Geriyə
Akvalor® norm (sprey)
Tibbi vasitələr

Akvalor® norm (sprey)

Tibbi vasitələr
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Dərman forması

sprey

Buraxılış forması

Karton paçkaya tibbi məmulatdan istifadə üzrə təlimatla birlikdə yerləşdirilən burun üçün polietilen anatomik ucluq və polipropilen qapaqla təchiz edilmiş təzyiqli allüminium balon.

Təsviri

Böyüklər və uşaqlar üçün burun boşluğunun suvarılması və yuyulması üçün «Akvalor® norm» 150 ml

Preparatın xüsusiyyətləri

Parametrin adı Təsviri 
Məmulatın quruluşunun təsviri    Böyüklər və uşaqlar üçün burun boşluğunun suvarılması və yuyulması üçün «Akvalor® soft mini» 50 ml, «Akvalor® soft» 150 ml, «Akvalor® norm» 150 ml variantları mövcud olan TŞ 32.50.50-008-00480081-2017 üzrə vasitə (bundan sonra mətndə - vasitə) burun üçün məhdudlaşdırıcı halqası və polipropilen qapağı olan "duş"/"sırnaq" püskürtməsini yaradan polietilen anatomik başlıqlı təzyiqli alüminium ballonda aerozoldur. Balonun içinə xüsusi birərəfli klapanla təchiz edilmiş içi dolu dördlay paket yerləşdirilib. Başlığın aerozol klapanına basmağa nəzarət etmək üçün bəndi var. Dərman vasitəsi deyil.
Doldurulmuş həcm  50 ml, 150 ml
Məmulatın tərkibinin təsviri şəffaf, rəngsiz, qoxusuz maye
İçindəkilərin tərkibi  tərkibində təbii dəniz suyu, təmizlənmiş su olan izotonik dəniz suyu məhlulu (NaCl konsentrasiyası 8- 11 q/L).
Dəniz suyu Bretani (Fransa), Lyuseşil (İsveçrə) sahillərindəki ekoloji təmiz rayonlardan götürülür. Dəniz suyunun tərkibində natrium, kalium, sink, selen, maqnezium, kalsium, yod, xlor, brom ionları mövcuddur.
рН 6,0 - 8,5
tərkibində konservant yoxdur.
Texniki xarakteristikaları  50 ml-lik «Akvalor® soft mini» , 150 ml-lik «Akvalor® soft»un püskürtmə xarakteri – «duş»
150 ml-lik «Akvalor® norm»un püskürtmə xarakteri – «şırnaq»
Sterilizasiya  Radiasiya üsulu ilə sterilizasiya. Bütün istifadə dövrü ərzində sterilliyini qoruyub saxlayır. 
Qablaşdırma Karton paçkaya tibbi məmulatdan istifadə üzrə təlimatla birlikdə yerləşdirilən burun üçün polietilen anatomik ucluq və polipropilen qapaqla təchiz edilmiş təzyiqli allüminium balon.

İstifadəsinə göstərişlər

İstifadə sahəsi - otorinolarinqologiya. Vasitə, uşaqlarda 6 aydan başlaraq və böyüklərdə burun boşluğunun suvarılması və yuyulması vasitəsilə LOR-xəstəliklərinin profilaktikası və kompleks müalicəsi üçün nəzərdə tutulub.

İstifadə üçün göstərişlər

Vasitədən aşağıdakı məqsədlərlə istifadə olunur:

  • burun boşluğu, burunətrafı ciblər və burun-udlağın kəskin və xroniki iltihabi xəstəliklərinin (infeksion, allergik, atrofik) profilaktikası və kompleksli müəlicəsi:
  • kəskin və xroniki rinitlər (zökəm);
  • kəskin və xroniki sinusitlər (eləcə də haymorit);
  • kəskin və xroniki adenoiditlər;
  • allergik və vazomotor rinitlər;
  • subatrofik rinitlər (selikli qişanın quruluğu);
  • respirator infeksiyaların (KRVİ və s.) profilaktikası və kompleks müalicəsi;
  • burun boşluğunun və burun-udlağın gündəlik gigiyenası;
  • burun boşluğunda və burunətrafı ciblərdə cərrahi müdaxilələrdən sonrakı vəziyyətlərin profilaktikası və kompleks müalicəsi;

Vasitə 6 aydan böyük uşaqlar və böyüklər üçün nəzərdə tutulub.

