Geriyə
Akvalor® Ekstra forte Aloe Vera (sprey)
Tibbi vasitələr

Akvalor® Ekstra forte Aloe Vera (sprey)

Tibbi vasitələr
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Dərman forması

sprey

Buraxılış forması

Uşaqlar və böyüklər üçün burun boşluğunun nəmləndirilməsi və yuyulması vasitəsi

“Akvalor® Aktiv forte”

Hazırlanma variantları:

  1. Uşaqlar və böyüklər üçün burun boşluğunun nəmləndirilməsi və yuyulması vasitəsi “Akvalor® Aktiv forte mini” 50 ml;
  2. Uşaqlar və böyüklər üçün burun boşluğunun nəmləndirilməsi və yuyulması vasitəsi “Akvalor® Aktiv forte” 150 ml.

Təchiz olunan komplekt:

Variant №1

  1. Uşaqlar və böyüklər üçün burun boşluğunun nəmləndirilməsi və yuyulması vasitəsi “Akvalor® Aktiv forte mini” 50 ml fərdi qablaşdırmada (ballon) – 1 əd.;
  2. İstifadəsinə dair təlimat – 1 əd.;
  3. Karton qutu – 1 əd.

Variant №2

  1. Uşaqlar və böyüklər üçün burun boşluğunun nəmləndirilməsi və yuyulması vasitəsi “Akvalor® Aktiv forte” 150 ml fərdi qablaşdırmada (ballon) – 1 əd.;
  2. İstifadəsinə dair təlimat – 1 əd.;
  3. Karton qutu – 1 əd.

Təsviri

Böyüklər və uşaqlar üçün burun boşluğunun suvarılması və yuyulması üçün «Akvalor® ekstra forte Aloe vera və Roma çobanyastığı ilə» 150 ml

Preparatın xüsusiyyətləri

Parametrin adı Təsviri
Vasitənin quruluşunun təsviri  Böyüklər və uşaqlar üçün burun boşluğunun suvarılması və yuyulması üçün «Akvalor® ekstra forte Aloe vera və Roma çobanyastığı  ilə » 150 ml TŞ 32.50.50-011-00480081-2017 üzrə vasitə (bundan sonra mətndə - vasitə)  burun üçün məhdudlaşdırıcı halqası və polipropilen qapağı olan "şırnaq" püskürtməsini yaradan polietilen anatomik başlıqlı təzyiqli alüminium ballonda aerozoldur. Balonun içinə xüsusi birtərəfli klapanla təchiz edilmiş içi dolu dördlay paket yerləşdirilib.  Başlığın aerozol klapanına basmağa nəzarət etmək üçün bəndi var.                                      Dərman vasitəsi deyil.
Həcmi 150 ml
Vasitənin tərkibinin təsviri şəffaf, rəngsiz və ya sarımtıl mayə zəif ot qoxusu ilə
Tərkibi tərkibində təbii dəniz suyu, Aloe vera (0,025%-lik məhlul) və Roma çobanyastığı ekstraktlı (0,025%-lik məhlul), təmizlənmiş su olan hipertonik dəniz suyu məhlulu (NaCl konsentrasiyası 19- 23 q/L). Dəniz suyu Bretani (Fransa), Lyuseşil (İsveçrə) sahillərindəki ekoloji təmiz rayonlardan götürülür.  Dəniz suyunun tərkibində natrium, kalium, sink, selen, maqnezium, kalsium, yod, xlor, brom ionları mövcuddur.
рН 6,0 - 8,5
tərkibində konservant yoxdur.
Texniki xüsusiyyətlər püskürtmə xarakteri  – «şırnaq»
Qablaşdırma Karton paçkaya tibbi məmulatdan istifadə üzrə təlimatla birlikdə yerləşdirilən burun üçün polietilen anatomik ucluq və polipropilen qapaqla təchiz edilmiş təzyiqli allüminium balon.

İstifadəsinə göstərişlər

İstifadə sahəsi - otorinolarinqologiya. Vasitə, uşaqlarda 2 yaşdan başlaraq və böyüklərdə burun boşluğunun suvarılması və yuyulması vasitəsilə LOR-xəstəliklərinin profilaktikası və kompleks müalicəsi üçün nəzərdə tutulub.

