
“STADA”nın tarixi

“STADA”nın tarixi 14 mart 1895-ci ildə Almaniyanın Drezden şəhərində başlanıb. Yerli əczaçılar assosiasiyada birləşərək effektiv və ucuz ictimai səhiyyənin təmin edilməsi üçün standartlaşdırılmış preparatlar yaradır.

Almaniyanın əczaçılıq şirkəti istehsalatda vahid yanaşmanı yaradır. Dərmanlar müxtəlif apteklərdə, lakin vahid reseptura üzrə, eyni qablaşdırmada hazırlanır, eyni qiymətlə satılır. Beləliklə, tərcümədə “alman apteklərinin preparatlarının standartı” mənasını verən St.ADA (Standard Arzneimittel die Deutscher Apotheke) abreviaturası yaranır və əmtəə nişanı kimi qeydiyyatdan keçir.

İkinci dünya müharibəsi dövründə iki şirkətə – Cənubi və Şimali şirkətlərə bölünən “STADA” 1954-cü ildə yenidən birləşir və Frankfurt-na-Mayne şəhərinin yaxınlığında Bad-Filbel şəhərində yerləşir.

“STADA” yeni səviyyəyə çıxır: Frankfurt-na-Mayne şəhərinin ətrafında istehsalat meydançasında (əvvəllər olduğu kimi, apteklərdə deyil) sənaye miqyasında dərman preparatlarının istehsalına başlayır.

“STADA” üçün dönüş ili. Şirkət səhmdar cəmiyyətə çevrilir və bu onun inkişafına yeni təkan verir.

Şirkət diqqətini generik preparatların (patentləşdirilməmiş dərman vasitələrinin) istehsalı və satışına yönəltmək qərarına gəlir.

Avropa və Asiyada nümayəndəliklərin açılması, həmçinin qovuşmalar və udmalar üzrə aktiv strategiya sayəsində “STADA” beynəlxalq aləmdə mövcudluğunu genişləndirməyə başlayır.

Rusiyanın ən iri yumşaq dərman formalarının istehsalçısı – 1919-cu ildə yaradılan “Nijfarm” şirkəti (Nijni Novqorod ş.) “STADA”nın tərkibinə daxil olur. “Nijfarm” şirkətinin və Rusiya əczaçılığının tarixi haqqında ətraflı məlumatı buradan öyrənmək olar: stada.ru/100years/

“STADA” şirkətlər qrupunun Azərbaycan bazarına çıxışı.

“STADA” qrupunun satış həcmləri ilk dəvə 2 mlrd. avronu keçir.

“STADA” “Bain Capital LLC və Cinven 7 Group” Ltd özəl investisiya fondlarından əldəetmə haqqında təklifi qəbul etdiyini elan edir. Səhmdar kapitalda iştirak payı ∼ 65%.

“STADA” AG bir neçə iri sazişin – “Walmark”, “Biopharma”, GSK və “Takeda”nın bağlanması sayəsində Mərkəzi və Şərqi Avropa, Rusiya və Avrasiya bazarlarında mövqelərini gücləndirir.

“STADA” GSK şirkətindən reseptsiz preparatların 15 geniş yayılmış məşhur brendlərinin alınması haqqında sazişi bağlamaqla “Consumer Health” seqmentinə çevrilir. “STADA” qrupu, həmçinin Mərkəzi Avropa bazarında “Walmark” şirkətinin alınması haqqında əsas sazişləri bağlayır.

Rusiyanın “STADA” “Nijfarm” istehsalat meydançası “STADA” qrupunda mazların, gellərin və suppozitorilərin istahsalı üzrə təcrübə mərkəzinə çevrilir. Substansiyalarının hazırlanması üzrə yeni yüksək məhsuldarlığa malik sahənin açılması, bu istehsalın artırılmasına kömək edəcək. “STADA” “Xemofarm” şirkətinin istehsalat meydançasında substansiyaların və hazır məhsulun geniş spektrli analitik sınaqlarının həyata keçirilməsi üçün analitik laboratoriya mərkəzinin açılması.