Geriyə

Qaydalar və şərtlər

www.stada.az saytına (sonradan “Sayt” adlandırılan” çıxış və onun istifadəsi aşağıda qeyd olunan şərtlərə əməl olunması şərtilə mümkündür. Bu şərtlərlə razı deyilsinizsə, zəhmət olmasa Saytdan istifadə etməyin. Bu sayt STADA şirkətlər qrupunun bir hissəsi olan “Nijeqorodskiy ximiko-farmasevtiçeskiy zavod” Səhmdar Cəmiyyəti (“Nijfarm” SC) şirkəti tərəfindən yaradılıb və onun tərəfindən idarə olunur. Biz öz mülahizəmizə görə və əvvəlcədən xəbərdarlıq etmədən həmin Saytın dəstəklənməsini dayandırmaq və ya həmin Sayta tam və ya qismən dəyişikliklər etmək hüququnu özümüzdə saxlayırıq. Bununla əlaqədar olaraq biz Saytımıza növbəti dəfə daxil olduğunuzda onun mümkün dəyişikliklərinə diqqət yetirməyinizi tövsiyə edirik.

1. Əqli mülkiyyət

2. Məlumatın xarakteri

3. Üçüncü şəxslərin saytlarına istinadlar

4. İstifadəçinin şəxsi məlumatı və fərdi məlumatlar

5. Məsuliyyətin məhdudlaşdırılması

6. Saytın əlçatanlığı

7. Məhsullar və keçirilən proqramlar haqqında məlumat

8. Ümumiləşdirilmiş məlumat

9. Yaş məhdudiyyəti

10. Hüquqi müddəalar

1. Əqli mülkiyyət

Saytda yerləşdirilən bütün materiallar (məqalələr, məlumat, qrafik təsvirlər, fotoşəkillər, loqotip, domen adı və sair) STADA-ya yaxud onun törəmə şirkətlərinə məxsusdur. Həmin materialların surətini çıxarmaq, çoxaltmaq, köçürmək, başqasına vermək və ya yaymaq, kütləvi surətdə ifa etmək, hər hansı formada, hər hansı informasiya daşıyıcılarında, tam və ya qismən efirə və kabellə bildirmək olmaz. STADA-nın icazəsinin alınması tələb olunmayan hallar (o cümlədən əsərlərin şəxsi məqsədlərlə istifadəsi zamanı STADA-nın icazəsini almaq tələb olunmadığı hallar) əqli mülkiyyət haqqında mövcud qanunvericiliklə nəzərdə tutulub. Saytın bütün icazə verilən surətlərində aşağıdakı məlumat olmalıdır: “STADA-nın müəlliflik hüququ”. STADA bunun üçün xüsusi icazə vermədiyi təqdirdə Saytda yerləşdirilən materiallar hər hansı şəkildə emal olunmamalıdır. STADA və ya onun törəmə şirkətləri əqli mülkiyyət hüquqlarının hər pozulma halında məhkəməyə müraciət edə bilər.

2. Məlumatın xarakteri

Saytda yerləşdirilən məlumata, xüsusilə də maliyyə məlumatına publik oferta, investisiya qoyulmasına stimul və ya STADA-nın və/və ya törəmə şirkətlərinin səhmlərinin və ya digər qiymətli kağızlarının alınması təklifi kimi baxıla bilməz.

STADA, peşəkar ehtiyatlılıqla Saytda müxtəlif daxili və xarici mənbələrdən məlumatı toplayıb. Buna baxmayaraq, STADA şirkəti Saytda yerləşdirilən məlumatın tamlığına və düzgünlüyünə heç bir zəmanət vermir, çünki istifadəçinin məlumatla tanış olduğu anda o, artıq köhnəlmiş ola bilər. Bununla əlaqədar olaraq biz Sizə məlumatı istifadə etməmişdən əvvəl onun doğruluğunu yoxlamağınızı tövsiyə edirik. Aktual məlumat almaq zərurəti yarandıqda birbaşa bizimlə əlaqə saxlamağınızı tövsiyə edirik.

Saytda yerləşdirilən məlumat yalnız STADA şirkətinin, onun məhsul və xidmətlərinin təqdim olunması məqsədləri üçün nəzərdə tutulub. Saytın komponentləri “Olduğu kimi” təqdim olunub.

