«Misilsiz çağırışlar» - “STADA” Avrasiya Daşkənddə Avrasiya Əczaçılıq Sammitində fəal iştirak edib
İkinci Avrasiya Əczaçılıq Sammiti 12-13 oktyabr 2022-ci il tarixlərdə Özbəkistanın paytaxtında baş tutmuşdur. Proqrama 25 sessiya və “Turbulentlik şəraitində inkişaf üçün imkanların axtarışı” mövzusu ətrafında birləşmiş 100-dən artıq spiker daxil idi.
“STADA”nın vitse-prezidenti Arminas Matseviçus tədbirin əsas sessiyasında – baş direktorların “Avrasiya qitəsi ölkələrində əczaçılıq bazarlarının inkişafı tendensiyaları: əczaçılıq şirkətlərinin yeni reallığa uyğunlaşması strategiyaları” haqqında diskussiyada iştirak etmişdir.

Ölkələrimiz – inkişaf etməkdə olan bazarlardır. Sürətli inkişaf maliyyə sisteminin müəyyən qeyri-sabitliyi ilə yan-yanadır. Ona bütün mənbələrdən vasitələrin, məsələn, bank kreditləri və ya istehsalçıların zəmanətlərinin cəlb edilməsi hal-hazırda son dərəcə vacibdir. Qlobal dəyişikliklər bizi ünsiyyət və dəyirmi masalardan konkret qərarların qəbul edilməsinə keçməyə məcbur edir. Çağırışlar misilsizdir, buna görə də yalnız tərəflərdən birinin: yalnız distributorların, yalnız istehsalçıların yaxud yalnız tənzimləyicilərin səyləri çatmaya bilər. Avrasiya regionumuzun pasiyentlərinin gələcəkdə dərman vasitələri ilə fasiləsiz və vaxtında təchizatını təmin etmək üçün cəsarətli qərarlar qəbul edilməlidir.
Arminas Matseviçus “STADA”nın vitse-prezidenti
“STADA” ekspertləri, həmçinin tənzimləmə məsələlərinə həsr olunmuş “Orta Asiya, Qafqaz və Şərqi Avropa ölkələrinin bazarlarına çıxış: yeni dərman preparatlarının buraxılışını necə təmin etməli?” sessiyasında və “Özbəkistan və Qazaxıstanda markalama sisteminin tətbiqi: proqramın həyata keçirilməsinə yanaşmalar, çağırışlar və imkanlar” sessiyasında iştirak etmiş və regionun 11 ölkəsi çərçivəsində aktual məsələlərin həllində təcrübəsi ilə bölüşmüşdür.

“Avrasiya” regionunda “STADA”nın uğurlarının və onun rəhbərinin xidmətlərinin mühüm təsdiqi Arminas Matseviçusun “Eurasian Pharma Awards” nominasiyasında “İlin lideri” kateqoriyasında qələbəsi olmuşdur. Qalibi elan edərkən, təşkilatçılar, o cümlədən “Takeda” və GSK-nın portfellərinin “STADA”nın məhsul miksinə uğurlu inteqrasiyasını, həmçinin “STADA”nın 2021-ci ildə Özbəkistan və Belarusda satış komandasının ştatının iki dəfə artırılması üzrə layihəsinin reallaşmasını və nəticədə, həmin ölkələrdə satış həcmlərinin 60% artmasını da qeyd etdilər. Arminasın rəhbərliyi altında MDB ölkələri klasterinin uğuru və ilk öncə regionda biznesin faktiki olaraq iki dəfə artması 2022-ci ilin avqust ayında klasterə “Avrasiya” regionu adı verilməklə birbaşa Almaniyadakı baş ofisin tabeliyinə keçməsi üçün əsas zəmin olmuşdur.