol/kq
NaCl tərkibi 15,0 ± 1,2 q/l

Funksional xüsusiyyətlər

Hipertonik dəniz suyu məhlulu ostmotik təzyiqin fərqi hesabına hüceyrələrarası boşluqdan artıq mayenin kənarlaşdırılması sayəsində burun boşluğunun selikli qişasının ödəminin azalmasını təmin edir, bu isə burun tıxanmasının və burun tənəffüsünün bərpasına kömək edir. Qəhvəyi yosun ekstraktı burun boşluğunun selikli qişasının fizioloji vəziyyətini qoruyur: nəmləndirmə və regenerasiyanı (sağalmanı) təmin edir, iltihab reaksiyasının azalmasına və qanaxmanın dayanmasına kömək edir, immun sisteminin, xüsusilə bakteriyaların, ölü hüceyrələrin, orqanizm üçün yad və toksik hissəciklərin tutulması və məhv edilməsinə görə cavabdeh makrofaqların işi üçün optimal şəraitlər yaradır, Dəniz suyu və qəhvəyi yosun ekstraktının tərkibində bakteriyalar viruslar və göbələkləri məhv edə və onların çoxalmasına mane ola bilən yod var. Dəniz suyunun tərkibindəki kalsium və maqnezium ionları burnun selikli qişasının seyriyən epiteli hüceyrələrinin işini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, seliyin reoloji xüsusiyyətlərini (suvaşqanlığını) normallaşdırır, virus və bakteriyaların daxil olmasında qarşı rezistentliyi (dayınıqlığı) gücləndirir.

Buraxılış forması: sprey. Pulverizator yumanı ehtiyatla və təhlükəsiz şəkildə həyata keçirməyə imkan verən incə tozlandırmanı yaradır.

I sinfə aid tibbi məmulat.

Dərman vasitəsi deyil.

İstifadə şəraitləri: fərdi istifadə üçün intranazal

İstifadəsinə göstərişlər

Respirator infeksiyaların (qripp, KRVİ və digər soyuqdəymə xəstəliklərinin) profilaktikası və kompleks müalicəsi, burunun selikli qişasının respirator infeksiyalar dövründə müdafiəsi. Burun boşluğu, burunyanı boşluqlar və burun-udlağın kəskin və xroniki iltihabi xəstəliklərinin profilaktikası və kompleksli müalicəsi:

  • kəskin və xroniki rinitlər (zökəm);
  • kəskin və xroniki sinusitlər (eləcə də haymorit);
  • kəskin və xroniki adenoidlər;
  • allergik və vazomotor rinitlər.

Burun boşluğunda və burunyanı boşluqlarda cərrahi müdaxilələrdən sonrakı vəziyyət.

6 aydan böyük uşaqlar və böyüklər üçün nəzərdə tutulmuşdur.

İstifadəsinə dair tövsiyələr

"Akvalor protekt" respirator infeksiyaların yayıldığı yolda ilk baryer olan burun boşluğunun selikli qişasının fizioloji vəziyyətinin qorunub saxlanılması üçün nəzərdə tutulmuşdur, seliyin təmizlənməsinə, ifrazatların azalmasına, qartların yumşalması və təmizlənməsinə, respirator infeksiyaların yaranma riskinin azaldılmasına, burun boşluğunun selikli qişasının nəmləndirilməsinə kömək edir. Vasitədən müntəzəm istifadə burun boşluğunun selikli qişasının biosenozunu pozmadan patogen mikroorqanizmlərdən (virus, bakteriya, göbələk) təmizlənməsinə və nəmləndirilməsinə kömək edir

Əks göstərişlər

Məmulatın hər-hansı komponentinə qarşı allergiya, dözülməzlik və ya yüksək həssaslıq zamanı, 6 aydan kiçik uşaqlarda istifadə edilməməlidir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Kontaminasiya riskinə yol verməmək üçün aşağıdakı tövsiyələr nəzərə alınmalıdır:

  • Hər istifadədən sonra tozlandırıcı ilıq su və sabunla yuyulmalı və yaxalanmalıdır.
  • Bu spreydən başqa insanlarla birgə istifadə etmək olmaz.