Saytın məzmununda Saytın tematikasına yaxın müəyyən sahələrdən cəlb olunmuş ekspertlərin fikirləri və ya mətbuatdan çıxarışlar ola bilər. Bu növ məlumat təkcə cəlb olunmuş ekspertin və ya məqalənin müəllifinin fikridir və STADA-nın fikri ilə üst-üstə düşməyə bilər. STADA belə məlumatın və ya fikirlərin dəqiqliyinə və tamlığına görə məsuliyyət daşımır. Ekspertlərin fikirləri onların şəxsi baxışlarını əks etdirir və onlara heç vaxt STADA-nın fikri kimi baxılmamalıdır.

Saytda həmçinin sağlamlığa, fiziki vəziyyətə, bilik sahəsi kimi tibbə və tibbi yardıma aid məlumat ola bilər. Bu məlumat Saytda yalnız məlumat üçün verilir və müalicə həkiminin tövsiyələrini əvəz etmir. Bu məlumat heç bir halda diaqnoz qoyulması, xəstəliyin səbəbinin və ya fiziki problemin yaranması səbəbinin müəyyən edilməsi və ya Saytda təqdim olunan dərmanların təyin edilməsi üçün istifadə oluna bilməz. Bütün hallarda Siz müalicə həkiminizlə məsləhətləşməlisiniz.

3. Üçüncü şəxslərin saytlarına istinadlar

Saytda STADA-ya heç bir aidiyyəti olmayan üçüncü şəxslərin saytlarına istinadlar mövcuddur. STADA belə saytların məzmununu yoxlamaq imkanına malik deyil. Saytda belə istinadların təqdim edilməsi STADA-nın hər hansı şəkildə həmin saytların məzmununu bəyəndiyini bildirir. STADA üçüncü şəxslərin saytlarında yerləşdirilən məlumatın doğruluğuna və tamlığına zəmanət vermir. Həmin saytlara istinadlar yalnız istifadəçinin rahatlığı məqsədilə verilir və istifadəçi həmin saytlara yalnız öz təşəbbüsü ilə və öz məsuliyyəti altında keçid edir.

4. İstifadəçinin şəxsi məlumatı və fərdi məlumatlar

STADA istifadəçinin elektron poçt vasitəsilə STADA şirkətinə bildirdiyi istifadəçinin şəxsi həyatı haqqında məlumatı üçüncü şəxslərə açıqlamayacaq. İstifadəçi özünün şəxsi həyatı haqqında məlumatı Sayt vasitəsilə hər hansı formada (sənəd, məlumatlar, sual, təklif, rəy və s.) göndərməklə, öz konklüdent hərəkətləri ilə belə məlumatın göndərilməsi vasitəsilə STADA şirkətinə belə məlumatın yalnız daha effektiv cavab verilməsi məqsədi üçün toplanması, saxlanması və istifadəsinə razılıq verir.

İstifadəçilər STADA şirkətinə məlumat göndərməklə onun doğruluğuna və verilən məlumata aidiyyəti olan üçüncü şəxslərin hüquqlarının pozulmadığına (o cümlədən məxfilik rejiminin olmamasına) zəmanət verir. İstifadəçilərin nəzərinə çatdırırıq ki, Saytın bəzi bölmələrində istifadəçilər tərəfindən öz fərdi məlumatlarını təqdim etmək imkanı ola bilər. STADA şirkəti fərdi məlumatlar haqqında mövcud qanunvericiliyə əməl olunmasına zəmanət verir. Qeyd olunan hallarda istifadəçilər STADA şirkətinə onların fərdi məlumatlarının emalına razılıq verərsə, fərdi məlumatların subyekti verdiyi razılığı PersonalData@stada.ru elektron poçt ünvanına elektron məktub göndərməklə və ya AZ 1073, Azərbaycan Respublikası, Bakı ş., Yasamal rayonu, Əhməd Cəmil küç.66, m. 10 ünvanına poçtla yazılı imtina göndərməklə geri götürə bilər.