Vasitədən aşağıdakı məqsədlərlə istifadə olunur:

  • burun boşluğu, burunətrafı ciblər və burun-udlağın kəskin və xroniki iltihabi xəstəliklərinin (infeksion, allergik, atrofik) profilaktikası və kompleksli müəlicəsi:
  • kəskin və xroniki rinitlər (zökəm);
  • kəskin və xroniki sinusitlər (eləcə də haymorit);
  • kəskin və xroniki adenoiditlər;
  • allergik və vazomotor rinitlər;
  • respirator infeksiyaların (qrip, KRVİ və s.) profilaktikası və kompleks müalicəsi;
  • burun boşluğunun və burun-udlağın gündəlik gigiyenası;
  • burun boşluğunda və burunətrafı ciblərdə cərrahi müdaxilələrdən sonrakı vəziyyətlərin profilaktikası və kompleks müalicəsi;

Vasitə 2 yaşdan böyük uşaqlar və böyüklər üçün nəzərdə tutulub.

İstifadəsinə dair tövsiyələr

Vasitə seliyin təmizlənməsi, ifrazatın azaldılması, qartların yumşaldılması və kənarlaşdırılması, burun boşluğunun selikli qişasının nəmləndirilməsi üçün nəzərdə tutulub. Burun boşluğunun və burun-udlağın selikli qişasına müsbət təsir göstərir, burun tutulmasının azalmasına və burun tənəffüsünün bərpasına kömək edir. Hipertonik dəniz suyu məhlulu osmotik təzyiqin fərqi hesabına hüceyrələrarası boşluqdan artıq mayenin kənarlaşdırılması sayəsində burun boşluğunun selikli qişasının ödəminin azalmasını təmin edir. Aloe vera və Roma çobanyastığı ekstraktları iltihabəleyhinə, antiseptik və bərpaedici təsirə malikdir.

Dəniz suyunun tərkibindəki duzlar seliyin yumşalmasına və selikli qişanın qədəhvari hüceyrələrində yaranmasının normallaşmasına kömək edir. Duzun tərkibindəki kalsium və maqnezium ionları burnun selikli qişasının seyriyən epiteli hüceyrələrinin işini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, seliyin reoloji xüsusiyyətlərini normallaşdırır, virus və bakteriyaların daxil olmasına qarşı rezistentliyi gücləndirir. Yod və natrium xlorid antiseptik xüsusiyətlərə malikdir. Sink və selen ionları burnun və burunətrafı ciblərin selikli qişasının yerli immunitetinin aktivləşdirilməsi üçün şərait yaradır.

Burun boşluğunun vasitə ilə yuyulmasından sonra burun boşluğunun selikli qişasına çəkilən dərman vasitələrinin terapevtik effektivliyi yüksəlir, infeksiyanın burunətrafı ciblərə və qulaq boşluğuna yayılması riski azalır. Burun boşluğunun və burun-udlağın selikli qişasından istənilən patogenlərin (viruslu, bakterial, göbələk) selikli qişanın biosenozunu pozmadan təmizlənməsinə kömək edir.

İstifadə şəraitləri: fərdi istifadə və tibbi müəssisə şəraitində istifadə üçün.

Əks göstərişlər

Tibbi vasitənin komponentlərinə qarşı fərdi həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İstifadədən əvvəl vasitə və qablaşdırmaya nəzər yetirin. Qablaşdırmanın, tibbi vasitənin özünün və başlığın bəndinin bütövlüyü pozulmuş olduqda vasitədən istifadə etməyin. Başlığa ilk dəfə basdıqda bəndin bütövlüyü pozulur (buna çıqqıltı səsi işarə edir).

Məhsulun ideal keyfiyyətini və dozalama sisteminin işini təmin etmək üçün tibbi vasitəni sökmək (məs., anatomik başlığı ballondan çıxarma) olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövrü əks göstəriş deyil.

İstifadə qaydası və dozası

Burun boşluğunun yuyulmasını lazım olduqda, orta hesabla gündə 3-4 dəfə, zəruri hallarda isə daha da çox həyata keçirirlər.