İstifadəsinə dair tövsiyələr

Vasitə seliyin təmizlənməsi, ifrazatın azaldılması, qartların yumşaldılması və kənarlaşdırılması, burun boşluğunun selikli qişasının nəmləndirilməsi üçün nəzərdə tutulub. Burun boşluğunun və burun-udlağın selikli qişasına müsbət təsir göstərir, burun tutulmasının azalmasına və burun tənəffüsünün bərpasına kömək edir. Dəniz suyunun tərkibindəki duzlar seliyin yumşalmasına və selikli qişanın qədəhvari hüceyrələrində yaranmasının normallaşmasına kömək edir. Duzun tərkibindəki kalsium və maqnezium ionları burnun selikli qişasının seyriyən epiteli hüceyrələrinin işini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, seliyin reoloji xüsusiyyətlərini normallaşdırır, virus və bakteriyaların daxil olmasına qarşı rezistentliyi gücləndirir. Yod və natrium xlorid antiseptik xüsusiyətlərə malikdir. Sink və selen ionları burnun və burunətrafı ciblərin selikli qişasının yerli immunitetinin aktivləşdirilməsi üçün şərait yaradır.

Burun boşluğunun vasitə ilə yuyulmasından sonra burun boşluğunun selikli qişasına çəkilən dərman vasitələrinin terapevtik effektivliyi yüksəlir, infeksiyanın burunətrafı ciblərə və qulaq boşluğuna yayılması riski azalır. Burun boşluğunun və burun-udlağın selikli qişasından istənilən patogenlərin (viruslu, bakterial, göbələk) selikli qişanın iosenozunu pozmadan təmizlənməsinə kömək edir.

İstifadə şəraitləri: fərdi istifadə və tibbi müəssisə şəraitində istifadə üçün.

Əks göstərişlər

Tibbi məmulatın komponentlərinə qarşı fərdi dözümsüzlük.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İstifadədən əvvəl vasitə və qablaşdırmaya nəzər yetirin. Qablaşdırmanın, tibbi məmulatın özünün və başlığın bəndinin bütövlüyü pozulmuş olduqda vasitədən istifadə etməyin. Başlığa ilk dəfə basdıqda bəndin bütövlüyü pozulur (buna çıqqıltı səsi işarə edir).

Məhsulun ideal keyfiyyətini və dozalama sisteminin işini təmin etmək üçün tibbi məmulatı sökmək (məs., anatomik başlığı ballondan çıxarma) olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və döşlə əmizdirmə əks-göstəriş sayılmır.

İstifadə qaydası və dozası

Burun boşluğunun yuyulmasını lazım olduqda, orta hesabla gündə 3-4 dəfə, zəruri hallarda isə daha da çox həyata keçirirlər. Vasitədən istifadənin müddəti və tezlyi qeyri-məhduddur.

Diqqət! Prosedurun yerinə yetirilməsi zamanı burun boşluğu yuyulan şəxs nəfəs almamalı, danışmamalı və ya qışqırmamalıdır.

2 yaşadək uşaqlar üçün:

Kiçik yaşlı uşaqların burnunun yuyulması bədəni şaquli vəziyyətdə olmaqla, və ya daha yaxşı olar ki, böyüyün qucağında oturan vəziyyətdə həyata keçirilir. Bu zaman uşağın başı düz vəziyyətdə olmalı və bir qədər önə əyilməlidir (şək. 1). Yuma zamanı uşağın başını geri atmamasına nəzarət edin.

  1. Ballonun ucluğunu sağ burun dəliyinə daxil edin (şək. 2).
  2. Püskürdücünün üzərinə basıb bir neçə saniyə ərzində saxlayın, beləliklə burnun sağ yarısı yuyulur (şək.3).
  3. Yuyucu mayenin qalıqlarını burun boşluğundan təmizləyin (uşağın burnunu təmizləyin və ya aspiratordan istifadə edin) (şək., 4, 5).
  4. Analoji proseduru burnun sol tərəfində yerinə yetirin.
  5. Zəruri halda proseduru təkrar edin.