Mövsümi respirator xəstəliklər zamanı hər hansı şübhələriniz yaranarsa və ya simptomlar vəziyyətin yaxşılaşması müşahidə edilmədən 5 gündən çox davam edərsə həkimlə məsləhətləşmək lazımdır. Hipertireoz zamanı, eləcə də tədqiqatların keçirilmədiyi səbəbindən hamiləlik və əmizdirmə dövründə istifadə etmək tövsiyə edilmir.

İstifadə qaydası və dozası

Doza: 100-140 mkl/püskürtmə, bu, yumanı ehtiyatla və təhlükəsiz şəkildə həyata keçirməyə imkan verən incə tozlandırmanı təmin edir. Flakonda dozaların orta sayı: 214 doza.

Respirator infeksiyalar (qripp, KRVİ) dövründə profilaktika üçün hər gün hər burun dəliyinə bir-iki

dəfə "Akvalor protekt" püskürtmək lazımdır.

Burun boşluğunun, burunətrafı ciblərin və burun-udlağın iltihabi xəstəlikləri yarandıqda hər burun dəliyinə hər gün 3-4 dəfə, zəruri hallarda isə simptomların tam aradan qalxmasınadək daha çox püskürtmək lazımdır.

""Akvalor protekt" spreyindən uşaq və böyüklərdə bədən şaquli vəziyyətdə olduqda istifadə edirlər. Bu halda baş düz vəziyyətdə olmalı və bir qədər önə əyilməlidir. İstifadə zamanı başın arxaya əyilməməsinə nəzarət etmək lazımdır.

İmkan daxilində istifadədən əvvəl burnu təmizləmək lazımdır. Qoruyucu qapaq və xamıt çıxarılmalı. Tozlandırıcı sağ burun dəliyinə daxil edilməli.

Bir dozanın alınması üçün ağızlığa basılmalı. Proseduru sol burun yolu ilə təkrarlamaq lazımdır.

Hər istifadədən sonra tozlandırıcı ilıq su və sabunla yuyulmalı və yaxalanmalıdır.

Diqqət! Prosedurun yerinə yetirilməsi zamanı nəfəs almaq, danışmaq və ya qışqırmaq olmaz.

Əlavə təsirləri

Aşkar edilməyib.

Saxlanma şəraiti

Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Orijinal qablaşdırmada 8 ºС-dan 35 ºС-dək temperaturda saxlanılmalıdır.

Açıq flakon emal qaydalarına əməl edilməsi (bax: "Təmizləmə və sterilizasiya metodları" bəndi ) şərtilə yararlılıq müddətinin bitməsinədək saxlanılmalıdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti - 3 il. Yararlılıq müddətinin bitmə tarixi qablaşdırmada göstərilib.

Utilizasiya və məhvetmənin həyata keçirilməsi qaydası

Yararlılıq müddəti bitdikdə məmulatı A sinfinə aid tibbi tullantıların utilizasiyası qaydalarına uyğun olaraq utilizasiya edirlər.

İstehsalçı

"İS LAB", Fransa / YS LAB, Le Forum, 2 rue Felix Le Dantec,
QUIMPER 29000, France

Əlavə məlumat

İradları qəbul edən təşkilat

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

Посмотрите наличие товара в аптеках Вашего города

Карта Список
Далее

Другие продукты

Akvalor® Ekstra forte Aloe Vera (sprey)
Akvalor® Ekstra forte Aloe Vera (sprey) Daha çox öyrən
Akvalor® soft mini (sprey)
Akvalor® soft mini (sprey) Daha çox öyrən
Akvalor® forte (sprey)
Akvalor® forte (sprey) Daha çox öyrən
Akvalor® soft (sprey)
Akvalor® soft (sprey) Daha çox öyrən
Akvalor® norm (sprey)
Akvalor® norm (sprey) Daha çox öyrən
Akvalor® bebi (damcılar)
Akvalor® bebi (damcılar) Daha çox öyrən
Akvalor® bebi (damcı)
Akvalor® bebi (damcı) Daha çox öyrən

Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Задать вопрос по продукту
Akvalor® protekt (sprey)

Все поля обязательны для заполнения

Ваше сообщение отправлено!
Спасибо!

Сообщить о наличии

Введите адрес электронной почты, чтобы узнать, когда препарат снова появится в наличии

Ваше сообщение отправлено!
Спасибо!

eo