Buraxılış forması
Ilkin qablaşdırma - plastik damcıtökən flakon, burulan plastik qapaqla germetik bağlanılır.
Birinci qablaşdırma - karton paçka.
Həcmi: 15 ml
Təsviri
Uşaqlar üçün burun boşluğunun suvarılması və yuyulması üçün “Akvalor beybi” 15ml vasitəsi burulan plastik qapaqla germetik bağlanan lastik damcıtökən flakondur. Damcıtökən flakonun tərkibi - qoxusuz, zəif duzlu dad verən, izotonik NaCl konsentrasiyalı steril dəniz suyu məhlulunu (100 ml-də 30-33 ml təbii dəniz suyu var) təşkil edən şəffaf rəngsiz mayedir.
Tərkibində konservant yoxdur. Dərman vasitəsi deyil.
Uşaqlar üçün burun boşluğunun suvarılması və yuyulması üçün “Akvalor beybi” vasitəsi uşaqlar üçün yeni doğulan yaşdan etibarən nəzərdə tutulub.
Preparatın xüsusiyyətləri
Parametrin adı | Təsviri |
---|---|
Məmulatın təsviri və quruluşu | Burulan plastik qapaqla germetik bağlanan plastik damcıtökən flakon |
Dolma həcmi | 15 ml |
Tərkibin xüsusiyyətləri | Qoxusuz, zəif duzlu dad verən, hipertonik NaCl konsentrasiyalı steril dəniz suyu məhlulunu (100 ml-də 30-33 ml təbii dəniz suyu var) təşkil edən şəffaf rəngsiz maye. |
İçindəkilərin tərkibi | Təbii dəniz suyu, təmizlənmiş su |
pH | 6,0 — 8,5 |
NaCl tərkibi | 8 — 11 q/l |
Saxlama şəraitləri | Quru və birbaşa günəş şüalarından qorunan yerdə 5 °С - 25 °С temperaturda saxlanılmalıdır. Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır. |
İstifadəsinə göstərişlər
İstifadə üçün göstərişlər:
Burun boşluğu, burunətrafı ciblər və burun-udlağın kəskin və xroniki iltihabi xəstəliklərinin (infeksion, allergik, atrofik) profilaktikası və kompleksli müalicəsi:
- kəskin və xroniki rinitlər (zökəm);
- kəskin və xroniki sinusitlər (eləcə də haymorit);
- kəskin və xroniki adenoidlər;
- allergik və vazomotor rinitlər;
- subatrofik rinitlər (selikli qişanın quruluğu).
Respirator infeksiyaların (KRVİ və s.) profilaktikası və kompleks müalicəsi.
- Burun boşluğunun və burun-udlağın gündəlik gigiyenası.
Burun boşluğunda və burunətrafı ciblərdə cərrahi müdaxilələrdən sonrakı vəziyyət.
İstifadəsinə dair tövsiyələr
Uşaqlar üçün burun boşluğunun yuyulması üçün “Akvalor beybi" vasitəsi burun boşluğunun, burunətrafı ciblərin və burun-udlağın kəskin və xroniki iltihabi (infeksion, allergik, atrofik) xəstəliklərinin profilaktikası və kompleks müalicəsi, burun boşluğunda və burunətrafı ciblərdə cərrahi müdaxilələrdən sonrakı vəziyyətlər zamanı, soyuqdəymə xəstəliklərinin yayılma dövründə, eləcə də burun və burun-udlağn gündəlik gigiyenası üçün istifadə olunur.
Seliyin təmizlənməsi, ifrazatın azaldılması, qartların yumşaldılması və kənarlaşdırılması, burun boşluğunun selikli qişasının nəmləndirilməsi üçün nəzərdə tutulub.
Burun boşluğunun və burun-udlağın selikli qişasına müsbət təsir göstərir, burun tutulmasının azalmasına və burun tənəffüsünün bərpasına kömək edir.
Burun boşluğunun Uşaqlar üçün burun boşluğunun yuyulması üçün “Akvalor beybi” vasitəsi ilə yuyulmasından sonra burun boşluğunun selikli qişasına çəkilən dərman vasitələrinin terapevtik effektivliyi yüksəlir, infeksiyanın burunətrafı ciblərə və qulaq boşluğuna yayılması riski azalır.
İstifadə şəraitləri: fərdi istifadə və tibbi müəssisə şəraitində istifadə üçün.
Əks göstərişlər
Damcıtökən flakonun tərkibindəki komponentlərə qarşı fərdi dözümsüzlük.
İstifadə qaydası və dozası
Gündə 4 dəfə, zəruri hallarda isə daha çox hər burun yoluna 2 damcı damcılatmaq lazımdır,
Gigiyena məqsədləri ilə, kəskin və xroniki iltihabi və infeksion xəstəliklərdə vəziyyətin yüngülləşdirilməsi üçün gündə 2-3 dəfə hər burun yoluna 1-2 damcı damcıladırlar.
Vasitədən istifadənin müddəti və tezlyi qeyri-məhduddur.
Sanitar emal üçün göstərişlər: tibbi məmulatdan istifadədən sonra damcıtökən flakonun ucluğunu su və ya etil spirti məhlulu ilə təmizləyin.
Saxlanma şəraiti
Quru və birbaşa günəş şüalarından qorunan yerdə 5 °С - 25 °С temperaturda saxlanılmalıdır. Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Uşaqlar üçün burun boşluğunun yuyulması üçün "Akvalor beybi" vasitəsi bütün nəqliyyat növləri ilə örtülü nəqliyyat vasitələrində həmin növ nəqliyyatda qüvvədə olan daşıma qaydalarına uyğun olaraq 1 °С - 40 °С temperaturunda daşınır.
Yararlılıq müddəti
Yararlılıq müddəti - 3 il. Qablaşdırmanın üzərindəki tarixədən istifadə edilməli. Flakonu açdıqdan sonra 45 gün ərzində istifadə etmək lazımdır.
Uşaqlar üçün burun boşluğunun yuyulması üçün "Akvalor beybi" vasitəsi Sanitar-epidemioloji qaydalara və SanPiN 2.1.7.2790-10. normativlərinə əsasən tibbi tullantılar təsnifatının A sinfinə aiddir. A sinfinə aid tullantıların hərəkətinin qeydə alınması və nəzarətdə saxlanılması Rusiya Federasiyasının qanunvericiliyinin tələblərinə əsasən həyata keçirilir. Tullantıların yığılması distributor tərəfindən təmin edilir (müqavilə əsasında işləyən servis təşkilatları və ya müqavilə əsasında işləyən servis texnikaları).
İstehsalçı
"İS LAB", Fransa / YS LAB, Le Forum, 2 rue Felix Le Dantec,
QUIMPER 29000, France
Əlavə məlumat
İradları qəbul edən təşkilat
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru
Посмотрите наличие товара в аптеках Вашего города
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.