2 yaşdan böyük uşaqlar və böyüklər üçün.

Uşaqlar və böyüklərdə burunun yuyulması bədənin şaquli vəziyyətində (oturaq və ya ayaq üstündə) yerinə yetirilir. Bu halda baş düz vəziyyətdə olmalı və bir qədər önə əyilməlidir. Yuma zamanı başın arxaya əyilməməsinə nəzarət etmək lazımdır (şək. 6).

  1. Ballonun ucluğunu burnun sağ yarısına daxil edin (şək. 7).
  2. Püskürdücünün üzərinə basıb bir neçə saniyə ərzində saxlayın, beləliklə burnun sağ yarısı yuyulur (şək.8).
  3. Burnu təmizləyərək və ya aspiratorun köməyilə (uşaqlarda zəruri olduqda) yuyucu mayenin qalıqlarını kənarlaşdırın (şək. 9).
  4. Analoji proseduru burnun sol tərəfində yerinə yetirin.
  5. Zəruri halda proseduru təkrar edin.

Təmizləmə üsulları və vasitələri

Vasitədən hər dəfə istifadə etdikdən sonra anatomik başlığı ilıq suda sabunla yuyub yaxalamaq lazımdır.

Əlavə təsirləri

Aşkar edilməyib.

Saxlanma şəraiti

5-25 °С temperaturunda saxlanılmalı və istifadə edilməlidir. Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır. Qızmadan qorunmalıdır.

Vasitə bütün nəqliyyat növləri ilə örtülü nəqliyyat vasitələrində həmin növ nəqliyyatda qüvvədə olan daşıma qaydalarına uyğun olaraq 5 °С - 25 °С temperaturunda daşınır.

Yararlılıq müddəti

Yararlılıq müddəti - 3 il. Qablaşdırmanın üzərindəki tarixədən istifadə edilməli.

Utilizasiya qaydası

Vasitə Sanitar-epidemioloji qaydalara və SanPiN 2.1.7.2790-10. normativlərinə əsasən tibbi tullantılar təsnifatının A sinfinə aiddir. A sinfinə aid tullantıların hərəkətinin qeydə alınması və nəzarətdə saxlanılması Rusiya Federasiyasının qanunvericiliyinin tələblərinə əsasən həyata keçirilir. Tullantıların yığılması distributor tərəfindən təmin edilir (müqavilə əsasında işləyən servis təşkilatları və ya müqavilə əsasında işləyən servis texnikaları).

İstehsalçı

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

Əlavə məlumat

İradları qəbul edən təşkilat

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

Zəmanət öhdəlikləri

İstehsalçı məmulatın keyfiyyətini bütün yararlılıq müddəti ərzində təmin edir.

Посмотрите наличие товара в аптеках Вашего города

Карта Список
Далее

Другие продукты

Akvalor® Ekstra forte Aloe Vera (sprey)
Akvalor® Ekstra forte Aloe Vera (sprey) Daha çox öyrən
Akvalor® soft mini (sprey)
Akvalor® soft mini (sprey) Daha çox öyrən
Akvalor® forte (sprey)
Akvalor® forte (sprey) Daha çox öyrən
Akvalor® protekt (sprey)
Akvalor® protekt (sprey) Daha çox öyrən
Akvalor® soft (sprey)
Akvalor® soft (sprey) Daha çox öyrən
Akvalor® bebi (damcılar)
Akvalor® bebi (damcılar) Daha çox öyrən
Akvalor® bebi (damcı)
Akvalor® bebi (damcı) Daha çox öyrən

Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Задать вопрос по продукту
Akvalor® norm (sprey)

Все поля обязательны для заполнения

Ваше сообщение отправлено!
Спасибо!

Сообщить о наличии

Введите адрес электронной почты, чтобы узнать, когда препарат снова появится в наличии

Ваше сообщение отправлено!
Спасибо!

eo