5. Məsuliyyətin məhdudlaşdırılması

Bununla STADA şirkəti aşağıdakılara görə heç bir məsuliyyət daşımadığını bildirir:

  • Saytda təqdim olunan məlumatın düz olmamasına, səhvə və ya buraxılmasına görə;
  • üçüncü şəxslərin Saytda məlumatın dəyişməsinə səbəb olmuş qərəzli müdaxiləsi nəticəsində hər hansı ziyana görə;
  • hər hansı səbəbdən, hər hansı mənşəli, xarakterli və ya hər hansı nəticəli ziyana görə, hətta STADA (I) Sayta giriş və ya Sayta girişin olmaması, (II) Saytdan istifadə nəticəsində yaranmış mümkün ziyan və ya itki haqqında əvvəlcədən xəbərdar edilsə belə, o cümlədən hər hansı ziyana və ya istifadəçinin kompüterini yoluxdura biləcək viruslara görə və/və ya (III) Saytdan əldə olunan hər hansı məlumatın istifadə edilməsi səbəbindən yaranan ziyana görə.

6. Saytın əlçatanlığı

(I) saytın hər hansı qüsur olmadan mövcudluğunun təmin edilməsinin texniki cəhətdən mümkünsüz olduğunu və STADA-nın digərinə zəmanət verə bilmədiyini; (II) qüsurların Saytın müvəqqəti işləməməsinə səbəb ola biləcəyini; və (III) STADA-nın nəzarət edə bilmədiyi hadisələrin və/və ya problemlərin, məsələn, Sizinlə STADA arasında və STADA ilə digər şəbəkələr arasında ötürmə və rabitə üsullarının mənfi təsir göstərə biləcəyini nəzərə alaraq

STADA və/və ya onun təchizatçıları texniki xidmətin həyata keçirilməsi və/və ya Saytın yaxşılaşdırılması və/və ya dəyişdirilməsi üçün istənilən vaxt bütün Saytın və ya onun bir hissəsinin işini dəyişə və ya müvəqqəti və ya daimi olaraq dayandıra bilər. STADA Saytın hər hansı dəyişikliyinə, müvəqqəti dayandırılmasına və ya işləməməsinə görə heç bir məsuliyyət daşımır.

7. Məhsullar və keçirilən proqramlar haqqında məlumat

Saytda STADA şirkətlər qrupunun Azərbaycan Respublikasının ərazisində istehsal etdiyi və/və ya satdığı məhsullar haqqında soraq-məlumat kitabçası, həmçinin Azərbaycan Respublikasının ərazisində keçirilən sosial proqramlar və tədbirlər haqqında anonslar var. STADA-nın məhsullarının satışını həyata keçirdiyi və sosial proqram və tədbirləri keçirdiyi digər ölkələrdə də (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Latviya, Rusiya Federasiyası və s.) nümayəndəlikləri var. Həmin tədbirlər haqqında birbaşa STADA-ya müraciət etməklə və ya Saytda yerləşdirilən, STADA-nın nümayəndəliklərinin saytlarına yönəldilən linklərdən keçməklə əlavə məlumat almaq olar.

8. Ümumiləşdirilmiş məlumat

Cookie — siz veb sayta daxil olan zaman sizin kompüterinizə göndərilən kiçik mətn fayllarıdır. STADA-nın saytlarında saytın işinə təsir göstərməyən bəzi cookie, fayllardan istifadə oluna bilər. Biz bunu ayrı-ayrı istifadəçilərin hərəkətlərini izləmək və ya onları eyniləşdirmək üçün deyil, saytların necə istifadə olunduğu barədə faydalı məlumat almaq üçün edirik. Bu, bizə istifadəçilər üçün saytların işini təkmilləşdirməyə kömək edəcək. Bizi həmin cookie, fayllarını istifadə edən sistemlərdən aldığımız qiymətlər bizə müvafiq xidmətləri göstərməyə imkan verir. Veb-saytın ziyarətçilər tərəfindən istifadə olunması haqqında əldə olunan məlumat STADA Arzneimittel AG şirkətlər qrupunun digər şirkətlərinə ötürülə bilər.

Cookie fayllarının silinməsi və ya onların idarə edilməsi haqqında məlumatla aboutcookies.org saytında tanış ola blərsiniz.

9. Yaş məhdudiyyəti

Veb-saytımız böyük yaşlı auditoriya (səhiyyə sahəsində mütəxəssislər, şirkət və STADA-nın məhsulları haqqında məlumat almaq istəyən investorlar və ayrı-ayrı şəxslər üçün) nəzərdə tutulub. Biz bilərəkdən uşaqlar haqqında məlumat toplamırıq. Bu veb-sayt 18 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.

10. Hüquqi müddəalar

Sayt və onun məzmunu Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə tənzimlənir. Saytla bağlı istənilən mübahisə Azərbaycan Respublikasının məhkəmələrinin yurisdiksiyasına aiddir.

eo