Diqqət! Prosedurun yerinə yetirilməsi zamanı burun boşluğu yuyulan şəxs nəfəs almamalı, danışmamalı və ya qışqırmamalıdır.

2 yaşdan böyük uşaqlar və böyüklər üçün.

Uşaqlar və böyüklərdə burunun yuyulması bədənin şaquli vəziyyətində (oturaq və ya ayaq üstündə) yerinə yetirilir. Bu halda baş düz vəziyyətdə olmalı və bir qədər önə əyilməlidir. Yuma zamanı başın arxaya əyilməməsinə nəzarət etmək lazımdır (şək. 1).

  1. Ballonun ucluğunu burnun sağ yarısına daxil edin (şək. 2).
  2. Püskürdücünün üzərinə basıb bir neçə saniyə ərzində saxlayın, beləliklə burnun sağ yarısı yuyulur (şək.3).
  3. Burnu təmizləyərək və ya aspiratorun köməyilə (uşaqlarda zəruri olduqda) yuyucu mayenin qalıqlarını kənarlaşdırın (şək. 4).
  4. Analoji proseduru burnun sol tərəfində yerinə yetirin.
  5. Zəruri halda proseduru təkrar edin.

Təmizləmə üsulları və vasitələri

Vasitə fərdi istifadə üçün nəzərdə tutulub. Vasitənin hər istifadəsindən sonra anatomik başlığı sabunlu ilıq su ilə yuyun və sonra yaxalayın.

Əlavə təsirləri

Aşkar edilməyib.

Saxlanma şəraiti

5-25 °С temperaturunda saxlanılmalı və istifadə edilməlidir. Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır. Qızmadan qorunmalıdır.

Vasitə bütün nəqliyyat növləri ilə örtülü nəqliyyat vasitələrində həmin növ nəqliyyatda qüvvədə olan daşıma qaydalarına uyğun olaraq 5 °С - 25 °С temperaturunda daşınır.

Yararlılıq müddəti

Yararlılıq müddəti - 3 il. Qablaşdırmanın üzərindəki tarixədək istifadə edilməli.

Utilizasiya qaydası

Vasitə Sanitar-epidemioloji qaydalara və SanPiN 2.1.7.2790-10. normativlərinə əsasən tibbi tullantılar təsnifatının A sinfinə aiddir. A sinfinə aid tullantıların hərəkətinin qeydə alınması və nəzarətdə saxlanılması Rusiya Federasiyasının qanunvericiliyinin tələblərinə əsasən həyata keçirilir. Tullantıların yığılması distributor tərəfindən təmin edilir (müqavilə əsasında işləyən servis təşkilatları və ya müqavilə əsasında işləyən servis texnikaları).

İstehsalçı

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

Zəmanət öhdəlikləri

Əlavə məlumat

İradları qəbul edən təşkilat

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

Zəmanət öhdəlikləri

İstehsalçı vasitənin keyfiyyətini bütün yararlılıq müddəti ərzində təmin edir.

Посмотрите наличие товара в аптеках Вашего города

Карта Список
Далее

Другие продукты

Akvalor® soft mini (sprey)
Akvalor® soft mini (sprey) Daha çox öyrən
Akvalor® forte (sprey)
Akvalor® forte (sprey) Daha çox öyrən
Akvalor® protekt (sprey)
Akvalor® protekt (sprey) Daha çox öyrən
Akvalor® soft (sprey)
Akvalor® soft (sprey) Daha çox öyrən
Akvalor® norm (sprey)
Akvalor® norm (sprey) Daha çox öyrən
Akvalor® bebi (damcılar)
Akvalor® bebi (damcılar) Daha çox öyrən
Akvalor® bebi (damcı)
Akvalor® bebi (damcı) Daha çox öyrən

Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.

Задать вопрос по продукту
Akvalor® Ekstra forte Aloe Vera (sprey)

Все поля обязательны для заполнения

Ваше сообщение отправлено!
Спасибо!

Сообщить о наличии

Введите адрес электронной почты, чтобы узнать, когда препарат снова появится в наличии

Ваше сообщение отправлено!
Спасибо!

eo