STADA AG 1895-ci ildə Drezden şəhərində dərman işlənib hazırlanması və istehsalı ilə məşğul olan əczaçılar kooperativi kimi yaradılmışdır. Şirkətin adı St.d.A — Standardarzneimittel die Deutscher Apotheke abbreviaturasıdır, bu isə alman dilindən tərcümədə “Alman apteklərinin preparatlarının standartı” deməkdir.
Bu gün STADA məhsulları dünyanın 120 ölkəsində, o cümlədən Azərbaycanda və Avropanın digər ölkələrində təmsil olunub.
STADA-nın biznesinin əsas istiqamətləri – Consumer Healthcare seqmenti və xüsusi preparatlardır. Şirkət bu sahələrdə öz biznesini bütün dünyada həm üzvi surətdə, həm də əldəetmə yolu ilə genişləndirməyi davam etdirir.
STADA qrupuna bütün dünya üzrə 20-dən artıq istehsalat meydançası daxildir.
STADA – geniş portfelə sahib şirkətdir. Azərbaycanda bu, ənənəvi alman keyfiyyətinin yüksək standartlarına uyğun 120-dən artıq məhsuldur.