Ən yaxşısı olmağa çalışırıq
Şirkətimiz, uyğunluq normaları da daxil olmaqla, hər şeydə ən yaxşısı olmağa çalışır. Missiyamızı təqib edərək, biz istehlakçılar qarşısında məsuliyyətimizi dərk edir və buna görə də dürüst və vicdanlı iş məsələlərində kompromisə getmirik.
Biz qanunvericiliyin tələblərinə və Davranış kodeksində təsbit olunmuş dəyərlərimizə ciddi əməl edirik. Etik işgüzar davranış – fəaliyyətimizin ayrılmaz tərkib hissəsidir və şirkətimizə etimadın möhkəmləndirilməsi üçün əsasdır.
Qaynar xəttimiz
Biz hesab edirik ki, hər bi şəxs, şirkətdə işləyib-işləməməsindən asılı olmayaraq, şirkətin işçi heyətinin, onun təchizatçılarının və podratçılarının qeyri-etik və qanunsuz davranışı haqqında məlumat vermək imkanına malik olmalıdır.
Bunun üçün “STADA” şirkətlər qrupunda məlumatlandırma sistemi – “qaynar xətt” tətbiq edilib. Bu, istənilən şəxsə uyğunluq normalarına əməl olunmaması ilə bağlı hadisələr və faktlar, yəni:
- dələduzluq,
- korrupsiya,
- rəqabətin qorunması (antiinhisar tələblər) sahəsində pozuntular,
- maraqların toqquşması barədə məlumat göndərmək imkanı verir.
Belə qanunsuz davranış halları barədə məlumatınız olduqda bizə eurasia_compliance@stada.kz qaynar xətt”inə yazın.
“STADA” şirkətlər qrupu “Qaynar xətt”ə daxil olan məlumatın məxfiliyinə zəmanət verir.