Eyniləşdirmə və təsnifat
Dərman forması
Rektal suppozitoriyalar
Buraxılış forması
Rektal suppozitoriyalar 100 mq + 40 mq + 20 mq + 4 mq.
5 suppozitoriya polietilenlə laminatlaşdırılmış polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Tərkibi
Tərkibi
Təsiredici maddələr:1 suppozitoriyanın tərkibində 100 mq benzokain, 40 mq bismut subqallat, 4 mq levomentol, 20 mq sink oksidi vardır.
Köməkçi maddələr: makroqol 1500, makroqol 400.
Təsviri
Sarı və ya yaşılımtıl-sarı rəngli, torpedoyabənzər formalı suppozitoriyalardır. Kəsiyində hava boşluğunun və qıfabənzər dərinliyin olmasına yol verilir.
Farmakoterapevtik qrupu
Babasilin müalicəsi üçün vasitəsi.
Farmakoloji xüsusiyyətlər
Kombinəedilmiş preparat olub, yerli anesteziyaedici, antiseptik, büzücü və quruducu təsir göstərir.
İstifadəsinə göstərişlər
Babasil, arxa keçəcəyin çatları.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq, 12 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Anestezol® preparatından hamiləlik və laktasiya dövründə istifadəsi, yalnız ana üçün potensial fayda uşaq və ya dölə olan riskdən yüksək olduğu halda mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə mane olmur.
İstifadə qaydası və dozası
Rektal yolla, təmizləyici imalədən və ya bağırsağın sərbəst boşalmasından sonra istifadə edilir. Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda sutkada 1-2 dəfə 1 suppozitoriya istifadə edilir.
Doza həddinin aşılması
Preparatın doza həddinin aşılması halları barədə məlumat verilməmişdir.
Əlavə təsirləri
Arxa keçəcəkdə yanma hissi, işlədici effekt, allergik reaksiyalar.
Tərkibində benzokain olan preparatların istifadəsi zamanı methemoqlobinemiyanın inkişafı halları barədə ayrı-ayrı məlumatlar vardır.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Anestezol® preparatının digər dərman vasitələrilə qarşılıqlı təsiri təsvir edilməmişdir.
Xüsusi qeydlər
Xəstəliyin mövcud simptomları müalicə dövründə azalmadıqda və ya yeni qeyri-adi hissiyatın yarandığı qeyd edildikdə, həkimə müraciət etmək lazımdır.
Preparatın istifadəsi zamanı anal nahiyənin gigiyenasına nəzarət etmək, həddindən artıq gərginlikdən çəkinmək, qarınişləmənin yumşaq konsistensiyasının dəstəklənməsi üçün tədbirlər aparmaq lazımdır.
Saxlanma şəraiti
20ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitkidən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru
Посмотрите наличие товара в аптеках Вашего города
Saytda təqdim edilmiş məlumat özünüdiaqnostika və özünümüalicə üçün istifadə edilməməli və əyani həkim konstultasiyasını əvəz edə bilməz.